BAĞIŞLAYAN VƏ MEHRIBAN ALLAHIN ADI ILƏ 1. Şərafətli və izzətli ailədən olub dinində möhkəm olmalıdır
Şərafətli və izzətli ailədən olub dinində möhkəm olmaq ideal ərin ən mühüm şərtlərindən sayılır. Amma sərvətli və qüdrətli olmaq əslən onun ailəsinin şərafətli olmasına dəlalət etmir. Bəzən kasıb və tanınmayan bir ailədən çıxan cavan yer üzünün ən şərafətli və qeyrətli insanı sayılır. Bəzən də görürsən ki, maddi cəhətdən firavan və qüdrətli bir ailədən çıxan bir fərd əslən şərafət məfhumundan çox-çox uzaq bir məsafədə qərar tutur. Deməli insanın şərafətli olmasında əsas meyar onun dinə və mənəviyyata bağlılığıdır. Mənəvi əsaslara bağlılıq, haram və halal şeylərdə diqqətli olmaq, fövqəladə hallarda insana kömək edib bütün çətinliklərin müqabilində dəyanətlilik göstərməyə səbəb olur. Bu xususiyyətlər möhkəm bir ailə yaradıb həmin ailədə sağlam ruhlu uşaqların böyüməsinə imkan yaradır. Deməli belə ailə qurmaq istəyən cavan qızlar özlərinə həyat yoldaşı seçəndə öncə gərək bu meyarlara diqqət yetirsinlər. Əvvəlcədən seçdikləri gələcək həyat yoldaşının ailəsinə diqqət yetirsinlər ki, şərafətli ailədən çıxmış olsun və onun dini qeyrəti olsun. Bu yerdə ehtiyatlı olmaq lazımdır ki, onu sərvətli şöhrətli görüb aldanmasınlar.
2. Xoş əxlaqlı olmalıdır.
Hüseyn ibn Bəşşar İmam Rzaya (ə) məktub yazdı və o məktubda qızı üçün gəlmiş elçilərdə hansı xüsusiyyətlərə diqqət etməyin lazım olduğu haqda göstəriş verməsini xahiş etdi. O imam Rzadan (ə) belə bir sual edirdi: Mənim qohumlarımdan bir nəfər qızımı istəyir, amma o pis əxlaqlıdır. Mən nə edim, qızımı ona ərə verimmi? İmam Rza (ə) cavabında yazdı: Əgər o pis əxlaqlıdırsa qızını ona ərə vermə!
3. Gələcək həyat yoldaşı ruhi və cismani cəhətdən sağlam olmalıdır.
Çünki cismani və ruhi sağlamlılıq gələcəkdə ailə daxilində şəri cəhətdən caiz olan ləzzətlərdən faydalanmaq və sağlam uşaqların dünyaya gəlməsində mühüm rol oynayır. Əslində çağdaş dünyamızda ailə problemlərini öyrənən mütəxəssislər də bu məsələnin üstündə təkid edirlər.
4. Ağıllı olmalıdır.
Əmirulmöminin buyurub: Axmaq adamla evlənməkdən pəhriz edin! Çünki axmaqlarla həmmüsahib olub birgə yol getmək bəladır. Onların övladları da bədbəxt olar”
5. Gəlcək həyat yoldaşı gözəl olmalıdır.
Cavan oğlanlar özlərinə həyat yoldaşı seçəndə qızlarda gözəliyə diqqət etdikləri kimi cavan qızlar da özlərinə həyat yoldaşı seçəndə bu məsələdə qəflətdə qalmamalıdırlar. Çünki zahiri gözəllik həyatın şirinliyinə ikinci bir impulsdur və ailədaxili əlaqələri möhkəmləndirir. Elə buna görə də hər iki tərəf gərək bu mühüm nöqtəyə diqqət yetirsinlər. Beləliklə də gələcəkdə ailə ocağında səmimiyyətli bir mərkəzin yaranmasının təməlini qoysunlar. Əlbəttə yaddan çıxarmaq olmaz ki, zahiri gözəllik ismət, əxlaq, şərafət və dini qeyrət kimi mühüm şərtlərlə bir sırada olmalıdır. Əks təqdirdə zahiri gözəllik təklikdə sadaladığımız məqamlara nail olmaq üçün meyar ola bilməz.
