Mübarək Ramazan ayının vacibi əməllərindən
biri olan fitrə zəkatıdır ki, ayın başa çatması ilə bu fitrə zəkatını vermək
vacib olur. Həddi buluğa yetişmiş hər bir insan özünün və xərcləri onun
öhdəsində olanların fitrə zəkatını ödəməlidir. Məlumdur ki, Allaha həqiqi iman
gətirənlər müqəddəs şəriət sahibinin bütün əmrlərini canla-başla qəbul edir və
hətta Allah yanında əziz olmaq arzusu ilə onun əmrlərini bütün incəliklərinə
yiyələnmək üçün müstəhəb cəhətləri də ələ gətirmək üçün tələsirlər.
"Onlar öz iştahaları çəkdiyi (özləri yemək istədikləri) halda
Allah rizasını qazanmaq uğrunda yeməyi yoxsula, yetimə və əsirə yedirərlər. Və
sonra da yedirtdikləri kimsələrə belə deyərlər: "Biz sizi ancaq Allah rizasından
ötrü yedirdirik. Biz sizdən bu ehsan müqabilində nə bir mükafat, nə də bir
təşəkkür istəyirik.Həqiqətən, biz Rəbbimizdən, çox sərt (müdhiş), çətin gündən üzlərin
dəhşətdən eybəcər kökə düşəcəyi, çöhrələrin tutulub qaralacağı qiyamət günündən
qorxuruq!” Allah da onları o günün şərindən qoruyacaq, onlara gözəllik və
sevinc bəxş edəcəkdir üzlərinə təravət verəcək, qəlblərini sevindirəcəkdir. Və
onları etdikləri səbr müqabilində Cənnətlə və (geyəcəkləri) ipəklə
mükafatlandıracaqdır” (İnsan. ayə 8-12)
Bununla belə bəzən elələri də tapılır ki, Allahın
əmrini böyük bir müsibət və şivən kimi qəbul edir. Məxsusən Allahın əmri
onların malı ilə əlaqədar olanda. Tarix boyu çox möminlər Allahın buyurduğu
bütün vacibatları yerinə yetirməykdə öndə gediblər amma xüms, zəkat və fitrə
məsələləri ilə üzləşəndə gizli küfrə məruz qalaraq Allaha və Rəsulullaha irad
etməkdən utanmayaraq özlərinin əsil ikinci sifətlərini (Şimr və Yəzid)
göstəriblər. Bizim bu məqaləmiz həqiqi iman sahibi olan möminlərə fitrə zəkatı
haqqında bəzi məlumatları çatdırmaq üçün tərtib olunur. Bu başdan Peyğəmbər
zamanında olduğu kimi imanını islamin boynuna minnət qoyanlara aid deyil ki,
onlar narahat olmasınlar. Çünki Allah-təala Qurani kərimdə onların malları
övladları və canları ilə imtahan olunacağı haqqında təkidlə xəbər verir ki,
bununla da onların həqiqi və ya yalandan iman gətirdikləri onlar üçün sübut
olsun.
Məsələ: 1790.Əgər bir şəxs qocalıq səbəbi
ilə oruc tuta bilməsə, yaxud ona məşəqqəti olsa, oruc ona vacib deyil. Amma
ikinci halda (məşəqqəti olan halda) hər gün üçün bir müdd təam (buğda, arpa və
s.) fəqirə verməlidir. Məsələ: 1791.Qocalıq səbəbi ilə oruc tutmayan bir şəxs, Ramazan ayından
sonra oruc tuta bilərsə, ehtiyat-müstəhəb budur ki, tutmadığı günlərin qəzasını
tutsun.
Məsələ: 1792.Əgər bir insan çox susuz olan
və ya susuzluğa dözə bilməyən və ya susuzluğun məşəqqəti olan bir xəstəliyə
tutularsa, oruc ona vacib deyil. Amma ikinci halda (məşəqqətli olan halda) hər
gün üçün bir müdd təam fəqirə verməlidir. Ehtiyat-vacib budur ki, naçar olduğu
miqdardan artıq su içməsin. Əgər sonradan oruc tuta bilərsə, tutmadıqlarının
qəzasını tutmalıdır.
Məsələ: 1793.Doğum vaxtı yaxınlaşan və oruc
tutmağın bətnindəki uşağa zərəri olan qadına oruc vacib deyil. Həmçinin, əgər
orucun onun özü üçün də zərəri olsa, oruc ona vacib deyil. Bu halda hər gün
üçün bir müdd təam fəqirə verməlidir. Hər iki halda isə tutmadığı günlərin
qəzasını etməlidir.
Təzəkkür: Fidyə kimi veriməsi vacib olan şəxş bir mud (750
qram) təamı öz şəninə uyğun halda verməlidir
Məsələ: 2053. Əgər bir nəfər
fitr bayramı gecəsinin qürubu vaxtı hətta quruba bir neçə an qalanda belə baliğ,
aqil, huşyar olsa, fəqir və qul olmasa özü və onun çörək yeyənləri sayılan hər
nəfər üçün buğda, arpa, xurma, kişmiş, düyü, qarğıdalı və s. kimi şeylərdən bir
saye (təqribən 3 kq) fəqirə verməlidir. Əgər bunlardan hər hansının pulunu versə
kifayətdir.
