Xoş gelmişsiniz! |
 
İslamiyyət
Bölmələr
Məqalələr [68]
Təhlil [32]
Xəbərlər [11]
Hədislər [14]
Dini şeirlər [15]
Fiqh və Fətvalar [5]
Dua və zikrlər [7]
Hekayələr [5]
İslam dünyası [2]
İslam alimləri [1]
Ramazan [11]
İstifadəçi girişi

Həzrəti Muhəmməd (s) hicri təqvimlə 570-ci ildə  Məkkə şəhərində (Səüdiyyə Ərəbistanı) anadan olub. Qüreyş tayfasından olan Muhəmmədin (s) atasının adı Abdullah, anasının adı isə Aminə idi. Abdullahla Aminənin evlənməsindən bir qədər sonra Aminənin başı üzərində peyda olan mələklər ona dedilər: “Sənin oğlun olacaq, adını Məhəmməd qoyarsan”. “Muhəmməd” sözünün mənası “Tərifəlayiq” deməkdir.  İşlə əlaqədar Suriyaya gedən Abdullah qayıdarkən Mədinədə xəstələnərək oğlu Məhəmmədi görməmiş vəfat etdi. Məhəmməd 5 yaşında olarkən anasını da itirdi. Bundan sonra babası Əbdül Mütəllib Məhəmmədi öz öhdəsinə götürdü. Lakin cəmi bir ildən sonra Əbdül Mütəllib Məhəmmədi (s) Əbu Talibə tapşırıb vəfat etdi. Əbu Talib Həzrəti Məhəmmədin (s) əmisi idi və onu öz övladı kimi sevirdi...

Məhəmməd (s) çox dürüst bir gənc idi. Məkkəlilər onu “Əl-Əmin (inanılmış)” və ya “Sadiq” adlandırırdılar. Məhəmməd Əbu Taliblə işlədiyi müddətdə ticarətin bir çox sirrlərinə agah olmuşdu. Bu zaman Məkkədə Xədicə adlı varlı, dul bir qadın yaşayırdı. O Məhəmməd haqqında eşitdikdən sonra adam göndərib Məhəmməddən onun karvanlarınışayiət etməsini istədi. Həzrəti Muhəmməd (s) Əbu Talibin razılığı ilə bunu qəbul etdi. Daha sonra Xədicə Məhəmmədə ona ərə getmək istədiyini bildirdi. Məhəmməd (s) ona kasıb olduğunu dedi. Lakin Xədicə ona bunun əhəmiyyətsiz olduğunu dedi. Beləliklə Məhhəmməd Əbu Talibin razılığı ilə bu təklifi qəbul etdi və onlar ailə qurdular...                                                                  

...O, artıq qırx yaşında idi. Bir gün Həra mağarasında Allaha ibadət və dua ilə məşğul ikən Cəbrailin gətirdiyi vəhy vasitəsi ilə Allah-taala tərəfindən peyğəmbərlik vəzifəsinə təyin olundu. Bu hadisədən həyacanlanmış həzrət Peyğəmbər (s) bir müddət istirahət etmək məqsədi ilə Kəbəyə getmiş, lakin vəhy mələyi təzədən ona nazil olaraq təbliğə başlamasını əmr etmişdi.  İlk əvvəl həzrət Peyğəmbərin (s) dəvəti məxfi idi. Ona inanan adamlar da bu işə tam gizli bir şəkildə əməl edirdilər. Ona ilk iman gətirənlər həyat yoldaşı Xədicə (r) və Әli (ə) olmuşdu. Aradan üç il ötdükdən sonra Məkkə və Məkkə ətrafı məntəqələrdə təbliğat üçün münasib bir şərait yaranmışdı. Peyğəmbərə (s) insanları bir olan Allaha dəvət etmək və bütlərə qarşı mübarizə aparmaq vəzifəsi tapşırılmışdı. Bu iş olduqca təhlükəli idi. Çünki qəbilə başçılarının hakimiyyəti çox güclü idi. Onlar hakimiyyəti əldən vermək istəmirdilər. İllər boyu sitayiş etdikləri bütləri sındırmaq onlara çox ağır gəlirdi. Amma böyük bir hədəf olan tək Allaha inanmaq, tövhid ideyasının yayılması üçün çətinliklərə, ağır şəraitə sinə gərməkdən başqa bir çarə yox idi. Açıq və ümumi təbliğatdan sonra, hakimiyyətdə olanlar onunla müxalifət edib aşkar bir şəkildə öz düşmənçiliklərini Peyğəmbərə (s) bildirmişlər. Bütpərəst quldurlar tövhid hərəkatının qabaqcılı sayılan həzrət Məhəmmədin (s) təbliğinin qarşısını almaq üçün əllərində mövcud olan bütün imkanlardan istifadə edirdilər. Әvvəlcə rüşvətlə o həzrəti tutduğu yoldan döndərmək istəsələr də bu işləri heç bir nəticə vermədi. Ondan sonra belə qərara gəldilər ki, o həzrəti müxtəlif təhdid və təzyiqlərə məruz qoysunlar. Müsəlman olanlara lağ edib döyür, işkəncə verir, malların müsadirə edirdilər. Amma bu təşəbbüslər nəinki tövhid hərəkatına mane ola bilmədi, əksinə bu hərəkatı daha da gücləndirdi.

