Əssaləmu əleykum, Qonaq | Qrupunuz: "Qonaq" | RSS
İslamiyyət
Bömələr
Мини-чат
Baş səhifə » 2010 » Dekabr » 7 » İBNİ ZİYADIN SARAYINDA
İBNİ ZİYADIN SARAYINDA
21:10

                  Bağışlayan və mehriban Allahın adı ilə

    Qürurdan məst olan İbni Ziyad özünü daha qüdrətli görürdü. Kufə camaatını qorxutmaq üçün onların hamısına sarayda Hüseynin qətıinə görə keçirdiyi bayram məclisində iştirak etməyə icazə verdi. Yezidin qoşununun qələbəsini bu məclisin keçirilməsi ilə bayram etmək istəyirdi. Ona görə də Seyyidüş-şühəda (ə)-ın mübarək başının gətirilməsinə fərman verdi. İmamın başını onun qarşısına qoydular. İbni Ziyad gülür və əsası ilə o Həzrətin dişlərinə vurub deyirdi:" ..Hüseyn nə gözəl dişlərin var ..

Əsirləri İbni Ziyadın məclisinə gətirdilər. Zeynəb (s) köhnə paltarda tanınmaz şəkildə bir guşəyə çəkildi və orada əyləşdi. Əhli-beytin başqa qadınları da onun ətrafına yığışdılar.İbni Ziyad dedi: O qadın kimdir?Zeynəb (s) cavab vermədi.İbni Ziyad ikinci və üçüncü dəfə də həmin sualı təkrar etdi. Qadınlardan biri dedi: Bu Peyğəmbər balası Fatimənin qızı Zeynəbdir. İbni Ziyad üzünü Zeynəbə tutub dedi: «Şükr olsun o Allaha ki, sizi rüsvay etdi, öldürdü və göstərdi ki, sizin dedikləriniz yalandan başqa bir şey deyildir.»

Zeynəb cavabında dedi: "Zülmdən başqa dayağı olmayan bir zalımı, onun qüdrətini saymamazlıqla məsxərə edən məzlumlar dərdli danışıqlarına görə məzəmmət olunmazlar”

İbni Ziyad özünü Zeynəbin cavabı qarşısında aciz görüb dedi: Sənin qohumlarının və nəslinin böyük itaətsizliyi ürəyimdə bir dərd idi. Allah o dərdə şəfa verdi. Bu sözlə Zeynəbin qəlbi sındı və ağlayaraq dedi: Mənim sərvərimi öldürdün, xanədanımı məhv etdin, bizim kök və budağımızı vurdun: Əgər sənin şəfan bundadırsa, şəfa tapdın. Şükr olsun o Allaha ki, öz peyğəmbəri Məhəmməd (s) ilə bizə kəramət buyurub, çirkinliklərdən pak etdi. Yalnız günahkar rüsvay olar və günahkar yalan danışar. Şükr olsun o Allaha ki, o biz deyilik, başqasıdır.

Əlinin şücaətli qızı Zeynəb (s) ürəyində qorxmadan tə`sirli və kəsərli sözləri ilə, İbni Ziyadı öz qüdrətini göstərmək üçün məclisə yığdığı camaatın gözləri qarşısında rüsvay etdi, Peyğəmbər xanədanına rəva qıldığı cinayətlərini ifşa etdi. Əli qızı danışanda elə bil heç nə baş verməmişdir. Nə onun bir adamını öldürüblər və nə də özünü əsir tutublar. Elə bil, cavabını vermək istədiyi bu kişi ən adi bir işarə ilə onu və bütün yoldaşlarını öldürə bilməzdi.

İbni Ziyad dedi: Allahın Əhli-beytlə davranışını necə gördün?

Zeynəb cavab verdi: Onlar bir dəstə idilər ki, Allah, şəhadəti onlara müqəddər etmişdi. Onlar öz qəbrlərinə tərəf tələsdilər. Mən gözəllikdən başqa bir şey görmədim. Allah səninlə onları bir araya gətirəcək və sən onlarla üzləşəcəksən. İndi gör qalib və xoşbəxt kimdir. Ey Mərcanənin oğlu! Anan matəmində otursun.

Ravi deyir: Zeynəbin sözləri İbni Ziyadı rüsvay etdi. Zeynəbi öldürmək istəyəndə ətrafındakılardan biri dilləndi: Ey Əmir! Bu qadındır.

           ZEYNƏB MƏKTƏBİNDƏN DƏRSLƏR, İMANIN ƏZƏMƏTİ    

    Zeynəb (s) İbni Ziyadla rəftarında göstərdi ki, mö`min insan, əsir olmasına baxmayaraq heç vaxt güclü və qüdrətli düşmənin qarşısında başını zillətlə aşağı salmayacaq. Aşura, imanlı qəlblər üçün ən böyük cazibə oldu. İmam Hüseyn (ə) yolunu davam etdirən və onun məktəbinin şagirdi olan Zeynəb (s), öz sözləri ilə qanlı Kərbəla hərəkatının izzət və əzəmətini artırdı. Zeynəbdən öyrəniləsi dərslərdən biri, Allah yolunun çətinlik və müsibətlərini gözəl görməsi, onun belə çətinliklərə ilahi baxışıdır.
    Zeynəb (s) İbni Ziyadın, "Allahın Əhli-beytinlə rəftarını necə gördün”? sualının cavabında buyurdu: "Ma rəəytu illa cəmila”. Allah yolunda gördüyüm çətinliklər, müsibət və müşküllər, hamısı mənim üçün gözəl idi.
    Əbulfəzl kimi qardaşın, Əliəkbərin, Qasimin, südəmər uşağın şəhadəti və Seyyidüş-şühəda (ə)-ın şəhadəti gözəl idimi?! Xeymələrin yandırılması və qarət olunması, uşaqların pərişan və sərgərdan olmaları və Allah Rəsulunun övladlarına üz verən müsibətlər gözəl idimi?! Peyğəmbər Əhli-beytinin əsir olub küçə və bazarlarda naməhrəmlərin gözü qarşısında xarici əsir adı altında gəzdirilməsi gözəl idimi?!
Bu gözəl baxışı necə təfsir etmək olar?
Allah, öz bəndələri üçün xeyirdən başqa bir şey istəmir. Allahın, Onun Rəsulunun və mələklərin salam və rəhməti olsun Zeynəbi-Kubraya ki, bizə Allah yolunun çətinliklərni necə görmək dərsini öyrətdi, səbr və dözüm dərsində müəllimimiz oldu. 
    

    Elman İbadov                kerrar@mail.ru


  [Məqalələr] | Oxunub: 1476 | Müəllif: Pünhan |
Şərh sayı: 1
11.01.2009
1. Admin (Administrator) [Material]
Allah razı olsun. Allah Ehli-beyt (e) düşmenlerine lenet etsin!


Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
İstifadəçi girişi
Təqvim
«  Dekabr 2010  »
B.e.Ç.a.ÇC.a.C.Ş.B.
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Axtarış
Dost saytlar
Sayğac

Online: 1
Qonaqlar: 1
İstifadeçiler: 0
Müstəqil İslam saytı © 2024
Təklif və iradlar üçün: islamiyyet@bk.ru

 Materiallardan istifadə edərkən istinad zəruridir!
Sayt 7 Rəcəb (22 iyul) 1428-ci ildən (2007) fəaliyyət göstərir.

Конструктор сайтов - uCoz