Xoş gelmişsiniz! |
 
İslamiyyət
Bölmələr
Məqalələr [68]
Təhlil [32]
Xəbərlər [11]
Hədislər [14]
Dini şeirlər [15]
Fiqh və Fətvalar [5]
Dua və zikrlər [7]
Hekayələr [5]
İslam dünyası [2]
İslam alimləri [1]
Ramazan [11]

VӘLLÜDÜ

İran, ikinci xəlifə Ömərin dövründə müsəlmanlar tərəfindən fəth olunduqdan sonra İran şahı Yəzdəgirdin qızları Mədinəyə gətirildilər. Hamı Mədinə məscidinə yığışaraq Ömərin nə əmr edəcəyini gözləyirdi. Ömər onları satmaq istədikdə Әli (ə) bu işə mane olub belə buyurdu: «Qızları sərbəst burax, qoy öz istədikləri adama ərə getsinlər». Bu vaxt qızlardan biri Hüseyn ibni Әlini, o birisi isə İmam Həsən Müctəbanı (ə) özünə ər seçdi. Әli (ə) Həzrət Hüseynə (ə) buyurdu: «Bu qızı lazımınca qoru, çünki onun bətnində Allahın yer üzündə ən yaxşı bəndəsi və bütün imamların atası olan bir imam dünyaya gələcəkdir». Çox keçmədi ki, Әli ibni Hüseynin vücudunun günəşi, hicri 38-c ilin Şəban ayının beşində cüməaxşamı günü, Mədinədə işıqlandı. Uşağın adını Әli qoydular, sonralar isə Zeynül-abidin və Səccad ləqəblərinin sahibinə çevrildi.

ZRӘT ZEYNÜL-ABİDİNİN ӘXLAQİ XÜSUSİYYӘTLӘRİ

O Həzrətin əxlaqi xüsusiyyətlərindən biri də təqva və pəhrizkarlığı idi. Bu barədə İmam Sadiq (ə) belə buyurmuşdur: «Әli ibni Hüseyn, Bəni Haşim övladları arasında öz gözəl rəftarına əsasən Әliyə (ə) çox bənzəyirdi». O həzrətin oğlu İmam Məhəmməd Baqir (ə) isə bu barədə belə buyurmuşdur: «Bir gün atamın yanına gəldikdə onun Allaha ibadətlə məşğul olduğunun şahidi oldum. Belə ki, o Həzrətin gözləri ağlamaqdan qızarmış, ayaqları isə səcdəyə getməkdən şişib, topuğu qabar olmuşdu. Bu vaxt mən ona dedim: “Әziz ata, niyə ibadətdə ikən özündən gedir və özünü bu qədər incidirsən?” Atam ağlayıb buyurdu: “Övladım! Allaha nə qədər ibadət etsəm belə yenə, baban Әli ibni Әbu Talibin ibadətlərinin yanında heçdir”. Tavus Yəmani deyir: İmamın Kəbədə səcdə halında ikən belə söyləməsinin şahidi oldum: «Pərvərdigara! Sənin bəndən, Sənə möhtac olan, Sənin evində Sənin rəhmətini, əfvini və ehsanını gözləyir”.

İmam Zeynül-abidin də  babası həzrət Әli (ə) kimi tarla və xurmalıqlarda çalışırdır. Hər xurma ağacınında iki rükət namaz qılıb özündən gedərdi ki, Allahdan başqa heç bir şey yadına düşməzdi. İyirmi dəfə Məkkəyə piyada getmiş, həmişə də xalqı Quranın cəzbedici ayələri ilə hidayət edib, onlara doğru yolu göstərərdi. Dünyadakı bütün gözəl insani sifətlər o həzrətin vücudunda cəm olmuşdu. O, müqavimət, fədakarlıq və rəhmətin ən mükəmməl nümunəsi idi. Yüzlərlə yoxsul və ac ailəni dolandırır, gündə evində bir neçə qoyun kəsdirərək kasıblar arasında paylayır, paltarsızlara paltar verir, borcluların borclarını ödəyirdi, özü isə sadə geyinib sadə dolanırdı. Günlərin bir günündə bir kişi Әli ibni Hüseynin hüzuruna gəlib söyməyə başladı. İmam böyük həvəslə və mehribanlıqla həmin kişiyə belə buyurdu: «Aya qardaş əgər doğru deyirsənsə və bu saydığın sifətlər məndə varsa, Allah məni bağışlayıb günahımdan keçsin. Yox əgər yalan söyləyirsənsə Allah səni bağışlayıb günahından keçsin». O kişi İmamın bu ehtiramından utanıb həzrətdən üzr istədi. İmamın dostlarından olan Әbu Həmzə Səmali Həzrətin xidmətçisindən xülasə olaraq, İmamın əxlaqından ona danışmasını xahiş etdikdə xidmətçi öz sözünü belə başladı: «İllərdir ki, onun qulluğundayam. Düzlük, doğruluq, təqva və paklıqdan başqa o Həzrətdə heç bir şey görməmişəm. Mövlam, bütün çətinliklərə baxmayaraq, xalqın məsələləri ilə maraqlanaraq onların qarşılaşdıqları çətinlikləri yorulmadan həll edir».