Müşriklər, Peyğəmbərimiz və dostları Məkkədən çıxana qədər öz çirkin əməllərindən əl çəkmədilər. İlk müsəlmanlar düşmən şərrindən qorunmaq üçün üç il Şəbi Әbu Talib adlı aclıq və susuzluqla mühasirə olunmuş bir yerdə qalmağa məcbur oldular. Ancaq müşriklər bunu da onlara çox görüb həmin məhəlləyə nəzarəti gücləndirdilər. Belə ki, heç kim cürət edib onlara yemək və su apara bilmirdi. Təkcə canlarından keçmiş bir qrup gecənin qaranlığından istifadə edərək onların bu ehtiyaclarını təmin etməyə cəhd edirdilər. Bu sıxışdırmaların və mühasirənin heç bir nəticə vermədiyini görən müşriklər, müsəlmanların bu inamlı müqavimətləri qarşısında yeganə çıxış yolunu onları öldürməkdə görürdülər. Intiqamdan da qorxduqları üçün onlar belə qərara gəlmişdilər ki, bütün qəbilələri öz tərəflərinə çəkərək birlikdə Peyğəmbərin (s) evinə həmlə edib o həzrəti qılıncdan keçirsinlər...

...Həzrət Peyğəmbər (s) vəhy mələyi vasitəsi ilə müşriklərin planından xəbərdar olmuşdu. Peyğəmbərimizin (s) canını qorumaq üçün, o gecə onun yerində yatan həyatını təhlükəyə atan həzrət Әli (ə) olmuşdu. Peyğəmbər (s) gecənin qaranlığından istifadə edib Məkkədən çıxaraq Mədinəyə yola düşmüşdü. Elə həmin gecə müşriklər peyğəmbərimizin evinə basqın etmişdi, lakin yataqda həzrət Әlini gördükdə təəccüblənib tezliklə Peyğəmbəri (s) təqib etməyə başlamışdılar. Ancaq bu işdən də heç bir nəticə almayıb Məkkəyə qayıtmaq məcburiyyətində qalmışdılar. Әziz Peyğəmbərimiz (s) doqquz gündən sonra çox çətinliklə və ağır zəhmətlə Mədinə yaxınlığındakı Quba adlı bir məntəqəyə yetişdikdə burada xalq tərəfindən təntənəli şəkildə qarşılandı. Həzrət Peyğəmbərin (s) orada gördüyü ilk iş məscid tikdirmək oldu ki, həm camaatın ibadət ehtiyaclarını təmin etsin, həm də müsəlmanların yığıncaq mərkəzinə çevrilsin. Mədinə əhalisi böyük şövqlə Quba məscidini tikdilər. İnşaat işlərində Peyğəmbərimizin (s) özü də iştirak edirdi. Məscid tikintisi qurtardıqda ilk dəfə olaraq cümə namazı orada qılındı və birinci xütbəni də həzrət Peyğəmbər (s) elə həmin məsciddə oxudu. Məkkədə öz yerinə nümayəndə olaraq qoyduğu həzrət Әli (ə) və onunla birlikdə gəlməli olan Bəni Haşim qadınlarının həmin şəhərə yetişməsi üçün həzrət Peyğəmbər (s) bir müddət Qubada qalmalı olmuşdu.

