İmam Museyi
Kazim (ə) 128-ci Hicri-qəməri ilinin Səfər ayının yeddisi, bazar günü Məkkə ilə
Mədinə arasında yerləşən Әbva adlı yerdə Həmidə adlı bir xanımdan dünyaya gəldi və 21
yaşında ikən İmamlığa çatdı. Bu barədə Әbubəsir belə demişdir: “İmam Cəfər
Sadiq (ə) ilə birlikdə həccə gedirdik ki, Әbvaya çatdıq. Səhər yeməyimizi
yedikdən sonra imama xəbər verdilər ki, Allah sizə bir oğlan uşağı əta etmişdir.
Həzrət sevincək qalxıb xanımı Həmidənin yanına getdi. Bir azdan sonra gülə-gülə
qayıdan İmam bizə belə buyurdu: «Allah mənə ən yaxşı hədiyyəsi olan bir uşağı əta
edibdir. Anası deyir ki, uşaq dünyaya gələndə başını səcdəyə qoyub Allaha şükr
edibdir ki, bu da onun imamlığının nişanəsidir”. O, Mədinəyə qayıtdıqdan sonra
üç gün ehsan verərək bütün yoxsulları ehsan məclisinə dəvət etdi.
İMAMIN ӘXLAQİ XÜSUSİYYӘTLӘRİ
İmamın cismi cəhətdən
arıq olmasına baxmayaraq, ruhi baxımdan olduqca güclü idi. Paltarının altından köhnə
köynək geyər, daimə piyada gedər, həmişə xalqa salama verər, ailəcanlı və hörmətcil
idi. Həzrət həmişə yoxsulların fikrini çəkər, belə ki, gecələr gizlincə ərzaqı
yoxsul ailələrin evinə aparar və onlardan bəzisinə aylıq maaş verərdi. İmamın dostlarında
biri o Həzrətin səbr və dözümü barədə belə demişdir: “Həzrət həmişə öz nümunəvi
əxlaqı ilə düşməni utandırardı. Mədinədə bir kişi var idi ki, hər vaxt İmamı
görəndə qabağını kəsib onu söyərdi. Bir gün İmamın dostları «İcazə ver onu tənbeh
edək» - söylədikdə İmam (ə) buyurdu: “Onunla işiniz olmasın və ona toxunmayın”.
Artıq bu söhbətdən bir neçə gün keçmişdi, lakin həmin kişidən bir xəbər çıxmadı.
İmam (ə) onun halını soruşduqda, dedilər: Mədinə çölündəki tarlasına gedib. Bunu
eşitcək İmam (ə) da həmin tarlaya getdi. Həmin kişi İmamı görən kimi uzaqdan səslənib
dedi: “Mənim tarlama girmə. Mən səni və sənin ata-babanı özümə düşmən sayıram”.
İmam (ə) ona yaxınlaşıb salam verdi, kefini soruşduqdan sonra mehribanlıqla ona
belə buyurdu: «Bu tarlaya nə qədər xərcləmisən?» Kişi dedi: “Yüz dinar”. İmam
soruşdu: «Nə qədər gəlirin olacağına ümid edirsən?» Kişi dedi: İki yüz dinar. Həzrət
(ə) içində üç yüz dinar olan bir kisəni çıxardıb ona verdikdən sonra buyurdu:
«Bu pulu al, tarlan da özünə qalsın». İllər boyu Həzrəti təhqir edən kişi belə
bir şeyi gözləmirdi. Elə buna görə də utanıb İmamın əlindən öpdü və ondan üzr
istədi.
İMAMIN ŞƏHADƏTİ
Zindanların dəyişilməsinin
səbəbi bundan ibarət idi ki, Harun zindan qarovulçularından İmamı öldürmələrini
tələb etdikdə onların heç biri bu işi görməyə razı olmurdu. Nəhayət daşürəkli cəllad
Sindi İmamı zəhərlədi. Harun yalançı şahid gətirməklə çalışdı ki, İmamın
zindanda öz əcəli ilə öldüyünü isbat etsin və bu hiylə ilə də həm özünə bəraət
qazansın, həm də İmamın tərəfdarlarının üsyanının qarşısını alsın. Lakin onun
bu hiyləsi baş tutmadı və nəhayət Harunun qohumlarından olan Süleymanın cəhdləri
nəticəsində Bağdadda üsyan baş verdi ki, bu da İmamın cənazəsinin gizlincə dəfn
edə bilmələrinə, eləcə də Harunun özünün də əzadarlara qoşularaq dəfn mərasimində
iştirak etmək məcburiyyətində qalmasına səbəb oldu. Nəhayət İmam (ə) xalqın
matəm və əzası altında Kazimeyndə torpağa tapşırıldı.