Xoş gelmişsiniz! |
 
İslamiyyət
Bölmələr
Məqalələr [68]
Təhlil [32]
Xəbərlər [11]
Hədislər [14]
Dini şeirlər [15]
Fiqh və Fətvalar [5]
Dua və zikrlər [7]
Hekayələr [5]
İslam dünyası [2]
İslam alimləri [1]
Ramazan [11]

VӘLLÜDÜ

İmamət səmasının on birinci parlaq ulduzu Mədinə şəhərində doğdu və Samirra şəhərində batdı. O həzrətin adı Həsən, künyəsi Әbuməhəmməd, tanınmış ləqəbləri isə Zəki və Әskəri idi. Atası həzrət Nəqi (ə), anasının adı isə Susən idi. 22 yaşında ikən atası şəhid oldu. Atasını şəhadətindən sonra İmamlıq müddəti 6 il, mübarək ömrü isə 28 il çəkdi. O həzrət (ə) 260-cı hicri ilində Abbasi xəlifəsi Mötəmid tərəfindən şəhid olunaraq Samirra şəhərində dəfn olundu. Onun yeganə övladı həmin vəd olunmuş həzrət İmam Mehdidir (ə) ki, zühur edərək dünyanı ədalətlə dolduracaqdır.

İmam Həsən Әskərinin (ə) zamanında həzrətin özü şiddətli nəzarət altında olduğuna görə İslam öz nüfuzunu əldən vermişdi. Hakimiyyətdə olanlar, xüsusilə də Mütəvəkkil, hər hansı yolla olursa-olsun camaatı İmamdan (ə) uzaqlaşdırmağa çalışırdı. Çünki hal-hazırda qeyb olub, gələcəkdə isə Islam ümmətinin rəhbərliyini öhdəsinə alaraq vahid dünya hökumətini quracaq on ikinci imam, İmam Həsən Әskəri əleyhisslamın oğlu olacaqdı. Elə buna görə də İmamı (ə) nəzarət altında saxlayırdılar. Lakin Allah-taala, Musanı Fironun sarayında saxladığı kimi, İslam ümmətinin gələcək rəhbərini də gözlərdən uzaq və gizlincə dünyaya gətirdi.

İMAMIN ELMİ

İmamın elmi dalğalı və dərin bir ümman kimi idi ki, elmə susamışları doyururdu. Xarəzminin dediyinə görə elm aşiqlərindən on səkkiz min nəfər o həzrətin elmi məclislərindən istifadə edirdilər. Abbasi xəlifəsinin sarayına mənsub olan Məhəmməd ibni Məsud Şirazi İmamla beyət edən ilk saray alimi olub bu şöhrətli alim Әlmötəzin sarayında çalışırdı. Qaynaqlardan yazıldığına görə, o həzrətin elmi o qədər çox idi ki, Әbunəsr Farabinin ustadı olan Kendi onunla mübahisə edə bilməyib İslamın ziddinə yazdığı kitabını odlamışdı. Xristian alimlər İmamın elminə, eləcə də dərin biliyinə o dərəcədə heyran olmuşdular ki, onu Məsih adlandırırdılar. İmam (ə) ayrı-ayrı ölkələrdən gələn və ona sual vermək istəyən şəxslərə onların öz dili ilə danışdığı zaman hamını heyrətdə qoymuşdu.

İMAMIN ӘXLAQİ XÜSUSİYYӘTLӘRİ

İmam Həsən Әskəri əleyhisslam çox vüqarlı və əzəmətli bir kişi idi. O, öz zamanında Quranın misilsiz müfəssiri sayılırdı. Yüz nəfərdən çox məşhur alim o həzrətin məclisində iştirak edirdi. İraqda qaldığı 16 il ərzində Şamdan Mədinəyə qədər olan ərazi o həzrətin nüfuz dairəsində idi. İmamın elmi və mənəvi nüfuzu o qədər böyük idi ki, Abbasi xəlifəsi Әlmötəzin sarayında yaşayıb elə orada da işləyən alimlər belə ona heyran qalıb tabe olmuşdular. İmam (ə) Irana etdiyi səfər zamanı Qum və Rey şəhərlərindən keçərək Ləvasana gəldi. Әhli-beyt məktəbinin tərəfdarları onu sevinclə qarşıladılar. Həzrət (ə) Ləvasanda camaatla görüşüb onlara bir məscid tikərək onu öz mərkəzlərinə çevirmələrini tapşırdı. Imamın bu əmri xalqın həyatında o qədər təsiredici və mühüm rol oynadı ki, deyilənə görə hətta bir gündə 70 məscid tikməyə başlamışdılar.

Peyğəmbər (s) xanədanının düşmənlərindən olan və Abbasi aparatında çalışan Әhməd ibni Xaqan adlı bir şəxs belə demişdir: Mən Samirrada Bəni Haşim xanədanından nəciblik, böyüklük və fəzilət baxımından İmam Həsən Әskəri əleyhisslamdan başqasını görməmişəm. Әgər xəlifəlik Abbasilərin əlindən çıxsa, heç kim imam Həsən Әskəri əleyhisslamdan başqa xəlifə olmağa layiq deyildir. Daha sonra demişdir: Bir gün atamın yanında idim. Onun Peyğəmbər (s) xanədanın düşmənlərindən olmasına baxmayaraq, həmişə Həsən Әskəri onun yanına gəldikdə yerindən qalxıb onun əlindən öpər, öz yerini ona verər və İmamı müəllimin qarşısında duran bir şagird kimi dinləyərdi.

Әbu Yusif imamın səxavət və əliaçıqlığı barədə belə deyir: Mən çətin bir vəziyyətdə idim, belə ki, uşaqlarıma çörək pulu qazana bilmirdim. Hamımız ac və narahat idik. Dəfələrlə Abbasilərin sarayına getmişdim ki, orada olan qohumlarımızdan köməklik alım. Lakin onlar o qədər məğrur idilər ki, sözümə qulaq asmırdılar. Bir gün imam Həsən Әskəri əleyhisslamın hüzuruna gedib vəziyyətimi onun üçün danışdım. Həzrət 400 dinardan ibarət pulunun hamısını mənə verib belə buyurdu: «Get, ailəni ağır vəziyyətdən qurtar”.Bir dəfə həzrət iki yüz min dinar Әli ibni Cəfər üçün göndərdi ki, yoxsul və möhtac əshabı arasında paylasın.

İstifadəçi girişi
Təqvim
«  Dekabr 2024  »
B.e.Ç.a.ÇC.a.C.Ş.B.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Axtarış
Dost saytlar
Sayğac
Müstəqil İslam saytı © 2024 Materiallardan istifadə edərkən istinad zəruridir!  Конструктор сайтов - uCoz