BAĞIŞLAYAN VƏ MEHRİBAN ALLAHIN ADI İLƏ
Rəsulullah (s): “Qadınların ən yaxşısı çox uşaq dünyaya gətirib ərini sevənlərdir. Həyalı və iffətliləridir. Qohumları arasında əziz olub ərinin müqabilində ramdır. Yadlardan özünü qoruyandır. Ərini eşidib ona itaət edəndir. Ərinin istəklərini hər zaman yerinə yetirəndir” Amma bəzi qadınlar özlərini yadlardan qorumaq nədir xiyabanlara çıxanda elə paltarlar geyib ətirlərdən istifadə edirlər ki, zorla ətrafdakıları özlərinə tərəf cəzb edirlər. Bəzən bu cür şəhvəti təhrik edən paltar geymiş qadınların “ərləri” də onların yanında tovuz quşu kimi əda çıxaran halda yol gedir. Fransanın indiki baş naziri Hikola Sarkazi kimi axırda da arvadı məşuqu ilə qaçıb.
QADININ QİYMƏTİ YOXDUR
Imam Sadiq (ə): “Qadının qiyməti yoxdur, nə saleh qadının və nə də nasaleh (zay) qadının. Amma saleh qadınların qiyməti nə qızıl və nə də gümüşlə ölçüyə gəlməz. Çünki onlar qızıldan və gümüşdən qiymətlidirlər. Amma nasaleh qadınlar torpaq da onlar üçün qiymət ola bilməz. Çünki torpaq onlardan qiymətlidir” Hədis sübut edir ki, qadının dəyəri mənəvi dəyərlərə bağlılığı ilə ölçülür. Maddi vasitələrlə qadının qiyməti ölçülə bilməz. Təbiidir ki, cəmiyyətdə müsbət təsir qoya bilən hər bir ünsür eyni dərəcədə cəmiyyəti pozğunluğa və mənəviyyatsızlığa çəkməyə qadirdir.
Əli (ə) oğlu imam Həsən (ə)-a buyurub: “Qadına ona aid olmayan şelərdə ixtiyar vermə. Çünki qadın reyhandır qəhrəman deyil ki, evin rəhbərliyini onun öhdəsində qoyasan. Ona layiq olduğu dərəcədən artıq ehtiram etmə. Ona başqaları üçün vasitəçilik etmək imkanı vermə” Bəli hədis dəqiq olaraq bizim üçün həyat proqramını təyin edir. Qadın möhkəm alınmaz bir qala deyil. Onun həyatda yerini tanımaq lazımdır. Çünki qadın barəsində bəzi ifrat atifələr böyük bəlaların meydana çıxmasına səbəb olur. Statistikaya əsasən Avropada idarələrdə, şirkətlərdə işləyən qadınların 80% elə iş yerlərində bir və bəzən də bir neçə məşuqla görüşürlər. Təqribən hər 10 ərli qadının səkkizinin məşuqu var. Bir saleh qadın min nasaleh kişidən yaxşıdır. İmam Sadiq (ə):-“Bir saleh qadın min nasaleh kişidən yaxşıdır. Hər bir xanım ərinə yeddi gün xidmət etsə Allah-təala cəhənnəm odunun yeddi qapsını onun üzünə bağlayıb cənnətin səkkiz qapısını onun üçün açacaq. Hansı qapıdan istəsə cənnətə daxil olar”
İLAHİ XİDMƏTÇİ İmam Sadiq (ə):“Ən yaxşı qadınlarınız, xoş iyi və mətbəx işində bacarıqlı əli olanlardır. Həmin xanımlar xərcləyəndə lazımi qədər xərcləyərlər və israfçılıqdan əl saxlayarlar. Bu cür qadınlar Allah xidmətçiləridirlər. Onlar nakam, naümid və peşiman olmazlar” “Hər bir qadın ərinə bir içim su versə onun savabı bir il ibadətdən- gündüzlər oruc tutub gecələr namaz qılmaqdan- əfzəldir. Verdiyi hər içim suya görə Allah cənnətdə onun üçün bir şəhər salacaq və altımış günahını bağışlayacaq” Qadın evdə uşaqları və ərinə göstərdiyi xidmətə görə Allahın razılığını əldə etməsi və evdəki xidmətləri ilə Allah dərgahında özünün layiqli bəndəliyini sübuta yetirir. Digər tərəfdən xanımın evdə çəkdiyi zəhmətləri onun məcburi vəzifəsi deyil, bu qarşılıqlı anlaşmaları onlar üçün həyatda çox mühüm