Artıq Məhərrəm ayı daxil olub və İslam dünyasında ayrı
bir abu-hava hökm sürür. Müsəlmanların bir hissəsi bu ayı matəm kimi qeyd edir,
digər bir hissəsi də Məhərrəm ayına digər aylar kimi baxır.
Mübahisəli məsələlərdən biri də bu ayın 10-cu günündə
tutulan orucdur. Belə ki, müsəlmanların bir hissəsi bu gün oruc tutur, digərləri
isə orucu tərk edir.
Məlum olduğu kimi Aşura günündə İmam Hüseyn (ə) şəhid
edilmişdir. Bəzi mənbələrdə bu hadisədən əvvəl Peyğəmbərin (s) həmin gündə oruc
tutduğu qeyd edilmişdir. Bəs bu rəvayətlər həqiqətə nə dərəcədə uyğundur? Bunu
cavablandırmaq üçün həmin mənbələrə müraciət edək:
Rəvayət edilir ki, Həzrət
Peyğəmbər (s) Mədinəyə gələndə Ramazan orucunun vacib edilmədiyi vaxtlarda yəhudilərin
Məhərrəm ayının 10-cu günü oruc tutduqlarını gördü. Bunun səbəbini soruşduqda yəhudilər
belə cavab verdilər: "Bu böyük bir gündür. Bu gündə Allah Musa və qövmünü
qurtarmış və Firon qövmünü suda boğaraq həlak etmişdir”. Bundan sonra Həzrət
Peyğəmbər (s) "Mən Musaya sizdən daha yaxınam və onun orucunu tutmağa sizdən
daha layiqəm” deyərək həm özü Aşura günü oruc tutmağa başladı, həm də müsəlmanlara
bu gün oruc tutmalarını əmr etdi” ("Səhih Buxari”, cild 1, səh. 244; "Səhih
Müslim”, cild 3, səhifə 150). Həmçinin başqa bir yerdə Ümmul
möminin Aişədən gələn rəvayətdə qeyd olunur ki, Ramazan orucundan sonra bu oruc
müstəhəb yerinə keçib. Müslimdə göstərilir ki, Allahın elçisi (s) vəfatından
bir əvvəl də Aşura orucunu tutmuşdur.
Lakin qeyd etmək yerinə düşər ki, bu rəvayətlər o qədər
də mötəbər deyildir.
1. Hər
şeydən əvvəl rəvayətin sənədində ixtilaf var. Rical kitablarına müraciət edən şəxs
asanlıqla ravi zəncirinin ittihamlara məruz qalan insanlardan ibarət olduğunu
bilər. Ravilərdən bəzisi isə hicrətdən illər sonra Mədinəyə gəlmişdir(Əbu Musa Əşari kimi), İbn Zübeyr –hicrət
vaxtı çox balaca idi. Müaviyyə-hicrətdən illər sonra müsəlman olmuşdur. Belə
olan halda bu ravilərin Rəsullahla (s) bağlı hicrətdən əvvəl baş verən hadisələri
rəvayət etməsi mümkündürmi?!
2. Bu rəvayətlər
arasında kifayət qədər ixtilaflı məqamlar var. Məsələn, hədislərdən birində
qeyd edilir ki, Peyğəmbər (s) yəhudilərdən götürüb oruc tutub. Digər rəvayətdə
Həzrətin cahiliyyə vaxtından müşriklər kimi Aşura günü oruc tutduğu deyilir.
Başqasında Ramazan orucundan sonra Aşura orucunu tərk etdiyi göstərilir. "Səhih
Müslim”də (cild 3, səh. 151) qeyd edilir ki, Həzrət Peyğəmbər (s) Aşura günü
oruc tutanda ona dedilər ki, bu yəhudilərin dəyər verdiyi bir gündür. Bundan
sonra o, yəhudilərə müxalif olmaq üçün doqquzuncu gün oruc tutacağına söz
verir. Lakin gələn il gəlin çatmamış o vəfat edir. Göründüyü kimi bir rəvayətdə
qeyd edilir ki, Peyğəmbər (s) bu adəti yəhudilərdən götürür, digərində deyilir
ki, o, yəhudilərin əksinə bu orucu 9-cu günə keçirir.
