Əssaləmu əleykum, Qonaq | Qrupunuz: "Qonaq" | RSS
İslamiyyət
Bömələr
Мини-чат
Baş səhifə » 2011 » İyul » 12 » ORUC TUTMAĞA DƏVƏT
ORUC TUTMAĞA DƏVƏT
18:26

Rəsulullah(s.a.ə.s.) Şəban ayının sonuncu cümə günü etdiyi xütbədə buyurmuşdur: «Ey insanlar! Həqiqətən Allah ayı öz rəhmət, bərəkət və əfvilə sizə üz tutub. Bu elə bir aydır ki, günləri-günlərin ən yaxşısı, saatları saatların ən yaxşısıdır. Bu o aydır ki, sizlər Allah ziyafətinə çağırılmışsınız və Allahın kəramət əhlindən qərar verilmişsiniz. Bu ayda nəfəsləriniz zikr, yuxularınız ibadət hesab olunar, etdiyiniz dualar müstəcəb olar. Elə isə düzgün niyyətlərlə və günah və pis sifətlərdən paklanmış ürəklərlə Allahdan istəyin ki, Quran oxumaq və oruc tutmaq ücün sizə tofiq əta etsin. Bu ayda aclıq və susuzluqla qiyamət günü aclıq və susuzluğunu yad edin, fəqir və miskinlərinizə sədəqə verin, qocalarınıza hörmət, uşaqlarınıza rəhm, yaxınlarınıza nəvaziş edin. Deyiləsi lazım olmayan danışıqlardan dilinizi saxlayın, baxılması haram olan şeylərdən gözünüzü saxlayın və eşidilməsi haram olan sözlərdən qulaqlarınızı qoruyun.

 Ey insanlar! Həqiqətən sizin bədənləriniz sizə əmanət verilmişdir və öz bədəninizdən bağışlanmaq ücün xərcləyin. Beliniz günahlardan ağırlaşıb, yüngülləşməsi ücün səcdələri uzadın. Cünkü Haqq-Təala and icib ki, bu ayda namaz qılıb səcdə edənlərə əzab verməyəcək. Onları cəhənnəm atəşi ilə qorxurtmayacaq. 

 Ey insanlar! Hər kim bu ayda öz əxlaqını yaxşılaşdırarsa, ayaqlar titrəyib əsdiyi vaxt sirat körpüsündən asan kecər. Hər kim bu ayda camaata qarşı şər etməkdən çəkinsə, Haqq-Təala qiyamət günü onu öz qəzəbinə dücar etməz. Hər kim bu ayda atasız yetimlərə hörmət etsə, Allah da onu qiyamət günü hörmətli edər.

Hər kim bu ayda öz qohumları ilə əlaqə yaradıb, xoşrəftar olsa, Allah da qiyamət günü onu öz rəhmətilə sirab edər. Hər kim bu ayda öz qohumlarına yaxşılıq etməyi əsirgəyərsə, Allah da qiyamət günü öz rəhmətini ondan əsirgəyər. Hər kim bu ayda müstəhəbbi namaz qılarsa, Allah da onu cəhənnəm odundan qoruyar. Hər kim bu ayda vacibi namazlarını əda etsə, Allah ona digər aylarda qıldıgı 70 vacib namazın səvabını əta edər. Hər kim bu ayda mənə salavat göndərsə, əməl tərəziləri yüngül gəldiyi vaxt Allah qiyamət günü onun əməl tərəzisini agır edər. Hər kim bu ayda bir Quran ayəsi oxusa, başqa aylarda bütöv Quranın savabını alar.

Ey insanlar! Həqiqətən bu ayda Cənnət qapıları açıqdır. Allahdan qapılarını sizin üçün bağlanmamasını diləyin. Bu ayda Cəhənnəm qapıları bağlıdır. Allahdan Cəhənnəm qapılarının sizin üzünüzə acılmamasını diləyin. Bu ayda şeytanlar zəncirlənmiş olarlar. Dua edin ki, Allah onların şərindən sizi uzaq etsin»

                               ORUCLUQ AYININ DUASI

  Bu dua mübarək Ramazan ayının hər günündə oxunur:

 «Bismilləhir-Rəhmanir-Rəhim.Ya əliyyu, ya əzim, ya ğəfuru, ya rəhim, əntər-rəbbul-əzim, əlləzi leysə kəmislihi şəy və huvəs-səmiul-bəsir və hazə şəhrun əzzəmtəhu və kərrəmtəhu və şərrəhtəhu ələş-şühür, və huvəş-şəhrul-ləzi fərəztə siyəməhu əleyy və huvə şəhru rəməzən, əlləzi ənzəltə fihil quran, hudən linnasi və bəyyinəti minəl-hudə vəl furqan və cəəltə fihi ləylətəl-qədr və cəəltəhə xəyrən min əlfi şəhr, fəyə zəl-mənni və lə yumənnu ələykə munnə ələyyə bifəkaki rəqəbəti minən-nar, fimən təmunnu ələyhi və ədxilnil-cənnətə birəhmətikə yə ərhəmər-rahimin.