bir addımdır. Bu məsələyə diqqət etmək lazımdır ki, müqəddəs şəriətdə ev işlərini görmək qadının borcu deyil. Əgər xanım ev işlərini könüllü edirsə əri onun fədakarlığına və qadının ona göstərdiyi ehtirama görə əlindən öpməli və minnətdarlıq bildirməlidir. Əks təqdirdə ər xanımı ev işlərini görməyə məcbur edə biməz. Şeyx Səduq (rəh): Rəsulullahın yanına bir kişi gəlib dedi:- Ya Rəsuləllah mən evə daxil olanda xanımım mənim istiqbalıma çıxır, evdən çıxanda məni müşayət edib yola salır. Məni qəmgin görəndə soruşur: Niyə qəmlisən? Əgər ailəmizin xərcinə görə narahatsansa onu Allah öhdəsinə götürüb. Əgər axirətə görə narahatsansa Allah qəmini bir az da artırsın. Rəsulullah (s) buyurdu: “Allahın insanlar arasında xidmətçiləri var. Bu qadın da həmin xidmətçilərdəndir. Onun mükafatı şəhidin mükafatının yarısı qədərdir” Həqiqətən ərinin maddi, mənəvi və axirət işlərində narahatçılığını aradan qaldırmağa çalışan qadın Allahın xidmətçiləridirlər. Amma insan həyatda bütün qadınların bu cür olmasını arzulasa, bu çox çətin bir işdir. Çünki bu cür ləyaqətli xanımların yetişməsi ləyaqətli ailələrdən asılıdır. Təəssüflər olsun ki, belə insanların azlığı hər zaman özləni biruzə verir.
Əli (ə) buyurub : “Qadının cihadı onun ərinə layiqli həyat yoldaşı olmasıdır” Əgər vəzifəsinə agah olan bir qadın ailəsinin daxilində münasib fəza yaradıb özünün , ərinin və məxsusən uşaqlarının kamilliyə yetişməsində səy göstərsə ictimaiyyətin islah olmasında və onun fərdlərinin tərbiyə olmasında onun bu fəaliyyətinin təsiri heç kəsdən gizli qalmaz. Həqiqətdə qadın ictimaiyyətin sair qüvvələrini fəaliyyətə gətirməkdə bir başa rol oynayır. Döyüş meydanında mücahidləri cuşa gətirməkdə əsas katalizatordur. Əlbəttə bu hədis o qadınlara şamil olur ki, onlar ismətli və iffətli olduqlarından Allah-təala onların südlərində möcüzə xarakteri qoyub. O cür südlə qidalanmış uşaqda Babək və Cavanşir qeyrəti olar. Amma əgər qadın ismətini və iffətini qorumasa onun südünün əsərindən siyəzən broyler toyuqları kimi erkəyi ilə dişisi arasında fərq olmayan övladlar dünyaya gələr. HƏQİQİ CİHAD
İmam Sadiq (ə): “Özü ilə xanımı arasında gözəl əlaqə yaratmış kişiyə Allah rəhmət etsin. Çünki Allah qadının ixtiyarını ona verib. Onu xanımın qəyyumu qərar verib”
İmam Sadiq (ə) atası İmam Bağır (ə)-dan nəql edib:- “Əli ilə Fatimə ev işləri haqqında Rəsulullahdan göstəriş istədilər. Rəsulullah Fatiməyə ev işlərini, Əliyə çöl işlərini görməyi həvalə etdi. Fatimə dedi:- Rəsulullahın kişilərin yükünü məndən uzaqlaşdırmaqla məni nə qədər xoş hal etdiyi fəqət Allaha məlumdur” Görəsən Fatimənin xoş hal olmasına səbəb nə idi? Adətən çöl işlərində insan müxtəlif adamlarla təmasda olmaq məcburiyyətində olur. Bu əsnada bəzən təmasda olduğu adamlar arasında daxilən xəstə və çürük insanlara da rast gəlinir ki, onlar hətta qadınların ayaq səslərindən belə şəhvətə gəlirlər. Məhz bu fitnələrdən uzaq olmaq hər bir pak insanın arzusudur. Bəli qəbul edirik ki, elə qadınların da bəziləri daxilən bu mərəzə mübtəladırlar. Kənardakıların onlara baxmasından və onların bədənlərinə toxunmalarından həzz alırlar.
