Qurani-kərim bir çox
etiqad məsələlərini xürafat adlandırmaqla yanaşı təəccüb doğuran məsələlərdən bəzilərinin
həqiqət olduğunu təsdiqləmişdir. Belə məsələlərdən biri də, gözdəymə - nəzərdir.
ƏN GÖZƏL ƏMƏLƏ ÇAĞIRIŞ Məscidlərdə Allahın adının zikr olunmasının qarşısını alıb məscidlərin viran edilməsinə çalışanlardan zalım kim ola bilər?! Onların məscidlərə daxil olmağa haqları yoxdur, yalnız qorxu və vəhşət halında daxil olarlar. Onların dünyada qazandıqları rüsvayçılıq və axirətdəki nəsibi dəhşətli əzab olacaq! (Bəğərə, 114)
Yəqin ki, hamınız Qurani-kərimin bəzi surələrinin əvvəlində «əlif, lam, mim» və bu kimi digər həriflərin оlmasını görmüsünüz və həmin həriflərin kəlmə оlaraq məna ifadə etməməsini bilirsiniz. Adətən həmin həriflər Quranın müхtəlif dillərə tərcüməsi zamanı elə həriflərin adı kimi qeyd edilir. Çünki bildiyimiz kimi kəlmələr həriflərdən ibarətdir və həriflərin bir-biri ilə müхtəlif şəkillərdə birləşməsi kəlmələri yaradır. Amma sözü gedən həriflər bir-birinə kəlmə yaradacaq şəkildə birləşməyiblər və söz оlaraq məna ifadə etmirlər. Bu həriflərə Quran terminоlоgiyasında «müqəttəə hərifləri» deyirlər. «Müqəttəə» kəlməsinin mənası......
Xurma Quranda haqqında bir çox ayədə bəhs olunan, cənnət nemətləri arasında «bənzərsiz xurma» («Rəhman» surəsi, 68) ifadəsi ilə qeyd edilən bir meyvədir. Allahın Quranda bildirdiyi bu meyvə tədqiq ediləndə onun bir çox əhəmiyyətli xüsusiyyətlərinin olduğu üzə çıxır.
Allah insanları nəfslərinə hakim olmağa səsləyir. Mübarək ayədən də göründüyü kimi pak və münəzzəh olan Allah ona iman edənləri oruc tutmağa səsləyir. Oruc tutmağı qullarının Ona daha da yaxın olmaları üçün vasitə edir. Çünki, nəfsani istəklərin insan ruhuna hakim olması çox təhlükəli bir haldır. Bu hisslər adamı əsir edir, ixtiyarını əlindən alır, onu rəzil işlər görməyə sövq edir. İnsan oruc tutmaqla öz arzuları ilə mübarizə etməli olur və hissləri müqabilində müqavimət göstərir. Başqa vaxtlarda halal olan yemək, içmək və bu kimi şeylərdən də çəkinməklə öz iradəsini və qətiyyətliliyini haram işlər müqabilində elə möhkəmləndirir ki, günah etməkdən çəkinmək insan üçün artıq bir vərdişə çevrilir. Yəni, insan oruc vasitəsilə öz iradəsini tərbiyə edir, möhkəmləndirir.
Hicab bütün İslam məzhəbləri
tərəfindən qəbul olunan geyim formasıdır. Bəzi şəxslər hicabın qadın
hüquqlarını məhdudlaşdırdığını desə də, məqalədə bunun belə olmadığı göstərilir.
Məqalənin müəllifi Ağabala Mehdiyevdir.
Günümüzdə gəncliyin
mühüm problemlərindən biri də evlənərkən həyat yoldaşının düzgün seçilməməsidir.
Məqalədə bu haqda dəyərli məsləhətlər verilir. Məqalənin müəllifi Haci Elman
İbadovdur.
Dünyada bizi çoxsaylı problemlər
əhatə edir. Şübhəsiz, həll olunasılar içində ən vacibləri bilavasitə
insanın özü, onun taleyi, ümumilikdə bəşəriyyət və hamımızın gündəlik
həyatı ilə əlaqəli olanlardır.
İlah-Təala
insanı yaradaraq onun kamillik istiqamətində addımlaması üçün bütün
tədbirləri görmüşdür. Ona ağıl verib, elm verib, peyğəmbərlər göndərib,
kitab nazil edib. Kitabında məsələlərin bütün cəhətlərini də açıqlayıb
ki, sabah kiminsə "bilmədim, başa salan olmadı" deməyə bəhanəsi olmasın.