6. Elm və savad.
Gələcək həyat yoldaşının elmli və savadlı olması ailə daxili mehribançılığın əsas təməllərindən biridir. Savadlı insanlarla muaşirətdə olmaq təkamülun əsas mühərrikidir. Adətən savadlı insanlarla ünsiyət insanın hər tərəfli inkişafına səbəb olur. Hətta Allah-təala Qurani-kərimdə buyurur:- “Avam dörd ayaqlı heyvan kimidir, bəlkə də ondan da aşağı dərəcədədir” Amma avam insanlarla ünsiyətdə olmaq əzabdır.
7. Ailələr arasında tənasüb prinsipinə riayət olunmalıdır.
Adətən müxtəlif təbəqələrdən olan oğlan və qız evlənəndə onların arasındakı təbəqəarası fərqlər xırda bir ixtilaf nəticəsində fəlakətə səbəb olur. Mümkündür bu təbəqəarasındakı fərq maddi cəhətdən olsun, mümkündür savad və hətta dini cəhətdən olsun. Çünki dini qeyrət ruhunda böyümüş insanlar hərzə ailələrdə tərbiyə almış fərdlərdən əsaslı şəkildə fərqləndikləri üçün onların bir yerə cəm olması dözülməz olur. 8. Oğlan və qız arasında həm cismi və həm də yaş cəhətdən tənasüblük olmalıdır. Cismi cəhətdən ona görə mütənasib olmalıdırlar ki, heç olmasa camaat arasına çıxanda biri-digəri ilə şiddətli dərəcədə fərqlənməsinlər. Bəzən bu iki nəfərdən biri digərindən boyca yarım metr fərqlənəndə (ola bilsin qız yarım metr hündür olsun və ya əksinə) küçədə yol gedəndə hamının onlara tərəf maraqla baxdığını görəcəklər. Bu baxışların altında özlərini narahat his etməyə başlayacaqlar. Nəticədə ailə daxilində ixtilafların yaranmasında özləri də gözləmədikləri bir qığılcıma səbəb olacaq. Oğlanla qız yaş cəhətindən də biri digəri ilə əsaslı surətdə fərqlənməməlidirlər ki, sonralar ailə daxilində yaranmış xırda bir ixtilaf nəticəsində yaşlarını biri-digərinin üzünə çəkməsinlər.
9. Hər iki tərəfdən ailələr maddi cəhətdən mütənasib olmalıdırlar. Bəli əgər ailələr arasında ciddi şəkildə fərq olsa, məxsusən dini əxlaqlarla tərbiyə olunmamış ailələrdə bu məsələ daha dəhşətli fəlakətlərlə nəticələnir. Belə ki, həmişə maddi imkanı yuxarı olan tərəf əda çıxarmaqla qarşı tərəfin gününü qara etməyə çalışır. 10. Qızlar özlərinə həyat yoldaşı seçəndə gələcək həyat yoldaşının işgüzar olmasına diqqət yetirməlidirlər. Çünki işsiz insan öz dolanacağını təmin etməkdə çoxlu çətinliklərlə üzləşməkdən əlavə ailəsi və övladları da həmin zillətə düşəcəklər. Umumiyyətlə işsiz insan boş vaxtının çoxluğundan uçuruma yuvarlanıb iyrənc əxlaqlara aludə olmağa daha həssas olur. İslam Peyğəmbəri (s) hər bir cavanı görəndə öncə onun məşğuliyyəti və sənəti haqda ondan sual edərdi. Eşidəndə ki, həmin cavan işsizdir buyurardı: “Mənim gözümdən düşdün!” O Həzrətdən (s) səbəbini soruşanda deyərdi: “Çünki mömin məşğuliyətsiz olanda dinini satmaqla dolanmağa çalışar” Bununla da məlum olur ki, ailə başçılarının sənət və məşğuliyət sahibi olması zəruridir. Əlbəttə bu məsələyə diqqət olunmalıdır ki, halal yolla ruzi qazanmaqla məşğul olan mömin bir insan Allah yanında əziz olduğu üçün insanlar arasında da onlar əziz olmalıdırlar. Hoqqabazlıqla və ya Allah bəndələrinə sitəm edib islam ümməti arasında rüşvət almağa rəvac verənlər və nəticədə çoxlu miqdarda qazanc əldə edənlər Allah yanında mənfur olduqları kimi insanlar arasında da mənfur olmalıdırlar.
Hacı Elman İbadov email:kerrar@mail.ru
|