Ənsar qadınlarından (xatırladaq ki, Məkkədən Mədinəyə köç etmiş müsəlmanlara mühacirlər və Mədinədə Peyğəmbərə iman gətirənlərə isə ənsar deyilir) olan Əsma bintə Umeys Rəsulullah (s)-n yanına gəldi və ərz etdi:- Atam, anam sənə fəda olsun ya Rəsuləllah! Mən qadınlar tərəfindən sizin yanınıza göndərilmişəm, canım sizə fəda olsun! Mənim sizin yanınıza gəlmyimdən xəbərdar olan hər bir qadın sizə bildirmək istədiyim məsələdən xəbərdardır və mənimlə həm əqidədir. Sualım budur;- Allah-təala sizı kişlərə və qadınlara haqq peyğəmbəri kimi göndərib. Biz sizə və sizi göndərən Pərvərdigarınıza iman gətirmişik. Biz arvadlar evlərimizdə oturub sizin istəklərinizi yerinə yetiririk. Övladlarınızın yükünü çiyinlərimizdə çəkirik. Siz kişilər cümə və bayram namazlarında iştirak edirsiniz. Xəstələrə baş çəkib dəfn mərasimlərində iştirak edirsiniz. Daim həcc əməlləri əncam verirsiniz. Allah yolunda cihad etmək imkanınız olduğu üçün bizdən fəzilətlisiniz. Digər tərəfdən siz kişilərdən biri həcc və ömrə səfərinə gedəndə və ya sərhədləri qorumaq üçün evdən çıxanda biz mallarınızı sizin üçün qoruyuruq. Sizə paltar toxuyub övladlarınızı tərbiyyə edirik. Ya Rəsuləllah bu işləri görməklə biz Allah yanında sizinlə savab və mükafat almaqda nə dərəcədə şərikik? Rəsulullah mübarək üzünü əshaba tutub buyurdu:- İndiyə qədər öz dini haqqında soruşan qadınlar arasında bu qadının sualından yaxşı sual eşitmisinizmi? Əshab dedi: Ya Rəsuləllah biz indiyə qədər güman etmirdik ki, qadın bu şeylər haqqında düşünə? Rəsulullah üzünü qadına tutub buyurdu:- Ey Əsma səni göndərən xanımların yanına qayıt və onlara de ki, sizlərdən hər biriniz əri ilə xoş rəftar edib onun razılığını qazanmaq üçün çalışsa və ərinə tabe olub onunla müvafiq olsa kişilərin bütün əməllərində və fəzilətlərində onlarla şərik olacaq. Əsma bintə Umeys bu xoş xəbərdən sevinərək təkbir deyə-deyə geri qayıtdı.
Hədis məna etibarı ilə bir həyat konsepsiyasını ehtiva edir. Amma mənası heç o deyil ki, qadınların işi daim evdə oturub ev işləri ilə məşğul olmaqdır. Bəli onlar vilayət rəhbəliyi öhdəsində olan şəxsə müraciət etməklə müşküllərini həll etmək hüquqlarına malikdirlər. İslamın qadınlar üçün bəyəndiyi əsas vəzifə onların ailənin daxili işləri ilə məşğul olmağı yaddan çıxarmamaqdır. Rəvayətdən göründüyü kimi Peyğəmbər (s)-n qadınlara etdiyi tövsiyə vaciblik dərəcəsində olduğunu söyləmədi. Peyğəmbərin göstərişi müsəlmanların həmin tövsiyələrə əməl etdikləri halda sağlam bir cəmiyyətin yaranacağına bir zəminə olduğunu xəbər verir. Qadınlar müəyyən səbəblərə görə cihaddan və onun kimi bəzi işlərdən məhrumdurlar. Amma islam bu məhrumiyyətləri digər məziyyətlərlə əvəz etdiyinə görə bəzən qadınlar hətta cihaddan da artıq dərəcədə savaba nail olurlar. Məsələn cəmiyyətə layiqli övlad tərbiyə edib təhvil vermək. QADINLARIN ƏN YAXŞILARI
