Xoş gelmişsiniz! |
 
İslamiyyət
Bölmələr
Məqalələr [68]
Təhlil [32]
Xəbərlər [11]
Hədislər [14]
Dini şeirlər [15]
Fiqh və Fətvalar [5]
Dua və zikrlər [7]
Hekayələr [5]
İslam dünyası [2]
İslam alimləri [1]
Ramazan [11]
İstifadəçi girişi

DOĞULMASI

Hicrətdən 23 il qabaq, cümə günü Rəcəb ayının 13-də Әbu Talibin ailəsində bütün dünyaya nur saçan mübarək bir uşaq dünyaya gəldi. Bu təvəllüd haqqında Məkkə əhalisindən Qunəb adlı birisi belə deyir: “Abbas ilə oturmuşduq ki, birdən əsəd qızı Fatimənin sancı çəkərək Kəbəyə tərəf getdiyini gördük. O belə deyirdi: «Ey Allahım! Sənə və peyğəmbərinə inanıram. Sənin əmrinlə bu evi tikən peyğəmbərin (İbrahimin), eləcə də bətnimdəki uşağın izzəti hörmətinə bu körpənin dünyaya gəlişi əziyyətini mənim üçün asan et». Elə həmin andaca Allah evinin yarılaraq, Fatimənin oraya girməsini daha sonra isə divarın bir-birinə yaxınlaşaraq bitişib bağlanmasını öz gözlərimizlə gördük. Hamımız qorxudan titrəyirdik. Daha sonra ayağa qalxdıq və sürətlə Kəbəyə sarı qaçdıq ki, qapınııb arvadlarımızı Fatiməyə kömək etmək üçün içəri göndərək. Amma nə qədər çalışdıqsa qapını aça bilmədik. Bu qəribə xəbər çox sürətlə Məkkənin hər tərəfinə yayıldıqda hamı bundan heyrətləndi. Məkkə qadınları Fatimə ilə görüşü həyəcanla gözləyirdilər. Nəhayət dörd gündən sonra Fatimə qucağında gözəl bir uşaqla Kəbədən bayıra çıxıb dedi: «Allah qadınlar arasında məni seçdi, Onun evində ikən mənim üçün cənnət xörəklərindən və meyvələrindən göndərdi». Həzrət Fatimə evinə doğru gedən zaman ətrafına yığışan qadınların «Uşağın adını nə qoyacaqsan?» - deyə verdikləri suala belə cavab verdi: «Allahın hərəmində əyləşdiyim vaxt nagahan səs eşitdim: uşağın adını Әli qoy”

AQLIQ DÖVRÜ

Həzrət Әli (ə) özü bu dövr barədə belə buyurur: “Peyğəmbər (s) hər il Hira dağına gedər və onu məndən başqa heç kəs görməzdi. İslamın hələ evlərə yayılmadığı ilk anlarda, təkcə Peyğəmbər (s) ilə həyat yoldaşı Xədicə (r) müsəlman olmuşdular. Mən isə vəhy və risalət nurunu görüb nübüvvət ətrini duyan ikinci şəxs idim”. Peyğəmbərin (s) qohumlarını İslama dəvət etmək üçün Allah əmri nazil olanda, Həzrət Әli (ə) Peyğəmbərin (s) yaxın adamlarından qırx nəfəri o həzrətin evinə qonaq çağırmışdı. Xörəyin azlığına baxmayaraq artıq hamı yeyib doymuşdu. Şam yeməyindən sonra Peyğəmbər (s) məclisdəkilərə xitab edərək buyurdu: “Ey Әbdülmüttəlib övladları! Allah mənə sizləri çağıraraq islamı sizlərə tanıtdırmağı əmr edib. Hər kəs mənə kömək edib dinimə iman gətirərsə, mənim qardaşım və xəlifəm olacaqdır”. Peyğəmbər (s) bu mətləbi üç dəfə təkrar etsə də Әlidən (ə) başqa heç kəs ona cavab vermədi. Həzrət Peyğəmbər (s) hər dəfə öz istəyini təkrar etdikdə yerindən qalxıb Həzrətin əlindən tutan və ona iman gətirdiyini elan edən yeganə şəxs hələ uşaq yaşında olan Həzrəti Әli (ə) idi. Elə bu əsnada Peyğəmbərimiz (s) belə buyurdu: “Әli mənim qardaşım və xəlifəmdir. Onun sözünə qulaq asın və əmrlərinə itaət edin”.

HƏZRƏTİ ӘLİNİN (Ə) XӘLİFӘ SEÇİLMӘSİ

Әli (ə) və Fatimənin (s.ə.) bu hadisələr qarşısında sükut etməsi, xüsusən də Osmanın hakimiyyətinə nüfuz etmiş Әməvi dövlət adamlarının vəzifələrindən sui-istifadə etmələri və ədalətsiz rəftarları xalqı ayıltmışdı və artıq hamı başa düşşdü ki, İslam xəlifəliyi siyasətçilərin əlində oyuncağa çevrilibdir ki, Allah ilə Peyğəmbərin (s) istəyi isə bu deyildir. Nəhayət xalqın narazılığı ən yüksək zirvəsinə çatdığından inqilab qığılcımı xalq kütlələrinin ürəyində alovlanmağa başlamışdı. Vəziyyətdən bezmiş xalq coşqun bir sel kimi Osmanın evinə tərəf axıb onu qılıncdan keçirmişdilər. Xalq o qədər coşmuşdu ki, Həzrət Әlinin (ə) Osmanın canını qurtarmaq üçün göndərdiyi İmam Həsən (ə) və İmam Hüseynin (ə)  sözünə də qulaq asmamışdılar. Camaat qılınclarından qan damarkən və həyəcan odunda yanarkən Həzrət Әlinin (ə) evinə tərəf axışıb böyük bir məhəbbət və sevinclə onu özlərinə tərəf çəkib beyət etdilər və beləliklə, onu özlərinə xəlifə və rəhbər seçdilər.

