Əssaləmu əleykum, Qonaq | Qrupunuz: "Qonaq" | RSS
İslamiyyət
Bölmələr
Məqalələr [68]
Təhlil [32]
Xəbərlər [11]
Hədislər [14]
Dini şeirlər [15]
Fiqh və Fətvalar [5]
Dua və zikrlər [7]
Hekayələr [5]
İslam dünyası [2]
İslam alimləri [1]
Ramazan [11]
İstifadəçi girişi
Namazın qılınma qaydası

1. Namaz qılmaq üçün ilk şərt niyyət etməkdir. İlk öncə namaz qılan şəxs hansı namazı qılmasını müəyyənləşdirməli və (sübh namazı üçündürsə) qəlbindən belə keçirməlidir: "Sübh namazını qılıram vacib qürbətən iləllah”.

2. Niyyət etdikdən sonra təkbir yəni "Allahu əkbər” deyilməlidir (Şəkil 1). Müstəhəbdir ki, həm bu təkbiri, həm də digər təkbirləri deyən zaman əllər qulaqlara çatanadək qaldırılsın.

Şəkil 1

3. Təkbir dedikdən sonra düz durmalı və Həmd (əl-Fatihə) surəsi tam oxunmalıdır (Şəkil 2). Yaxşı olar ki, həmdi və surəni oxuyan zaman əllərini budlarına qoysun. Müstəhəbdir ki, birinci rəkətdə həmdi oxumamışdan əvvəl "Ə'uzu billahi minəş-şeytanir-racim” deyilsin. Həmd surəsi isə belədir: "Bismilləhir-Rahmənir-Rahim. Əlhamdulilləhi Rabbil a'ləmin. ər-Rahmənir-Rahim. Məliki yəumiddin. İyyəkə nə'budu və iyyəkə nəstəi'n. İhdinəs siratal mustəqim. Siratallazinə ən-a'mtə a'leyhim, ğayril məğdzubi a'leyhim vələddza:ll:in”.

4. Həmddən sonra Qurandan bir surə bütöv oxunmalıdır. Amma diqqət edilməlidr ki, vacibi səcdəsi olan surə oxunmasın. Qeyd olunan surələr bunlardır: "ən-Nəcm”, "əl-Əlaq”, "əs-Səcdə”, "Fussilət”. "əl-İxlas" surəsini oxumaq olar:"Bismilləhir-Rahmənir-Rahim. Qul huvəllahu əhəd. Allahus-saməd. Ləm yəlid və ləm yuləd. Və ləm yəkul-ləhu kufuvən əhəd”.

Şəkil 2.

5. Surəni oxuduqdan sonra ruku yerinə yetirilməlidir (şəkil 3). Belə ki, əllər dizlərə çatanadək əyib, aram olduqdan sonra 1 dəfə "Subhanə Rabbiyəl a'zimi va bihəmdih” deyilməldir (3, 5, 7 və daha çox deyilməsi daha yaxşıdır). Həmçinin onun yerinə 3 dəfə "Subhanəllah” demək də olar (bu zikrin də çox deyilməsi müstəhəbdir).

Yaxşı olar ki, rukuya getmədən əvvəl aram olan halda təkbir (Allahu əkbər) deyilsin, rukudan tam qalxdıqdan sonra isə "Səmiallahu limən həmidəh” deyilsin.

Şəkil 3

6. Rukudan tam qalxdıqdan sonra səcdə edilməlidir (şəkil 4). Səcdədə alın, əllərin içi, dizlər, ayaqların baş barmaqları yerə qoyulmalıdır. Səcdə etmək üçün qeyd edilən üzvləri həmçinin alını yerə (səcdənin səhih olduğu əşyaya) qoyduqdan sonra 1 dəfə deyilməlidir: "Subhanə Rabbiyəl a'lə və bihəmdih” (3, 5 və daha çox demək müstəhəbdir). Həmçinin 3 dəfədən az olmamaq şərtilə "Subhanəllah” zikri də deyilə bilər. Zikrləri dedikdən sonra alnını yerdən qaldırmalı və oturmalıdır (şəkil 5). Müstəhəbdir ki, səcdədən qalxdıqdan sonra təkbir deyilsin. Həmçinin yaxşı olar ki, birinci səcdədən qalxdıqdan sonra "Əstağfirullahə Rabbi və ətubu iləyh” deyilsin.

Birinci səcdədən qalxıb oturduqdan sonra ikinci səcdəyə getməli və həmin zikrləri deməlidir.

Şəkil 5

Şəkil 4.

7. İkinci səcdədən qalxdıqdan sonra isə bir az oturub ayağa qalxmalı və yenə həmd və surə oxunmalıdır.

8. Müstəhəbdir ki, namazın ikinci rəkətində surədən sonra qunut tutulsun. Qunutda əllər birləşdirilməli və içi yuxarıya doğru tutulmalıdır (şəkil 6). Qunutda istənilən duanı oxumaq, hətta "Subhanəllah” da demək olar.