Zeyd ibni Üsəma ölüm yatağında ikən, İmam Səccad (ə) onun əyadətinə gəldikdə Zeydi ağlayan görüb ondan nəyə görə ağladığını soruşdu. Zeyd belə cavab verdi: «On beş min dinar borcum var ki, gərək ödəyəm, lakin mal-dövlətimə baxdıqda isə görürəm ki, heç borcum qədər deyil». İmam (ə) buyurdu: «Ağlama, mən sənin bütün borclarını ödəyərəm, buna əmin olar bilərsən»

Axşamlar hava qaraldıqda və hamı yatandan sonra Həzrət Səccad (ə) ayağa qalxıb, müxtəlif azuqələri bir kisəyə tökərək tanınmasın deyə üzünü örtüb, kisəni dalına çatıb yoxsulların evinə aparardı.

Həzrət (ə) Mədinədə yaşayan təxminən yüz başsız ailəni idarə edirdi ki, onların da çoxu yoxsul və kasıblardan ibarət idi. Qəribədir ki, həmin ailələrdən biri də bilmirdi ki, onların məişətini idarə edən imam Zeynül-abidindir. Onlar yalnız İmam şəhid olduqdan sonra, köməklərinin kəsildiyini görüb başa düşdülər ki, onlara yardım edən şəxs Həzrət Səccad imiş.

YEZİDİN MӘCLİSİNDӘ

Peyğəmbər (s) xanədanı artıq yorğun, ruhdan düşş və narahat idi. Onları iplə bir-birinə bağlayıb Yezidin sarayına apardılar. Onlar Yezidlə də İbni Ziyadla davrandıqları kimi rəftar etdilər. Bu vaxt İmam Səccad (ə) buyurdu: «Ey Yezid! Sən özünü müsəlman hesab edirsən, amma əgər Peyğəmbər (s) bizi bu vəziyyətdə, belə bağlanmış halda görsə, səninlə necə rəftar edər və sənə nə deyər?» İmamın bu qəti cümləsi orada olanların hamısını ağlatdı. Yezid isə qoxusundan tez iplərin kəsilməsini əmr etdi. Daha sonra Yezid ağır sözlər deməyə başladı. Lakin Hüseynin övladları, o cümlədən İmam Səccad (ə), qarşısında dayanıb ifşaedici sözlərilə onu rüsvay etdilər. İş o yerə çatdı ki, Yezidin hərəmxanasının içindən belə etiraz və ağlamaq səsləri ucaldı. Bu etiraz və ağlamaqların hər biri Yezidin başına dəyən bir çəkicə bənzəyirdi ki, onu işrət yuxusundan oyadırdı. O, başa düşdü ki, əgər Peyğəmbərin (s) varislərini bir az da öz sarayında saxlasa, qiyam başlanar və o zaman da Yezid həlak olar. O, özünü xalqın etiraz və qəzəb dənizində qərq olunmuş bir vəziyyətdə görür, o yan bu yana baxaraq özünə bəraət qazandırmaq üçün çıxış yolu axtarırdı. Birdən qışqırıb dedi: «Allah bu İbni Ziyada lənət eləsin. Mən Hüseyni öldürmək və ailəsini əsir aparmağa razı deyildim». Lakin artıq iş işdən keçmişdi və hamı bilirdi ki, əsl cinayətkar onun özüdür. Buna görə də rüsvayçılıq artmasın deyə dərhal əmr etdi ki, əsirləri qabaqcadan onlar üçün hazırlanmış xüsusi yerə aparsınlar. Peyğəmbərin (s) övladlarını həmin yerə apardılar. Lakin onlar orada da sakit durmayıb xalqa Yezidin cinayətləri barədə məlumat verirdilər. Hətta İmam Hüseynin üç yaşında olan qızı Rüqəyyə də bu mübarizədə iştirak edirdi.

ZRӘTİN ŞӘHADӘTİ

Nəhayət o böyük İmam hicri 95-ci ilin Məhərrəm ayının 25-də, 57 yaşında ikən, bir çox narahatçılıqlar və zəhmətlər çəkdikdən sonra Hişam ibni Әbdülməlik tərəfindən zəhərləndirilərək şəhid oldu. Bəqi qəbristanlığında İmam Həsənin (ə) yanında dəfn olundu. Bu gün mübarək və müqəddəs məzarı yolunun aşiqləri və ardıcıllarının ziyarətgahına çevrilmişdir.

İstifadəçi girişi
Təqvim
«  Dekabr 2024  »
B.e.Ç.a.ÇC.a.C.Ş.B.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Axtarış
Dost saytlar
Sayğac
Müstəqil İslam saytı © 2024 Materiallardan istifadə edərkən istinad zəruridir!  Конструктор сайтов - uCoz