Əssaləmu əleykum, Qonaq | Qrupunuz: "Qonaq" | RSS
İslamiyyət
Bömələr
Мини-чат
Baş səhifə » 2009 » Oktyabr » 17 » Bidət
Bidət
21:45
Bidət (dində olmayan şeyi qanun kimi dinə daxil etmək) İslam dinində böyük günahlardan biri sayılır. Bu işə dinimizdə qanuna təcavüz kimi baxılır. Bu barədə aşağıdakı hədislərə nəzər salaq:

1. İmam Əli (ə) buyurur:

وَاِنَّ شَرَّ النّاسِ عِنْدَ اللهِ اِمامٌ جائِرٌ ضَلَّ وَضُلَّ بِهِ فَاَماتَ سُنَّةً مَأْخُوذَةً وَاَحْيا بِدْعَةً مَتْرُوكَةً

«Allah dərgahında insanların ən pisi, özü əyri yolda olub, camaatı da bu yola çəkən və xalqın qəbul etdiyi adət-ənənələri götürüb, yerinə yabancı adət-ənənələri gətirən dövlət rəhbəridir»(Nəһcül-bəlağə, 164-cü xütbə).

 

2. İslam Peyğəmbəri Həzrəti Məhəmməd (s) buyurur:

اِذا ظَهَرَتِ الْبِدَعُ فِي اُمَّتِي فَلْيُظْهِرُ الْعالِمُ عِلْمَهُ فَمَنْ لَمْ يَفْعَلْ فَعَلَيْهِ لَعْنَةُ اللهِ

«Ümmətimin arasında bidətlərin çoxaldığı zaman din alimlərinin vəzifəsidir ki, öz elmlərini camaata aşkar etsinlər (bidət qoyan adamların əleyhinə mübarizə aparsınlar). Onlar bunu etməsələr, onda Allahın lənəti onlara olsun».

3. O həzrət başqa bir hədisdə belə buyurur:

كُلُّ بِدْعَة ضَلالَةٌ وَكُلُّ ضَلالَة سَبِيلُها اِلَى النّارِ

«(İslam dinində qoyulan) hər bir bidət yaratmaq, azğınlıq və haqq yolundan çıxmaqdır. Bütün bu azğınlıqların da nəticəsi cəhənnəm atəşidir» (Vəsailüş-şiə, 11-ci cild, 511-ci səh.).

 

4. İmam Əli (ə) buyurur:

مَنْ مَشى اِلى صاحِبِ بِدْعَة فَوَقَّرَهُ فَقَدْ سَعى فِي هَدْمِ الاِْسْلامِ

«Hər kəs bidətçi bir şəxsin görüşünə getsə və ona hörmət göstərsə İslam dininin məhv olmasına çalışır» (Vəsailüş-şiə, 11-ci cild, 511-ci səh.).

BİD’ƏTÇİNİN EDAM HÖKMÜ

Faris ibni Hatəm zəmanəsinin ən məşhur yalançısı və bid’ətçisi idi. O, xalqı özünün yaratdığı fasid və eybəcər məzhəbə də’vət edirdi. İmam Hadi (ə) Əba Cünəydə onu e’dam etmək fərmanını verdi. İmam Həsən əskəri (ə) da onun qanını hədər bilib onu öldürənin behiştə getməsinə zamin olduğunu e’lan etdi. Əba Cünəyd o əmri yerinə yetirərək həmin bid’ətçini qətlə yetirdi (Səfinətül-biһar, 1-ci cild, 356-cı səh)

 

CAMAATI DİNDƏN UZAQLAŞDIRAN SÖZLƏR VƏ KİTABLAR

İslam fikir azadlığı dinidir. Bu dində bir kəs öz əqidəsini başqasına məcburən qəbul etdirə bilməz. Lakin belə bir sual yarana bilər ki, onda nə üçün bu dinin qayda və qanunlarını rədd edən və islamla mübarizə aparan kitabların oxunması haram və onların satışı qadağandır? Bu sualın qısa cavabı belədir: Bu cür kitabların oxunması islam dinini çox dərindən bilməyən müsəlmanlara haramdır. Çünki onların dünya görüşü və islam dininin kökləri və qanunları haqqındakı fikir səviyyələri aşağı olduğundan belə kitabların oxunması, onların əqidələrinin pozulmasına səbəb ola bilər.

Cəmiyyətdə günaha zəmin yaradan səbəblərdən biri də elə bu növ kitabların oxunmasıdır.

