Xoş gelmişsiniz! |
 
İslamiyyət
Bölmələr
Məqalələr [68]
Təhlil [32]
Xəbərlər [11]
Hədislər [14]
Dini şeirlər [15]
Fiqh və Fətvalar [5]
Dua və zikrlər [7]
Hekayələr [5]
İslam dünyası [2]
İslam alimləri [1]
Ramazan [11]
İstifadəçi girişi

VӘLLÜDÜ

On ikinci İmamın (ə) pak vücudunun mübarək günəşi 255-ci Hicri-qəməri ilinin Şəban ayının 15-də parlayaraq müsəlmanların ürəyini öz nuru ilə işıqlandırdı. Abbasi xəlifələri və hökumət adamları imamların on iki olduğunu eləcə də onların sonuncusu olan İmam Həsən Әskərinin oğlunun uzun qeybəti olacağını və dünya hökumətini quracağını eşitmişdilər. Bundan qorxuya düşən zalım hökmdarlar bu işin qarşısını almaq istəyirdilər, lakin bilmirdilər ki, Firon o qədər güc və iqtidarına hətta körpə uşaqları belə vəhşicəsinə öldürməsinə baxmayaraq Allahın iradəsinin qarşısını ala bilmədi. O, Musanı tapmaq üçün bütün evləri bir-bir axtarırdı, lakin eyni zamanda axtardığı uşağı öz qucağında bəsləyirdi. Zəmanənin Fironu sayılan Abbasi xəlifəsi Mötəmid imamın evini nəzarət altında saxlayırdı və zəhərlənmiş xəstə imamı zindandan evinə göndərdikdə saray adamlarından beş nəfəri də ona qoşdu ki, İmamın evində baş verən bütün hadisələri ona xəbər versinlər. Bundan əlavə bir neçə mamaçanı da imamın evinə göndərdi ki, o həzrətin həyat yoldaşının yanında dursunlar. İmamın (ə) şəhadətindən sonra bütün Samirra matəmə qərq oldu və hamı tətil edərək imamın evinə sarı axışırdılar. Xalq dəfn mərasimini yerinə yetirmək üçün cənazəni əlləri üstündə aparırdılar. Abbasi xəlifəsi cəmiyyətin axınından dəhşətə gələrək çalışırdı ki, bu cinayəti ört-basdır edib imamın öz əcəlilə öldüyünü bildirsin. Mötəmidin özü də dəfn mərasimində iştirak etmək üçün öz qardaşını ora göndərdi. Qardaşına bunu da tapşırmışdı ki, camaatdan imamı kimsənin öldürmədiyinə dair şahidlik etmələrini istəsin. Digər tərəfdən isə, imamın ölü namazını qılacaq və onun var-dövlətinə varis olacaq bir övladı olmadığını xalqa inandırmaqdan ötrü həzrətin bütün var-dövlətini paylamağa başladı.

Lakin göstərdiyi bütün bu təşəbbüslərə baxmayaraq Allahın iradəsi artıq həyata keçmişdi. İmamın lu atasının şəhid olduğu zaman beş yaşında idi, məhz elə bu yaşında da imamlığa çatdı. Necə ki, İsa (ə) da hələ beşikdə ikən peyğəmbərliyə yetişmişdi.

O, hələ yaşının az olmasına baxmayaraq atasının cənazəsinə meyid namazı qılmaq istəyən və camaatın içində pis adam sayılan əmisi Cəfəri kənara itələyərək özü atasının namazını qıldı. Namazı qılandan sonra da gözlərdən qeyb oldu. İmam Həsən Әskərinin (ə) zamanından şiələr onu, atasının evində görmüş və atasının onun haqqında tapşırıqlarını eşitmişdilər. Bundan əlavə atasının şəhadətindən sonra da müddətlərlə gizli şəkildə o həzrətlə əlaqə saxlamışdılar.