Məsələ: 2055. Hər kəs fitr bayramı gecəsində məğrib
azanından qabaq onun evinə daxil olub onun çörək yeyənləri hesab olunan
şəxslərin fitrə zəkatını verməlidir: istər böyük olsunlar, istərsə də kiçik;
istər müsəlman olsunlar istərsə də kafir; istər onların xərcləri o şəxsə vacib
olsun istərsə də olmasın; istər öz şəhərində olsun, istərsə də başqa şəhərdə.
Məsələ:
2057.Fitr bayramı gecəsində qürubdan qabaq ev sahibinin razılığı ilə evə daxil
olan və onun çörək yeyəni hesab olunan qonağın fitrəsi ev sahibinə vacibdir.
Məsələ: 2058.Fitr Bayramı gecəsində məğriBdən qaBaq
ev sahiBinin razılığı olmadan evə daxil olan və Bir müddət onun yanında qalan
qonaq onun çörək yeyənlərindən hesaB olunsa ehtiyata əsasən onun fitrəsi ev sahiBinə
vaciBdir. Həmçinin, insanın xərcini verməyə məcBur etdiyi kəsin də fitrəsini
verməlidir.
Məsələ:
2061.Əgər uşaq məğribdən qabaq həddi-büluğa çatsa, dəli ağıllansa, fəqir
varlansa və fitrənin vaci olma şərtlərinə malik olsalar, fitrə zəkatı
verməlidirlər.
Məsələ:
2063.Fitr bayramı gecəsi məğribdən sonra müsəlman olan kafirə fitrə zəkatı vacib
deyil. Amma şiə olmayan müsəlman ayı görəndən sonra şiə olsa, fitrə zəkatı
verməlidir.
Məsələ:
2064.Əgər bir kəsin bir saye (təqribən 3 kq) miqdarında buğda və bu kimi
şeyləri olsa, müstəhəbdir ki, fitrə zəkatı versin. Əgər əhli-əyalının da
fitrəsini vermək istəsə, fitrə niyyəti ilə o bir saye buğdanı öz ailə
üzvlərindən birinə verə bilər ki, o da həmin məqsədlə Başqasına versin və bu
qayda ilə axırıncı nəfərə kimi verə bilər. Daha yaxşı olar ki, axırıncı nəfər
aldığı şeyi özlərindən olmayan bir kəsə versin. Əgər onlardan biri səğir olsa
onun qəyyumu onun yerinə alsın ehtiyat-vaci budur ki, səğir üçün aldığını başqa
kəsə verməsin.
Məsələ:2067.Fitrəsini başqası verməli olan bir
kəsin öz fitrəsini verməsi vacib deyil. Məsələ: 2071.Seyyid olmayan bir kəs seyyidə fitrə verə bilməz. Hətta
əgər bir seyyid onun çörək yeyəni olsa da, onun fitrəsini başqa bir seyyidə
verə bilməz.
Məsələ: 2075.Əgər fitrə zəkatını, qabaqda (malın
zəkatında) deyilən 8 yerdən birinə işlətsələr, kifayətdir. Amma ehtiyat müstəhəb
budur ki, yalnız fəqir şiələrə versinlər.
Məsələ: 2077. Fitrə verilən fəqirin adil olması
lazım (ilzami) deyil. Amma ehtiyat-vacib budur ki, şərab içənə və aşkar günah edənə
fitrə verilməsin.
Məsələ:
2082.Müstəhəbdir ki, insan zəkat fitrəsini verəndə qohum fəqirləri başqalarından
qabağa salsın, sonra fəqir qonşularına, sonra isə fəqir elm əhlinə versin. Amma
əgər başqaları müəyyən cəhətə görə üstün olsalar, müstəhəbdir ki, onları qabağa
salsın.
Məsələ: 2090.Fitr bayramı namazını qılan
şəxs ehtiyat-vacibə əsasənfitrəni bayram namazından qabaq versin. Əgər bayram
namazı qılmırsa fitrəni zöhrə qədər təxirə sala bilər.
Sual 594: bir nəfər ramazan ayında bilirdi ki, zöhr
azanından öncə səfərə çıxacaq buna görə də səfərdə olduğu üçün oruc
tutmamalıdır, sübh sfərə çıxmazdan qabaq evində çörəyini yeyib yola düşür. Bu surətdə
orucunun qəzasını tutmalıdır yoxsa kəffarə də verməlidir?
Cavab:-
orucun qəzasını tutub kəffarə də verməlidir. Bəli əgər ehtimal da verməyib ki, səfərə
çıxmazdan öncə iftar etmək olmaz bu surətdə yalnız qəza vacibdir.
Sual
607:Münəccimlərin və məxsusən indiki zamanda dəqiq cihazların vasitəsilə ayın
göründüyünü xəbər verənlərin sözü ilə ayın təzələndiyi sübuta yetirmi?
Cavab:-Əgər onların dediyindən yəqinlik, xatircəmlik
hasil olsa gərək ona əməl olunsun.
Sual
615: Mötəbər bir şəxs telefon vasitəsilə sabah fitir bayramı olduğunu xəbər
verir, onun sözünə əməl etmək olarmı? Cavab:- Əgər onun verdiyi xəbər xaticəliyə
səbəb olsa qəbul olunmalıdır.Hacı
Elman İbadove-mail:kerrar@mail.ru