Sualın izahlı cavabı isə belədir: İnsanların bədən qüvvəsi müxtəlif olduğu kimi, onların fikir səviyyələri də eyni deyil. Məsələn, onlardan bə’zisi sadə bir riyaziyyat məsələsini həll etməkdə acizdirlər, amma bə’ziləri isə kompüter sür’əti ilə ən çətin məsələləri belə həll etməyə qadirdirlər.

Buna əsasən yüksək düşüncəyə malik olan (və islam dinini dərindən bilən) alimlər üçün belə kitabların oxunması haram deyil. Çünki onlar öz elmi bilikləri ilə düzgün və batil sözləri bir-birindən seçməyə qadirdilər. Lakin savadı az olan və yüksək bilik səviyyəsinə malik olmayan şəxslərə bu cür kitabların oxunması və yaxud belə sözlər haqqında mə’lumat verilməsi xətərli və zəhərləndiricidir. İslam düşmənləri haqq dinlə mübarizədə bu üsuldan müntəzəm istifadə ediblər və edirlər. Onlar yalan və riya ilə yoğrulmuş fikirlərlə dolu olan belə kitabları yaymaqla müsəlmanları əyri yollara sövq edirlər. Yuxarıda qeyd etdiklərimizin şahidi kimi bu nümunəyə diqqət edək. İslam dini zühur edəndə yəhudi alimləri öz mövqelərini itirəcəklərindən qorxub, Tövratda qeyd olunan və İslam Peyğəmbərinə aid olan əlamətləri dəyişdirdilər. Özlərindən başqa əlamətlər artırdılar ki, guya bu nişanələrə malik şəxs peyğəmbər olacaq! Bu əlamətlər Tövratdakı əlamətlərlə zidd idi. Onların bu işdə məqsədi yəhudi xalqını islam dinindən uzaqlaşdırmaq idi. Əks halda yəhudilər axirəz-zəman Peyğəmbərə məxsus nişanələri məhz Həzrəti Məhəmməd (səlavatullah)- da görüb bunu mö’cüzə kimi qəbul edəcək və İslam dininə daxil olacaqlar. (Çünki o əlamətlər İslam Peyğəmbərində var idi). Bu vaxt «Bəqərə» surəsinin 78-ci ayəsi belə alimlərin haqqında nazil oldu.

Allah-taala bu ayədə buyurur:

فَوَيْلُ لِلَّذينَ يَكْتُبُونَ الْكِتابِ بَاَيْدِيهِمْ ثُمَّ يَقُولُونَ هذا مِنْ عِنْدِ اللهِ لَيَشْتَرُوا بِهِ ثَمَناً قَلِيلاً فَوَيْلٌ لَهُمْ مِمّا كَتَبَتْ اَيْدِيهِمْ وَوَيْلٌ لَهُمْ مِمّا يَكْسِبُونَ

«Vay o adamların halına ki, əlləri ilə kitabı yazıb sonra onu dəyər-dəyməzinə satmaq naminə «Bu Allahın göndərdiyidir» deyərlər. Vay əllərinin yazdıqlarına! Vay qazan-dıqlarına».

Bu ayənin təfsirində oxuyuruq:

Bir tacir Fars vilayətinə gəlib Rüstəm və İsfəndiyarın dastanını öyrəndi və Ərəbistana qayıtdı. Qayıtdıqdan sonra o, hər yerdə belə deyirdi: Əgər Məhəmməd Ad və Səmud qovmünün başına gələn faciəni (dindən döndüklərinə görə) deyirsə, mən də Rüstəm və İsfəndiyarın dastanını deyirəm. Bu vaxt «Loğman» surəsinin 6-cı ayəsi bu kişinin məzəmmətində nazil oldu.

  [Məqalələr] | Oxunub: 871 | Müəllif: Administrator |
Şərh sayı: 0

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
İstifadəçi girişi
Təqvim
«  Oktyabr 2009  »
B.e.Ç.a.ÇC.a.C.Ş.B.
   1234
567891011
12131415161718
19202122232425
262728293031
Axtarış
Dost saytlar
Sayğac

Online: 1
Qonaqlar: 1
İstifadeçiler: 0
Müstəqil İslam saytı © 2024
Təklif və iradlar üçün: islamiyyet@bk.ru

 Materiallardan istifadə edərkən istinad zəruridir!
Sayt 7 Rəcəb (22 iyul) 1428-ci ildən (2007) fəaliyyət göstərir.

Конструктор сайтов - uCoz