İslamın qadına verdiyi hüquqlardan xəbərdar olmayanlar, daxilən islama qarşı qərəzli mövqedə duranlar və o həmçinin əyyaş həyat tərzinə aludə olanlar mənfi niyyətlərini həyata keçirmək üçün daim islamda qadınları heç bir hüquqa malik olmayan bir məxluq kimi tanıtdırmağa çalışırlar. QADININ ZƏHMƏTİ VƏ İLAHİ MƏRHƏMƏT İmam Sadiq (ə): “Ummu Sələmə Rəsulullahdan ərinə xidmət edən qadının fəziləti haqqında soruşanda o həzrət buyurdu:- Hər qadın ərinin evində təmizlik məqsədi ilə bir şeyi yerdən qaldırıb lazımi yerdə qoydu Allah ona nəzər salacaq və hər kəsə Allah nəzər salsa ona qiyamətdə əzab ve rməyəcək”.Ummu sələmə dedi:- Atam anam sənə fəda olsun biçarə qadınlara veriləcək savab və mükafatlar haqqında bir az çox danış.Rəsulullah buyurdu: “Ey Ummu Sələmə qadın hamilə olanda onun əcri Allah yolunda canı və malı ilə cihad edənin əcrinə bərabərdir. Doğduqdan sonra ona deyilir, günahların bağışlandı və işini əvvəldən başla. Hər dəfə uşağa süd verdiyinə görə İbrahim övladlarından bir bəndəni azad etməyin savabı ona verilir” Rəsulullah (s): “Agah olun! Ərinin imkanını nəzərə almayıb onu qüdrəti çatmayan işlərə məcbur edən qadının heç bir yaxşı əməli Allah dərgahında qəbul olmayacaq. Qiyamətin günündə Allahı ona qəzəblənmiş halda mulaqat edəcək” Ər onların birgə yaşayışının tələblərini yerinə yetirdiyi halda qadın əgər ərinin qazancını nəzərə alsa və onu az qazanmaqla məzəmmət etməsə bu zaman qarşılıqlı anlaşmaya səbəb olacaq. Bununla ailədəki mehribançılığın təməli yaranmış olacaqdır GÖZƏL XİSLƏTLƏR Qadınlarda olan ən gözəl xislətlər kişilərin ən pis xislətləridir: 1.Qadın gərək təkəbbürlü olsun. Əgər qadın təkəbbürlü olsa biganələrin qabağında heç vaxt ram olmaz. Doğrudan da əgər qadın mülayim olub hər kəsin üzünə gülsə onun xəyanətkarların toruna düşmə ehtimalı çox asan olar. Bəzən də həmin mülayim sivil qadınlar özləri ətrafdakılarla ünsiyyət yaratmağa çalışırlar ki, bunun səbəblərindən biri də ərlərinin həyat yoldaşlarının mənfi əxlaqi davranışlarına biganə qalmalarıdır. 2.Qadın gərək paxıl olsun ki, özünün və ərinin malını hifz etsin. Əks halda özünün səxavəti ilə ətrafdakı xəstələri özünə tərəf cəzb etmiş olar. 3. Qadının gərək cürəti az olsun. Əgər qadının cürəti az olsa hər şeyə görə nigaran olub pəhriz edəcək. Kişilərdə qorxaqlıq özlərinin, ailələrinin və cəmiyyətin hüquqlarını qorumaq vəzifələrini daşıdıqları üçün zəif xislətdir. Amma qadınlar napak adamların tamahlarına məruz qaldıqları üçün onların torlarına düşməkdən daim ehtiyatlı olmalıdırlar. İmam sadiq (ə):- “Qadın evdən çıxanda libasını ətirləməyi yaxşı iş deyil” Rəsulullah(s):- “Hər bir qadın ərindən başqası üçün ətirlənsə onun heç bir namazı qəbul olmaz. Cənabətdən qüsl aldığı kimi bu ətirlənməyə görə də qüsl almalıdır ki, ibadətləri qəbul olsun”Həm qadınlardan və həm də kişilərdən çoxlu sayda ehtiyatlı məsələlərə riayət etmək tələb olunubdur. Çünki belə məsələlərə riayət etməmək günahlara düşmək ehtimalını çoxaldır. Bu xəbərdarlıqlar əslində təhlükə zəngləridir ki, hər bir müsəlman qadın və kişidən ayıq olmağı tələb edir. Əmirulmöminin(ə):-Yağışlı bir gündə Rəsulullah (s) ilə Bəqi qəbristanlığında oturmuşduq. Bu zaman uzunqulağa minmiş bir qadın yanımızdan keçirdi. Heyvanın ayağı sürüşüb çalaya düşəndə qadın yıxıldı. Rəsulullah üzünü döndərdi. Ətrafdakılar dedilər:- Ya Rəsuləllah o qadın şalvar geyinib. Rəsulullah buyurdu:- İlahi şalvar geyən qadınlara rəhmət et! Camaat şalvardan istifadə edin ki, sizin üçün ən gözəl örtük vasitəsidir. Qadınlarınız evdən çıxanda onun (şalvar geyməklə)vasitəsilə