Həzrət Әli (ə) Məkkədə üç gün qalaraq xalqın həzrət Peyğəmbərin (s) yanında olan əmanətlərini sahiblərinə qaytardı. Daha sonra Bəni Haşim qadınları ilə birlikdə gecə yarısı Mədinəyə yola düşüb Qubada Peyğəmbərimizə çatdı. Həzrət Peyğəmbər (s), həzrət Әli (ə) və qadınlarla birlikdə Mədinə əhalisinin coşqun və həyəcanlı qarşılama mərasimi altında şəhərə daxil olmuşdu. Hamı Peyğəmbərimizi (s) öz evinə qonaq aparmaq istəyirdi. Ancaq həzrət Peyğəmbər (s) belə buyurdu: «Dəvəmin qabağından çəkilin, dəvə kimin evinin önündə yatsa, qalacağım yer də ora olacaq». Dəvə Mədinənin dar və qarışıq küçələrindən irəliləyib axırda Әbu Әyyub Әl-Әnsarinin evinin önündə yerə çökdü. Beləliklə Peyğəmbərin (s) qalacağı yer məlum oldu.

Həzrət Peyğəmbərin (s) Mədinədə ilk fəaliyyəti öz risalətini təbliğ edib, İslamı yaymaq üçün tikdirdiyi məscid oldu. Sonra isə yəhudilərin təhriki nəticəsində yaranan və 120 il davam edən Ovs və Xəzrəc qəbilələri arasındakı düşmənçiliyə son qoydu.

Peyğəmbərimiz mühacirlərin Әnsara artıq zəhmət verməməsi və bir-birləri ilə qardaş kimi yaşamaları üçün aralarında qardaşlıq mərasimi təşkil etdi. Mədinə iqtisadiyyatının nəbzini əllərində tutan yəhudilər isə özlərini ciddi bir təhlükədə hiss edib müsəlmanlarla pis rəftar etməyə başladılar. Onlar müsəlmanların vəhdətini pozmağa və onları bir-birinə qarşı düşmən etməyə çalışırdılar. Amma dahi Peyğəmbərimiz (s) onların bu planlarını puça çıxardı.

...Peyğəmbər (s) həcc səfərindən qayıtdıqdan sonra xəstələnib yatağa düşdü. Hiyləgər və həmişə fürsət sorağında olan bir qrup peyğəmbərlik iddiası etsələr də onun əmri ilə qətlə yetirildi. Bir gün Peyğəmbər (s), ağır xəstə olduğu halda, Әli (ə)-la birgə Bəqi qəbristanlığına, əshabın qəbirlərini ziyarət etməyə getdi. Daha sonra evinə qayıtdı. Peyğəmbərin (s) xəstəliyi gün-gündən şiddətlənirdi. Nəhayət hicri 11-ci ilin Səfər ayının 28-də, başı həzrət Әlinin sinəsində ikən Allaha qovuşdu və bütün İslam dünyasını sonsuz bir yasa düçar etdi.

...Bir ayə

“(O Peyğəmbər) onlara yaxşı işlər görməyi buyurar, pis işləri qadağan edər, təmiz (pak) nemətləri halal, murdar (napak) şeyləri haram edər, onların ağır yükünü yüngülləşdirər və üstlərindəki buxovları açar (şəriətin çətin hökmlərini götürər). Ona (o Peyğəmbərə) iman gətirən, yardım göstərən və onunla (Quranın) ardınca gedənlər məhz onlar nicat tapanlardır!” (“əl-Əraf”,157).

...Bir hədis

Həzrəti Peyğəmbər (s) buyurmuşdur: ”İnsanların diriləcəyi gün ilk mən çıxacam. Onlar gəldikləri zaman (Allahın hüzuruna) xətibləri mən olacam. (Allahın rəhmətindən) ümidlərini kəsdikdə (rəhmət məğfirəti) onlara mən müjdələyəcəm. O gün “Livaül-həmd” (Şükür sancağı) mənim əlimdə olacaq. Adəmoğlunu Allaha ən kərim olanı da mənəm” (“ət-Tirmizi”, 3614).

Təqvim
«  Oktyabr 2024  »
B.e.Ç.a.ÇC.a.C.Ş.B.
 123456
78910111213
14151617181920
21222324252627
28293031
Axtarış
Dost saytlar
Sayğac
Müstəqil İslam saytı © 2007 Materiallardan istifadə edərkən istinad vacibdir!  Конструктор сайтов - uCoz