İMAM ZAMAN (Ә.F.) NECӘ DÜNYAYA GӘLDİ

İmam Həsən Әskərinin (ə) bibisi Həkimə belə demişdir: Şəban ayının on beşi cüməaxşamı günündə qardaşım oğlu İmam Həsən Әskərinin evinə getmişdim. Xudahafizləşib qayıtmaq istəyirdim ki, İmam belə buyurdu: “Ey əziz bibi, bu gecə bizim yanımızda qal. Çünki uşağımız dünyaya gələcək. Mən sevinib Nərcisin yanına getdim, lakin onda boyluluqdan heç bir nişanə görmədim. Heyrətlənib öz-özümə «mən ki, uşağın dünyaya gəlməsindən heç bir əsər-əlamət görmürəm» - deyirdim ki, elə bu vaxt İmam gəlib buyurdu: «Ey bibi narahat olma. Nərcis Musanın anası kimidir. Uşaq da Musa kimidir! Gizlincə və əsər-əlamətsiz dünyaya gələcək. Uşaq sübh azanı deyiləndə dünyaya gələcəkdir. Nərcisin yanına get”. Mən sevinib Nərcisin yanında qaldım və İmamın dediyi kimi hələ fəcr doğmamışdan qabaq təvəllüdün nişanələri aşkar oldu və mənimlə onun arasında işıqdan bir halə meydana gəldi, belə ki, mən daha Nərcisi görə bilmirdim. Mən qorxub otaqdan eşiyə çıxdım və İmamın hüzuruna gedib vəziyyəti ona izah etdim. Həzrət gülümsəyərək buyurdu: «Bir azdan otağa qayıt, onu görəcəksən». Mən otağa qayıdıb təzə doğulmuş balanı gördüm ki, səcdəyə gedib barmağını göyə qaldırmış və Allahın böyüklüyü və birliyinə şəhadət verərək ona sitayiş edir».

İMAMIN HӘYATININ DÖVRLӘRİ

İmamın (ə) həyatın üç dövrə bölmək mümkündür:

a) Təvəllüdündən atasının şəhadətinə qədər olan beş illik dövr. Bu qısa müddət ərzində əshabından və dünyanın hər tərəfindən alimlər və fəqihlər imam Həsən Әskərinin (ə) görüşünə gəldikdə bu balaca uşaqla da görüşərək ondan bəzi mövzular haqqında suallar soruşmuşdular. İmam Həsən Әskəri (ə) öz oğlunu onlara təqdim edərək onun barəsində əshabına müxtəlif tövsiyələr edirdi.

b) İmamın altı yaşından başlayaraq 74 yaşına qədər davam edən qeybəti-süğrası (yəni kiçik qeybət): Bu dövrdə hökumət adamları onu görməkdən məhrum idilər. Amma imamın əshabı və həqiqi şiələr onun yanına gedib istədikləri sualları ona verirdilər. Bu dövrdə İmam ilə xalq arasında vasitəçi olan, eləcə də camaatın istək və məktublarını imama gətirib cavabını onlara aparan dörd nəfər və idi:

1. Osman ibni Səid;

2. Məhəmməd ibni Osman;

3. Hüseyn ibni Ruh;

4. Әli ibni Məhəmməd Səymuri.

Bunlar həzrətin etibarlı əshablarından sayılırdılar və hər biri, o birisindən sonra, öz öhdəliyini yerinə yetirirdi.

v) Üçüncü dövr 329-cu Hicri-qəməri ilindən başlayaraq bu günə qədər davam edən qeybəti-kübra (yəni böyük qeybət) dövrüdür. Bu dövrün nə qədər davam edəcəyini Allahdan başqa heç kim bilmir. Həzrət (ə.f.) bu dövrdə xalq arasında gizli və kimsənin onu tanımayacağı bir şəkildə hərəkət və rəftar edir. Onu görən olsa da tanıya bilməz. Yalnız o, gedəndən sonra həzrətdə gördükləri əlamətlərdən onun imam (ə.f.) olduğunu başa düşərlər.

...Bir ayə
 

Biz kitabdan (Tövratdan,yaxud lövhi-məhfuzdan) sonra Zəburda da yer üzünə yalnız Mənim saleh bəndələrimin varis (hakim) olacağını yazmışdıq” (“əl-Ənbiya”,105).

...Bir hədis

Peyğəmbər (s)  buyurmuşdur  buyurmuşdur: “Əgər dünyanın sonuna bircə gün də qalsa, Allah-taala həmin gün mütləq bizim nəsildən bir nəfəri üzə çıxarar, o da dünyanı zülmlə dolduğu kimi haqq-ədalətlə doldurar” (“Əl-Müsnəd”, cild 1, səhifə 99).

Təqvim
«  Dekabr 2024  »
B.e.Ç.a.ÇC.a.C.Ş.B.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Axtarış
Dost saytlar
Sayğac
Müstəqil İslam saytı © 2024 Materiallardan istifadə edərkən istinad zəruridir!  Конструктор сайтов - uCoz