Xoş gelmişsiniz! |
 
İslamiyyət
Bölmələr
Məqalələr [68]
Təhlil [32]
Xəbərlər [11]
Hədislər [14]
Dini şeirlər [15]
Fiqh və Fətvalar [5]
Dua və zikrlər [7]
Hekayələr [5]
İslam dünyası [2]
İslam alimləri [1]
Ramazan [11]

VӘLLÜDÜ

Beşinci imam Həzrət Məhəmməd Baqir əleyhissalam 57-ci hicri ilinin Rəcəb ayının birində Mədinədə dünyaya gəldi. Babasına çox bənzədiyi üçün o Həzrətin adını Məhəmməd qoydular. Elmin sirlərini aşkar etdiyinə görə isə ona Baqir ləqəbini verdilər. Atası Həzrət Səccad (ə), anası isə İmam Həsənin (ə)  qızlarından sayılan Fatimə idi. O Həzrət (ə), nəsli həm ata, həm də ana tərəfindən Həzrət Peyğəmbərə (s) çatan ilk İmam sayılır.

ZRӘTİN ӘXLAQİ XÜSUSİYYӘTLӘRİ

İmam həzrət Məhəmməd Baqir (ə) həmişə təzə və səliqəli paltar geyər, özünə ətir vurar və yavaş-yavaş yeriyərdi. Bir gün darfikirli insanlar o Həzrəti tənqid edərək,  “Baban Әli (ə) köhnə və ucuz paltarlar geyərdi, bəs sən niyə bahalı libaslar geyinirsən?” — deyə söylədilər. O Həzrət (ə) isə onlara cavabında belə buyurdu: “O dövrdə camaat yoxsul və kasıb yaşadığı üçün, Әli (ə) də ucuz paltarlar geyməli, sadə xörək yeməli idi. Lakin bu gün camaat rifah və rahatlıqda ömür sürdüyünə görə mən belə paltarlardan geyinməliyəm. Babamın o dövrdə gördüyü iş ədalət və rəhbərliyinə uyğun olduğu kimi, mənim də gördüyüm iş ədalət və rəhbərliyimə uyğundur”. O həzrətin ədəb və tərbiyyəsi haqqında belə yazıblar: «Heç vaxt ucadan gülməz, həmişə ahəstə və ədəbli danışardı». İmam Məhəmməd Baqir (ə) heç vaxt əsəbləşməzdi, həmişə rastlaşdığı adama hörmət göstərib onunla mehribanlıqla görüşərdi. Özü isə bu haqda belə buyurur: «Bu iş ürəkləri bir-birinə yaxınlaşdırıb, düşmənçilikləri aradan qaldırar».

İmam dua edərkən çox ağlar amma heç vaxt ucadan, hönkür-hönkür ağlamazdı. Danışarkən sözünü Allah adı ilə başladığı kimi Allah adı ilə də bitirərdi.

HİŞAMIN MӘCLİSİNDӘ

İmam Sadiq (ə) buyurmuşdur: “İllərin birində Hişam ibni Әbdülməlik həcc üçün Məkkəyə gəlmişdi. Həmin il mən də atamla birlikdə həccə getmişdim. Bir gün yığıncaqda mən belə dedim: “Allaha həmd olsun ki, xalqa doğru yolu göstərmək üçün Məhəmmədi (s) peyğəmbərliyə seçdi və bizə də o Həzrətin varlığı sayəsində dəyər verdi. Biz Allahın bəndələrinin seçilmişləri və Onun yer üzündəki xəlifələriyik. Bizə tabe olan xoşbəxtdir, bizimlə müxalif və düşmən olanlar isə bədbəxtdirlər. Camaat arasındakı Hişamın xüsusi casusu olan qardaşı eşitdiklərini Hişama xəbər verdi. Hişam Məkkədə bizə toxunmadı, lakin Şama qayıtdıqdan sonra Mədinədəki nünayəndəsinə məni və atamı Şama göndərməsini yazdı. Mədinənin hakimi bizi Şama göndərdi. Hişamın məclisinə daxil olduğumuz zaman Şamın əyanlarının hamısının orada olduğunu gördük. Hişamın özü səltənət taxtında oturmuş, əyanları isə onun qarşısında durmuşdular. Uzaq bir məsafədə bir nişan qoymuşdur ki, hamı ona ox atırdı. Məclisə girdikdə Hişam atama hörmət edib, dedi: Yaxın gəl sən də ox at. Atam buyurdu: «Mən qocalmışam, məndən ox atmağı istəmə». Hişam and içdi ki, əl çəkməyəcək. Atam çarəsiz qalıb yayı götürüb nişan aldı. Ox hədəfin tam ortasına dəydi. Bir ayrı ox atdı, o da əvvəlki oxun ortasına dəyib onu yarı böldü, üçüncü ox da ikincinin ortasına dəyib onu yarı böldü. Bu iş doqquzuncu oxa qədər davam etdi. Hişam dedi: Bəsdir ey Әbu Cəfər. Sən ox atmaqda hamıdan mahirsən. Qəzəb odunda yanan və işindən peşman olan Hişam elə orada atamı qətlə yetirmək qərarına gəldi və özünü vəziyyətdən qurtarmaq üçün yaltaqlanmağa başlayıb dedi: “Qüreyş qəbiləsi ərəblər və əcəmlərdən üstündür, çünki sənin kimi bir şəxsə sahibdir”. Daha sonra atamdan belə soruşdu: “Belə dəqiq ox atamağı hardan öyrənmisən?”. Atam cavab verdi ki, Allah-taala hər bir elm və mərifəti tam şəkildə bizə əta etmişdir. Hişam atamın sözlərində çox qəzəblənib, başını aşağı saldı, sonra qaldırdı və belə dedi: “Məgər bizlər və sizlər Әbdu Mənafın nəslindən deyilik? Məgər Peyğəmbər (s) Әbdu Mənafın nəslindən deyildi ki, Allah onu bütün xalqın rəhbəri olara təyin etdi? Siz bu biliyi haradan irs aparmısınız?”. Atam onun cavabında belə buyurdu: “Biz vəhy ailəsiyik və Allah bizə, başqa adamlara bəxş etmədiyi xüsusiyyətləri bəxş etmişdir. Necə ki, Peyğəmbər (s) kürəkəni Әliyə (ə), başqa adamlara demədiyi sirləri deyirdi. Әli əleyhissalamın özü də belə idi. Belə ki, o Həzrət bir gün Kufədə belə buyurdu: «Allahın Peyğəmbəri (s) elmin min qapısını mənim üzümə açmışdı ki, hər bir qapıdan min təzə qapıılır». «Ey Hişam, təkcə biz o elmləri irs aparmışıq, başqaları yox». Hişam heç bir söz demədi və əmr etdi ki, bizi ehtiramla Mədinəyə yola salsınlar.

İMAMIN ŞӘHADӘTİ

Nəhayət, İmam Məhəmməd Baqir əleyhisslam illərlə zəhmət və İslam maarif və mədəniyyətinə xidmət etdikdən sonra hicri 114-cü ilin Zilhəccə ayının 4-də 59 yaşında ikən, Hişamın əmri ilə zəhərlənib şəhid oldu. O Həzrətin pak bədənini Bəqi qəbristanlığında, başqa imamların yanında torpağa tapşırdılar.

İstifadəçi girişi
Təqvim
«  Dekabr 2024  »
B.e.Ç.a.ÇC.a.C.Ş.B.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Axtarış
Dost saytlar
Sayğac
Müstəqil İslam saytı © 2024 Materiallardan istifadə edərkən istinad zəruridir!   Конструктор сайтов - uCoz