Şəkil 6

9. Qunut tutulduqdan sonra ruku yerinə yetirilməldir (əvvəlki qaydada).

10. Rukudan sonra isə yenə iki səcdə yerinə yetirilməlidir.

11. İkinci rəkətdə ikinci səcdədən sonra oturmalı və təşəhhüdü oxumalıdır (şəkil 7): "Əşhədu ən lə iləhə illəllahu vəhdəhu lə şərikə ləh. Və əşhədu ənnə Muhammədən a'bduhu və rasuluh. Allahumə salli a'lə Muhammədin və ə-li Muhamməd”. Müstəhəbdir ki, təşəhhüddən əvvəl "Əlhəmdulillah” deyilsin, həmçinin yaxşı olar ki, təşəhhüddən sonra "Və taqəbbəl şəfaətu vərfə dərəcətəh” deyilsin.

12. Təşəhhüddən sonra salam oxunmalı və namaz bitirilməlidir. Salam belə deyilir: "Əssələmu a'leykə əyyuhən-nəbiyyu və rahmətullahi və bərakətuh. Əssələmu a'leynə və a'lə ibədilləhis salihin. Əssəlamu a'leykum və rahmətullahi və bərakətuh!”. Müstəhəbdir ki, namazın salamından sonra 3 dəfə təkbir deyilsin. Həmçinin sağ və sol çiyinə salam verilsin (Əssalamu aleykum və rahmətullahi və bərakatuh” deyilsin).

Şəkil 7.

Bununla da sübh namazı başa çatır. Lakin zöhr, əsr və işa namazlarını qılarkən (onlar 4 rəkətli olduğu üçün) təşəhhüdü dedikdən sonra salamı demədəm ayağa qalxmalı, 3 dəfə "Təsbihati-ərbəə” adlanan zikri deməlidir: "Subhanəllahi vəlhəmdulilləhi və lə iləhə illəllahu vallahu əkbər”. Daha sonra ruku və səcdələri yerinə yetirməli, ikinci səcdədən qalxıb oturduqdan sonra ayağa qalxıb yeni təsbihatı dəfə deməli, ruku və səcdələri yerinə yetirib təşəhhüdü və salamı oxumalı, namazı bitirməlidir.

Məğrib namazı 3 rəkətli olduğu üçün üçüncü təkətdə təsbihatı oxuyub ruku və səcdədən sonra ayağa qalxmamalı və təşəhhüdü və salamı oxuyub namazı bitirməlidir.

Vacibi namazların 3 və 4-cü rəkətlərində təsbihatın yerinə Fatihə surəsini də oxumaq olar. Amma yaxşı olar ki, təsbihat oxunsun. Həmçinin təsbihatı öyrənə bilməyən şəxs Fatihəni oxumalıdır.

Kişi sübh, məğrib və işa namazlarının 1-2-ci rəkətlərində həmd-surə ucadan oxunmalıdır. Qadın isə astadan da oxuya bilər. Amma əgər səsini naməhrəm eşidərsə astadan oxumalıdır. Zöhr və əsr namazlarının həmd-surəsi isə isə astandan oxunmalıdır.

3-4-cü rəkətlərdə təsbihati-ərbəə zikri istənilən halda astandan oxunmalıdır.

Qeyd. Bəzi yerlərdə müəyyən dini hökmlərin adını işlətmişik. Çətinlik törəməməsi üçün qısaca izah edirik:

Vacib: Görülməsi savab, tərk edilməsi günah olan əməldir.

Haram: Görülməsi günah, tərk edilməsi savab olan əməldir.

Müstəhəb: Görülməsi savab, tərk edilməsi günah olmayan əməldir.

Məkruh: Görülməsi günah olmayan, tərk olunması gözəl olan əməldir.

...Bir ayə
"Günortadan (gün batmağa meyl edəndən) gecənin qaranlığınadək namaz (günorta, ikindi, axşam və gecə namazları) qıl. Sübh namazını da qıl. Çünki sübh namazı (gecə və gündüz mələkləri, həmçinin bir çox insan tərəfindən) müşahidə olunur" ("əl-İsra", 78).
...Bir hədis

Peyğəmbər (s) buyurmuşdur: "Öz namazlarınızda (son dərəcə) diqqətli olun, çünki Allah-taala qiyamət bərqərar olarkən bəndəni gətirər və ondan soruşduğu ilk şey namaz olar, əgər onu tamam-kamal yerinə yetirmiş olarsa (bağışlanmış insanlardan olar), əks halda Cəhənnəmə atılar " ("Biharul-ənvar”/82/202).

Təqvim
«  Dekabr 2024  »
B.e.Ç.a.ÇC.a.C.Ş.B.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Axtarış
Dost saytlar
Sayğac
Müstəqil İslam saytı © 2007
Təklif və iradlar üçün: islamiyyet@bk.ru
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir!
Sayt 7 Rəcəb (22 iyul) 1428-ci ildən (2007) fəaliyyət göstərir.

Конструктор сайтов - uCoz