Xoş gelmişsiniz! |
 
İslamiyyət
Bölmələr
Məqalələr [68]
Təhlil [32]
Xəbərlər [11]
Hədislər [14]
Dini şeirlər [15]
Fiqh və Fətvalar [5]
Dua və zikrlər [7]
Hekayələr [5]
İslam dünyası [2]
İslam alimləri [1]
Ramazan [11]

VӘLLÜDÜ

İmam Sadiq əleyhissalam 83-cü hicri ilin Rəbül-əvvəl ayının 17-də Mədinə şəhərində dünyaya göz açdı. O Həzrətin anasının adı Ümmi Fərhə idi. Atası İmam Məhəmməd Baqir (ə) oğlunun dünyaya gəlməsindən çox sevinmişdi. O Həzrətin anası Әlinin (ə) əshabından olan Məhəmməd ibni Әbu Bəkrin nəvəsi idi. Həzrət Әli (ə) onun haqqında daim belə buyurardı: «Məhəmməd mənim mənəvi nəvəmdir». Məhəmməd ibni Әbu Bəkrin anası isə təqvalı və həmişə həzrət Fatiməyə xidmət etməkdən iftixar hissi duyan Әsma binti Üməys idi. İmam Sadiq (ə) öz anası haqqında belə buyurmuşdur: «Anam təqvalı, imanlı və xeyirxah qadınlardan idi».

İmam Sadiq (ə) babası İmam Səccad (ə) dünyadan köçəndə 15, atası şəhid olduqda isə 34 yaşında idi.

İmam Hüseynin (ə) şəhadətindən sonra Әməvi hökuməti artıq sarsılmış, xalq isə onlarla düşmən olmuşdu ki, bu da hakimiyyəti Abbasilərin ələ keçirməsinə zəmin yaratmışdır. Bu iki qüdrət mərkəzi hakimiyyət uğrunda mübarizəyə qalxdığından İslam düşüncələrini təbliğ etmək və yaymaq üçün fürsət yaranmışdı. Məhz belə bir vaxtda İmam Sadiq (ə) öz elmi hərəkatı ilə İslam incəliklərini bütün dünyaya yaymağa müvəffəq oldu.

İMAMIN ӘXLAQİ XÜSUSİYYƏTLƏRİ

Məlum olduğu kimi insanların zahiri rəftarı onların daxili əxlaq və düşüncələrini əks etdirir. Belə ki, insanları öz rəftar və davranışları ilə tanımaq mümkündür. Az adam tapılar ki, qəlbində olanları öz rəftar və hərəkətləri ilə büruzə verməsin.

İmam Sadiq (ə) başqa imamlar kimi, bütün həyatı boyu həqiqi İslamı təlim edirdi. O həzrətin özü də İslam əxlaqının parlaq nümunəsi idi. İnsanlar arasında hər cəhətdən, istər fikri, istər əxlaqi, istərsə də düşüncə baxımından bir-birilə eyni olan ata və oğul tapmaq olmaz. Lakin Həzrət Peyğəmbərin (s) ailəsi, eləcə də o həzrətin canişinlərinin hamısı eyni istiqamətdə, eyni nöqteyi-nəzər və eyni üslubda vahid bir hədəfə doğru irəliləyərək öz müqəddəs borclarını yerinə yetirirdilər. Onların fikirləri, sözləri və davranışları arasında heç bir fərq yoxdur.

İmam Sadiq (ə) əxlaqi üstünlük və dəyərlərini isbat etmək üçün təkcə bu kifayətdir ki, onan dörd min tələbəsi arasında bir nəfər belə tapılmadı ki, o Həzrətin əxlaq və üslubunu bəyənməyib ondan narazı qalsın. O, natiqlikdə, yeriməkdə, başqaları ilə rəftarında, yeməkdə hətta istirahət etməkdə belə müsəlmanlar üçün əbədi bir örnək idi. O Həzrət öz uşaqları ilə necə davranırdısa, dostları ilə də eyni şəkildə davranırdı.

İMAMIN SӘBRİ VӘ DÖZÜMÜ

İnsanın həyatda qarşılaşdığı müxtəlif çətinliklər və hadisələr onun bacarıq və imanının nə dərəcədə olduğunu aşkar edə bilər. İmam Sadiqin (ə) həyatında meydana gələn çətinliklər və onun göstərdiyi səbr və dözümlülük onun dəyərli şəxsiyyətini sübuta yetirib aşkar etmişdir.

İSLAM UNİVERSİTETİNİN QURULMASI

İmam Sadiq (ə) müxtəlif fənlərdə tələbə tərbiyə etmək üçün Mədinədə İslami bir univerisitet qurmaq qərarına gəldi. O həzrətin elm çeşməsi o qədər qaynar idi ki, hətta dünyanın dörd tərəfindən belə alimləri Mədinəyə sarı çəkirdi. Elm öyrənmək istəyən yüzlərlə cavan dünyanın hər yerindən Mədinəyə axışırdılar ki, imamın dərslərində iştirak etsinlər.

NƏ ÜÇÜN ŞİƏ MƏZHƏBİNİN ƏN BÖYÜK QOLU “CƏFƏRİ” ADLANIR?

Şiə məzhəbinin İmam Cəfər Sadiq (ə)-ın elmi və siyasi fədakarlıqları sayəsində genişlənib yayılması üçün bu məzhəbə Cəfəri məzhəbi adı verilmişdir. Bizim məzhəbimiz Cəfəri məzhəbidir və biz bu adla fəxr edirik. Çünki Həzrət Peyğəmbərin (s) əsil İslamının missiyasını İmam Hüseynin (ə) qanında, bəyanını isə İmam Sadiqin təlimlərində tapmaq mümkündür. Cəfəri İslamı, Həzrəti Әlinin (ə) yolunda cihad etdiyi, Həsənin (ə) sülh bağladığı, Hüseynin (ə) şəhid olduğu, Səccad (ə)-ın əsir düşdüyü İslamdır.

İMAMIN ŞӘHADӘTİ

Mənsur imamı özünə tərəf çəkməyə, ya təhdidlə onu sakit etməyə müvəffəq olmadığı üçün o Həzrəti şəhid etmək qərarına gəldi. Nəhayət İmam Cəfər Sadiq (ə) 148-ci hicri ilinin Şəvval ayının 25-də zəhrələnərək şəhid olundu və o həzrətin pak vücudu Mədinədə Bəqi qəbristanlığında dəfn edildi

İstifadəçi girişi
Təqvim
«  Dekabr 2024  »
B.e.Ç.a.ÇC.a.C.Ş.B.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Axtarış
Dost saytlar
Sayğac
Müstəqil İslam saytı © 2024 Materiallaradn istifadə edərkən istinad zəruridir!  Конструктор сайтов - uCoz