ZRӘT ӘLİNİN (Ә) ŞӘHADӘTİ

Nəhrəvan müharibəsindən sonra xaricilər adlı bir dəstə Məkkədə hər gün yığıncaqlar təşkil edib Nəhrəvanda ölənlər üçün ağlayırdılar. Bir gün onlar öz aralarında belə bir fikrə gəldilər ki, oturub ağlamağın mənası yoxdur. Islam hökumətini devirib qardaşlarımızı öldürən adamları məhv etməliyik. Әvvəlcə Әli, Müaviyə və Әmr ibni Ası öldürmək lazımdır. Bu üç nəfəri öldürmək üçün könüllülər tələb olunduqda ibni Mülcəm ayağa qalxıb «mən Әlini öldürəcəyəm» dedi. Daha sonra Әmr ibni Bəkri Təmimi «mən də Әmr ibni Ası öldürəcəyəm» söylədi. Bir başqası da Müaviyəni öldürməyi öz öhdəsinə aldı. Onların üçü də and içib mübarək Ramazan ayının 19-u planlarını həyata keçirmək üçün münasib vaxt bildilər. Sonra isə qərarlaşdıqları günü gözləmək üçün öldürəcəkləri adamların yaşadıqları şəhərlərə yollandılar. Təəssüflər o iki nəfər işlərində müvəffəq olmadılar, amma İbni Mülcəm müvəffəq oldu. İbni Mülcəm Kufəyə gəlib Әli əleyhissalamın düşmənləri ilə əlaqə yaradaraq Ramazan ayının 19-cu gününə qədər onların evində qaldı. Bir gün Әli (ə) Kufə küçələrindən birində onunla qarşılaşdı. İbni Mülcəm özünü gizlətmək istədisə də Әli (ə) onu görüb belə buyurdu: «Kufəyə nəyə gəldiyini bilirəm». Bu sözləri eşidən İbni Mülcəm qorxdu və ayaqları titrəməyə başladı. həzrət Әliyə (ə) belə dedi: Onda ey Әli əmr et ki, məni öldürsünlər ya zindana atsınlar, ya da sürgün etsinlər». Әli (ə) ona baxıb belə dedi: «Bu üç təklifdən hər birini sənin haqqında tətbiq edə bilmərəm. Amma İslam dini öldürmə və cinayətdən qabaq qisası rəva görməz. Səni sərbəst buraxıram ki, bəlkə fikrindən dönəsən».

Nəhayət hicri 40-cı ilin Ramazan ayının 19-da İbni Mülcəm namazda səcdə halında olan həzrət Әlinin başına zəhərli bir qılıncla vurdu. Bununla da təqva və iman dağını yıxıb həzrət Әlini (ə) şəhid edərək islam dünyasını matəmə qərq etdi. həzrət Әlinin mehrabdakı «And olsun Allaha ki, artıq qurtuldum» səsinin dalınca mələk Cəbrailin səsi yüksəldi: «Vallahi, hidayət sütunları yıxıldı və Әli şəhid edildi». Camaat Әlinin (ə)  qatilini tutub İmam Həsən-Müctəbaya (ə) təhvil verdilər. İmamın yaralı bədənini isə öz evinə apardılar.

İmam Әli (ə) öz qatili barəsində oğlu Həsənə belə buyurdu: «Oğlum! Mənim qatilim olan bu adama xörək və su verin. Onu sərbəst buraxmayın. Әgər diri qalsam, ona nə edəcəyimi bilirəm. Amma əgər ölsəm, ona bir qılınc zərbəsindən artıq vurmayın». Amma əfsus ki, Әli (ə) daha yaşamadı. Və Ramazan ayının 21-də, 63 yaşında əbədiyyətə qovuşdu. Onun pak bədəni gizlin şəkildə Nəcəfi-əşrəf şəhərində torpağa tapşırıldı.

...Bir hədis
Peyğəmbər (s) buyurmuşdur: “Hikmət on yerə bölünmüşdür, onun doqquz hissəsi Əliyə, bir hissəsi isə bütün müsəlmanlara nəsib olmuşdur” (“Əl-bidayətu vən-nihayə”, 7-ci cild, səh-359).
Təqvim
«  Dekabr 2024  »
B.e.Ç.a.ÇC.a.C.Ş.B.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Axtarış
Dost saytlar
Sayğac
Müstəqil İslam saytı © 2024  Materiallardan istifadə edərkən istinad zəruridir!  Конструктор сайтов - uCoz