onları hifz edin” Əlbətdə burada meyar hicablı xanımların ürfü ilə mütənasib olan geyimlərindən söhbət gedir. Amma kənardan hətta alt paltarının rəngi və forması belə məlum olan hətta qoca kişiləri şəhvətə gətirən geyimlərdən sohbət ola bilməz. Hətta zəmanə belə olub ki, həmin şəhvətləndirici şalvar geyən qadınlar xoşqeyrət ərlərinin yanında gedəndə ərləri sanki camaatın ona baxmağından həzz alır. İmam Sadiq (ə): “Qız uşağı 6 yaşına çatanda onu öpmə (yad kişinin onu öpməsi haramdır)” Amma indi camaat o qədər xarici teleseriallara aludə olublar ki, bir-birinə yetişəndə (oğlan-qız, cavan-qoca, məhrəm-naməhrəm) çalışırlar biri digərinin ancaq dodağından öpsün. Bununla da özlərinin get-gedə əxlaqi cəhətdən tənəzzülə uğrayan avropa mədəniyyətinə intiqrasiya etməyə çalışdıqlarını göstərirlər. Rəsulullah (s): “Allahın qəzəbi olsun o ərli qadına ki, ərindən başqa bir kişiyə və ya naməhrəmə gözünü dikə! Əgər belə etsə Allah onun bütün əməllərini zay edəcək. Əgər o qadın başqa bir kişini ərinin yatağına çəksə Allaha vacibdir ki, qəbir evinin əzabından sonra onu cəhənnəm odunda yandırsın” İmam Sadiq (ə) Əmirulmöminindən nəql edir:- “Ey İraq əhli mənə xəbər yetişib ki, qadınlarınız küçələrdə kişilərlə görüşürlər. məgər həya etmirsiniz?” ƏR İLƏ ARVAD ARASINDA QARŞILIQLI ANLAŞMA OLMALIDIRİR Imam Sadiq (ə):- “Həzrət İbrahim xanımı Saranın davranışından Allaha şikayətləndi. Allah-təala ona vəhy göndərdi ki;- Qadın əyri qabırğa sümüyü kimi bir şeydir. Əgər onu düzəltmək istəsən sındırmış olarsan. Əgər onu öz başına buraxsan ondan istifadə etmiş olarsan. Ona görə də səbr et” Ravi hədisin kim tərəfindən nəql olunduğunu soruşanda imam narahat oldu və and içdi:- “And olsun Allaha bu Rəsulullahın buyurduğudur” Rəvayətdə “Əgər onu öz başına buraxsan” deməkdə məqsəd o demək deyil ki, qadını öz başına burax, küçə bacada dolanıb əxlaqi dəyərlərə zidd hərəkətlərə yol versin. Məqsəd qadının bəd davranışlarına görə maksimum dərəcədə ailənin dağılmaması xatirinə səbr etmək ən pis halda isə islah olmayan təqdirdə ondan əl çəkməkdir. Əyri bitmiş ağacı düzəltmək mümkün olmadığı kimi zatən xarab olan qadını təzədən tərbiyə etməyə çalışmaq ömürü hədər etməyə səbəb olar. Digər tərəfdən müəyyən dərəcədə qadını öz halına buraxmaq da lazımdır. Qadının özünə aid olan məsələlərinə ərinin müdaxilə etməsi lazım deyil.İmam Sadiq (ə)-dan Allah-təalanın bu kəlamı “Özünüzü və yaxınlarınızı cəhənnəmin odundan qoruyun ki, onun yanacağı insan bədəni və daşlardır” haqqında sual etdilər ki, yaxınlarımızı necə cəhənnəm odundan qoruyaüq? İmam buyurdu:- “Onlara əmr be məruf və nəhy əz münkər edin” Səhabələr dedilər ki;- “Biz onlara əmr be məruf və nəhy əz münkər edirik, amma onlar qəbul etmirlər”İmam buyurdu: “Siz onlara əmr be məruf vənəhy əz münkər edəndən sonra öhdənizdə olan vəzifənizə əməl etmisiniz ” Rəsulullah (s): “Allah-təala Davud (ə)-n bəlaların və çətinliklərin müqabilində göstərdiyi səbrinə görə ona verdiyi savabı zövcəsinin bəd əxlaqının müqabilində səbr edən kişiyə verər. Ərinin bəd əxlaqı müqabilində səbr edən qadına Allah-təala dünyanın dörd məşhur qadınlarından biri olan Asyanın savabı qədər ona savab verəcək Elman İbadov email: kerrar@mail.ru
|