İslamın 14 əsrlik
tarixi boyunca dinimizin həm ideoloji əsaslarına, həm şəriət hökmlərinə, həm də
məsumlarımızın həyat və fəaliyyətlərinə yersiz iradlar tutulmuş, həyasız töhmətlər
və iftiralar atılmışdır. Bu çirkin iftiraların əksəriyyəti dinimizə qarşı qərəzli
mövqedə duran Qərb "təqdiqatçıları" tərəfindən irəli sürülmüşdür. Həmin
iftiralardan biri də bundan ibarətdir ki, guya Həzrəti Muhəmməd Peyğəmbər (s)
qadınlara həddən artıq meyil göstərmişdir. Peyğəmbərin həyat yoldaşlarının sayını
əldə bəhanə tutan qərəzli şəxslər sübut etməyə çalışmışlar ki, o (nəuzu billah)
şəhvətə aludə imiş (!)