 Əllahummə ədxil əla əhlil quburis-surur, əllahummə əğni kullə fəqir, əllahummə əşbi kullə ca`i, əllahumək-su kullə uryan, əllhumməqzi deynə kulli mədin, əllahummə fərric ən kulli məkrub, əllahummə ruddə kullə ğərib, əllahummə fukkə kullə əsir, əllahummə əslih kullə fasidin min umuril-muslimin, əllahumməşfi kullə məriz, əllahummə suddə fəqrəna bi ğinak, əllahummə ğəyyir suə halina bihusni halik, əllahumməqzi ənnəd-deynə və əğnina minəl-fəqri innəkə əla kulli şey in qədir»

  Tərcümə: «Ey uca və əzəmətli Allah! Ey bağışlayan və mehriban Allah! Sən ulu rəbbimizsən ki, heç yerdə misli bərabərin yoxdur. Hər şeyi eşidən və görən Rəbsən. Və bu ay, elə bir aydır ki, onu başqa aylardan daha əzəmətli, kəramətli, şərafətli və fəzilətli qərar verdin.Və bu, o aydır ki, o ayda oruc tutmağı mənə vacib etdin.Və o, Ramazan ayıdır.Və bu ayda bütün bəşəriyyət üçün hidayət kitabı olan Quranı nazil etdin ki, insanlar haqqı batildən ayıra bilsinlər.Və bu ayda "Qədr” gecəsini qərar verdin və bu gecəni min aydan da xeyirli etdin.Ey minnət sahibi ki, heç kim sənə minnət qoya bilməz, mənə minnət qoymaqla Cəhənnəm atəşindən xilas et. Və məni Cənnətə daxil et. Sənin mərhəmətinlə, ey rəhmlilərin rəhimlisi!

İlahi! Qəbristan əhlinin ruhlarını şad et! Kasıblara var-dövlət əta elə, ya Rəbb! Acları doydur, libası olmayanlara libas əta elə.

İlahi, bütün borcluların borcunu sən əda elə. Ey Allah qəmginlərin qəlbini sevindir, qəribləri tezliklə vətənlərinə, doğma yurdlarına çatdır, əsrləri tezliklə əsarətdən azad et.

İlahi! Müsəlmanların əməllərində olan nöqsanları islah et. Ya Rəbb! Bütün xəstələrə tezliklə şəfa et.Ya Rəbb! Kasıblığın qarşısını və bolluğun,firavanlığın qapısını üzümüzə aç, öz hüsni camalınla bizə yaxşı əhval-ruhiyyə əta et.

İlahi! Bizim borclarımızı və ehniyaclarımızı ödə. Özündən başqa heç kimə möhtac eləmə, çünki sən hər şeyə qadir olan Allahsan» 

   

                                         İFTAR DUASI

     İftar açdıqda bu dua oxunur: «Əllahummə ləkə sumtu va əla rizqikə əftərtu va ələykə təvəkkəltu ya vasiəl-məğfirəti iğfir li».

  Tərcümə: «Ey mehribam Allah ! Sənin görə oruc tutub və sənin verdiyin halal ruzu ilə iftar edirəm, sənə təvəkkül edirəm. Ey böyük rəhmət sahibi mənim günahlarımı bağışlayıb mənə rəhm et!».



HACI ELMAN İBADOV                                                  kerrar@mail.ru



  [Ramazan] | Oxunub: 10498 | Müəllif: Pünhan |
Şərh sayı: 7
29.01.2013
7. LEYLACAN [Material]
AYIB BU NE REKLAMLARDI BELE

29.01.2013
6. AYSteven [Material]
angry sto za reklama ne stidno vam?

15.06.2012
5. Geobbilia [Material]
Привет!

09.06.2012
4. HexWrobeprole [Material]
Привет! Я в интернете недавно очень хочется с кем нибудь познакомится подскажите кто знает хорошие сайты для знакомств

20.04.2012
3. ZinaKosmed [Material]
http://eliteabag.ru/

16.03.2012
2. merietVarebet [Material]
Ceraionisee
meesottgaws http://aparchitects.biz/prod/node/8908 ArrambScoumma
TEeteCoeropar
Teakexowelo http://www.7788shop.com/home/space.php?uid=60030&do=blog&id=1401859 fusanyday
Lectfeept
Astermtirmmus http://yunxin567.blogs.experienceproject.com/1203635.html TotSeesee
Wricrorie
otherneEretry http://sourcecollege.com/node/76926 snultinctrirM
WeernFenryNab
uncoonSet http://gaitherhunter.com/?q=node/272949 Wekusapleares
Dipalleldalep

28.02.2012
1. heedgehageTef [Material]
Ceraionisee
meesottgaws http://drupal.jonathandavies.co.uk/?q=node/119403 ArrambScoumma
TEeteCoeropar
Teakexowelo http://www.thepsychicforum.co.uk/modules/boonex/blogs/blogs.php?action=show_member_post&ownerID=370&post_id=621&do=cfs&id=621 fusanyday
Lectfeept
Astermtirmmus http://www.secretswingersociety.com/member/blog_post_view.php?postId=6878 TotSeesee
Wricrorie
otherneEretry http://nicholsandevans-videos.com/read_blog/7672/christmas-is-really-a-vacation-exclusive-in-order-to-united-states snultinctrirM
WeernFenryNab
uncoonSet http://computubes.com/read_blog/2936/unusual-chanel-handbags-custom-made-associated-with-thanksgiving-evening Wekusapleares
Dipalleldalep


Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
İstifadəçi girişi
Təqvim
«  İyul 2011  »
B.e.Ç.a.ÇC.a.C.Ş.B.
    123
45678910
11121314151617
18192021222324
25262728293031
Axtarış
Dost saytlar
Sayğac

Online: 1
Qonaqlar: 1
İstifadeçiler: 0
Müstəqil İslam saytı © 2024
Təklif və iradlar üçün: islamiyyet@bk.ru

 Materiallardan istifadə edərkən istinad zəruridir!
Sayt 7 Rəcəb (22 iyul) 1428-ci ildən (2007) fəaliyyət göstərir.

Конструктор сайтов - uCoz