Əssaləmu əleykum, Qonaq | Qrupunuz: "Qonaq" | RSS
İslamiyyət
Bölmələr
Məqalələr [68]
Təhlil [32]
Xəbərlər [11]
Hədislər [14]
Dini şeirlər [15]
Fiqh və Fətvalar [5]
Dua və zikrlər [7]
Hekayələr [5]
İslam dünyası [2]
İslam alimləri [1]
Ramazan [11]
İstifadəçi girişi


Dəstəmaz almağın qaydası.

1. Niyyət edilməlidir: “Dəstəmaz alıram qürbətən iləllah”.

2. Alnın tük bitən hissəsindən çənəyə qədər üz yuyulmalıdır (şəkil 1-2).



                
Şəkil 1.                                       Şəkil 2.

3. Sağ qol dirsəkdən barmaqların ucuna qədər yuyulmalıdır (şəkil 3-4).


          
 Şəkil 3.                                     Şəkil 4.


4. Sol əl dirsəkdən barmaqların ucunadək yuyulmalıdır (şəkil 5-6).

      
Şəkil 5.                                     Şəkil 6.


5. Sağ əlin içində qalan rütubətlə  başın ön hissəsinə məsh çəkilməlidir (şəkil 7).



Şəkil 7.

6. Sağ əldə qalan rütubətlə sağ ayağa, barmaqların ucundan düz yerədək məsh çəkilməlidir (şəkil 8-9).




  
Şəkil 8.                                              Şəkil 9.

7. Sol əldə qalan rütubətlə sol ayağa həmin qayda ilə məsh çəkilməlidir (şəkil 10-11).





Şəkil 10.                                    Şəkil 11.

Baş və ya ayaqlar yaş olarsa, məsh etməzdən qabaq onları qurulamaq vacibdir. Amma quruladıqdan sonra qalmış rütubətin eybi yoxdur.

Dəstəmazı batil edən əməllər: 1- sidik, 2- ifrazat, 3- ifrazat məxrəcindən xaric olan mədə və ya bağırsaq yeli, 4- gözün görmədiyi, qulağın eşitmədiyi yuxu (göz görməsə, qulaq eşitsə batil olmaz), 5- əqli aradan aparaşn şeylər (huşu itirmə, məst olma və s.), 6- qadının istihazəsi, 7- qüslu pozan işlər (cənabət kimi).


Dəstəmazın müstəhəb əməlləri.

1-Üzü yumazdan qabaq əlləri yumaq;

2-Ağıza su alıb yaxalamaq;

3-Buruna su alıb yaxalamaq;

4-Aşağıdakı duaları oxumaq:

 

Dəstəmazın əvvəlində suyu tökərkən desin:

«Bismilləhir-Rahmənir-Rahim. Əlhəmdu lilləhil-ləzi cəələl-maə təhurən və ləm yəcəlhu nəcisən».

Yəni: Bağışlayan və mehriban Allahın adı ilə. Bütün həmd və sitayişlər suyu murdar deyil, pak və pakedici yaradan Allaha məxsusdur.»

Üzü yuyarkən belə desin:

«Allahummə bəyyiz vəchi yəvmə təsvəddu fihil-vüsuhu və la tusəvvid vəchi yəvmə təbyəzzu fihil-vucuh»

Yəni: Ilahi! Üzlər qaraldığı gündə mənim üzümü ağ et və üzlər ağardığı gündə mənim üzümü qara etmə.

Sağ qolu yuduqda desin:

«Allahummə əətini kitabi biyəmini vəl-xuldə fil-cinani biyəsari və hasibni hisabən yəsira»

Yəni: Ilahi! Mənim əməl kitabımı sağ əlimə, Behiştdə əbədi qalmaq üçün icazənaməni isə sol əlimə ver, mənim hesabımı çox yüngül et.

Sol qolu yuduqda desin:

«Allahummə la tutini kitabi bişimali vəla təcəlaha məğlulətən ila unuqi və əuzu bikə min muqəttiatin-niran»

Yəni: Ilahi! Mənim əməl kitabımı sol əlimə vermə və onu boynumun zəncirinə çevirmə və oddan hazırlanmış paltarlardan Sənə pənah aparıram.

Başa məsh etdikdə desin:

«Allahummə ğəşşini birəhmətikə və əfvikə və bərəkatik»

Yəni: Ilahi! Məni Öz rəhmət, əfv və bərəkətinlə bürü.»

