Azan sədası yüksələn zaman şeytan və onun dostları nalə
çəkib fəryad qoparar.
Azan tövhid və təkallahlılığa çağırış nidasıdır - kafir və
müşriklər ondan qorxurlar.
Azan insanları paklığa, mənəviyyata çağırır - murdar
insanlar ondan qaçırlar.
Azanın kəlmələri düzlük, ədalət simvoludur - quldurlar,
zalımlar onu dinləməzlər.
Azan Rəbbimizin dərgahına dəvət nidasıdır - ilahi rəhmətdən
məyus olanlar onu eşitməzlər.
Azan Pərvərdigarın qüdrət, əzəmət bəynıdır - aciz insanlar
ondan qaçarlar.
Azan haqla batili müəyyən edən məhək daşıdır - bu səs batil
insanların üzünü qaraldar.
Azan səsi kəndirləri, buxovları qıran səsdir - əsarəti sevənlər
onu xoşlamaz.
Azan nidası nəfs bəlasından qurtarmağa çağırışdır - öz nəfsinə
əbədi qul olanlar onu sevməz.
Azan insansevərlik səlnaməsidir - məzlumların canına qənim kəsilənlər
onu oxumazlar.
Azan xalis bəndələr üçün bir imtahandır – onlar bu yolda ölsələr
də ondan əl çəkməzlər.
|