Ayaqlara məsh etdikdə desin:

«Allahummə səbbitni ələs-sirati yəvmə təzillu fihil-əqdamu vəcəl səyi fima yurzikə ənni»

Yəni: Ilahi! Ayaqlar lərzəyə düşüb titrədiyi zaman məni siratda sabit saxla, səy və təlaşımı Səni məndən razı edən yollarda qərar ver.

Cəbirə dəstəmazinin hökmü.

Yaraya, sınmış üzvə bağlanan parça, yara və bu kimi şeylərin üzərinə qoyulan dərman cəbirə adlanır.

Əgər dəstəmaz üzvlərindən birində yara, çiban, sınıq olsa belə ki, onun üzü açıq olsa və suyun da ona zərəri olmasa gərək adi qaydada dəstəmaz alına və bu zaman cəbirə lazım deyil.

Əgər yara və çiban üz və əllərdədirsə və onun üstü açıqdırsa, suyun onun üzərinə tökməyin zərəri varsa, onda əgər yaş əli çəkməyin zərəri olmasa ehtiyat vacibə görə yaş əli onun üzərinə çəkib, pak parçanı onun üzərinə qoyub yenə yaş əli onun üzərinə çəksin və əgər bu əməlin də ziyanı olsa və yaxud çiban və yaranın yeri nəcis olmuş olsa və yaxud yaş əli çibanın və yaranın üzərinə çəkə bilməsə gərək yaranın və çibanın ətrafına dəstəmazda deyildiyi kimi, əlini çəkə və ehtiyat vacibə görə üzərinə parça qoyub yaş əl ilə üzərinə məsh çəkə. Əgər parçanı üzərinə qoymaq mümkün olmasa yaranın və çibanın ətrafını yuyub ehtiyat vacibə görə təyəmmüm də etməlidir.

Əgər yara və çiban başın qabağında ya ayaqların üzərindədirsə və onun üstü açıqdırsa, onların üzərinə məsh edə bilmirsə (yara bütün məsh yerini tutubsa), yaxud başqa sağlam yerlərdə məsh etmək mümkün olmasa bu halda ehtiyat vacibə görə pak parçanı onun üzərinə qoyub əlində qalan dəstəmaz suyu ilə məsh edə; ehtiyat lazıma görə təyəmmüm etməlidir. Əgər parçanı qoymaq mümkün olmasa məsh çəkmək lazım deyil, amma gərək dəstəmazdan sonra təyəmmüm edə.

Əgər çibanın, yaranın və sınığın üzü bağlı olsa belə ki, onu açmaq mümkün olsa və suyun da ona zərəri olmasa gərək onu aça və dəstəmaz ala (bu yaranın və s əldə, üzdə, başın qabağında və yaxud ayaqların üzərində olmasının fərqi yoxdur).

Əgər yaranın olduğu üzvü açmaq mümkün olsa amma su vurmağın zərəri olsa o zaman yaş əl ilə onun üzərinə məsh çəkməyin zərəri olmasa ehtiyat vacibə görə yaş əl ilə onun üzərinə məsh çəkə və sonra pak olan parçanı onun üzərinə qoyub parça üzərindən də yaş əl ilə məsh çəkə.

Qurandan ayə

“Ey iman gətirənlər! Namaza durduğunuz zaman üzünüzü və dirsəklərlə birlikdə (dirsəklərdən və ya dirsəklərə qədər) əllərinizi yuyun. (Yaş əlinizlə) başınızı və hər iki bəndə (oynağa) qədər ayaqlarınızı məsh edin (və ya: başınızı məhs edin, ayaqlarınızı isə hər iki topuğa qədər yuyun)” (“əl-Maidə”, 6).

Peyğəmbərdən (s) hədis

Peyğəmbər (s) buyurmuşdur: “Kim gözəl şəkildə dəstəmaz alsa, onun günahları dırnaqlarının altına çatanadək bütün bədənindən çıxar” (“Səhih Müslim”, Təharət 33).

Təqvim
«  Dekabr 2024  »
B.e.Ç.a.ÇC.a.C.Ş.B.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Axtarış
Dost saytlar
Sayğac

Online: 1
Qonaqlar: 1
İstifadeçiler: 0
Müstəqil İslam saytı © 2024
Təklif və iradlar üçün: islamiyyet@bk.ru

Materiallardan istifadə etdikdə istinad zəruridir!
Sayt 7 Rəcəb (22 iyul) 1428-ci ildən (2007) fəaliyyət göstərir.

Конструктор сайтов - uCoz