3. Yuxarıda
göstərilən rəvayətə baxsaq görərik ki, guya Həzrət Məhəmməd (s) qardaşı Musanın
(ə) sünnətini bilmirdi və bunu yəhudilərdən öyrəndi və onlara təqlid etdi!
Lakin Peyğəmbər (s) əvvəlki elçilərin təlim və sünnətlərini hamıdan yaxşı
bilirdi. Əgər belə olmasaydı son və ən üstün peyğəmbər olmağının nə mənası
qalardı?! Bu rəvayətləri müdaifə edənlər hətta "Peyğəmbər (s) əmr almadığı məsələlərdə
əhli-kitaba uymağı sevirdi” kimi əsassız bəhanələr göstərirlər. Lakin elə həmin
mənbələrdə İslam peyğəmbərinin xüsusilə yəhudilərə təqlidə qarşı çox həssas
olmasını qeyd olunur. Məsələn, (guya) müsəlmanların namaza çağırılması üçün yəhudilərə
və xristianlara məxsus adətlərin təklif olunmasına qarşılıq bunları rədd etməsi
və s. hədislər məhz həmin qaynaqlardadır. Doğru olan da budur. Hətta yəhudilərin
"Bu şəxs bizə hər şeydə müxalifdir” deməsi kimi
rəvayətlər də məlumdur. "Nihayətu-ibn Əsir”də "Kim özünü bir qövmə bənzədərsə o da onlardan sayılar” deyən hədis də
var. Lüğətçi İbn Düreyd isə qeyd edir: "Aşura
İslami bir addır və cahiliyyə vaxtında mövcud olmayıb”.
4. "Aşura” kəliməsinin Məhərrəm ayının 10-cu gününə
deyilməsi Həzrət Hüseynin (ə) şəhadətindən sonra onu ardıcılları tərəfindən yas
kimi qeyd olunmasından başlayaraq məşhurlaşdı. İbn Əsir yazır: "Aşura İslami bir ifadədir (yəni, İslamdan
sonra işlədilmişdir)” ("Nihayətu-İbn Əsir”, cild 3, səh. 240).
5. Yəhudi şəriətindən məlumatı olan şəxs də bilir ki, yəhudilərdə
"Aşura orucu” deyilən oruc yoxdur, həmçinin yəhudilərin nə əvvəllər, nə də indi
belə bir oruc tutmayıblar. Bu barədə heç bir sənəd yoxdur.
6. Bu gün haqqında məlumat verən mənbələrdən bəziləri hətta
o qədər irəliyə gediblər ki, az qala bütün əlamətdar günləri Aşuraya salıblar.
Aydındır ki, bu rəvayətlərin uydurulması Əməvi tayfasına xüsusən sərfəli idi. Hər
şeydən əvvəl məşhür sünni lüğətçiləri bu terminin İslamın zühurundan sonra işlədildiyini
bildirmələrini qeyd etdik. İkincisi bir qism sünni rical alimləri bu hədislərin
uydurma olduğunu qeyd edib ("əl-Lial Məsnua fil-əhadis Məvdua”, c. 1, s. 108; "əs-Sirətül
Hələbiyyə”, c 2, səh. 134).
Məşhur filisof və tarixçi Əbu
Reyhan Beyruni "əl-Əsər əl-Baqiyə” adlı kitabında yazır: "Ümeyoğulları (İmam
Hüseyn (ə) öldürüldükdən sonra) Aşura günlərində təzə paltarlar geyinir, bəzənir,
sürmələnir və bayram edirdilər. Onların bu səltənətləri dəb halına düşdü və
sünnə əhli arasında yayıldı. Amma şiələr bu gündə matəmə qərq olub
ağlayırdılar”.
Sonda isə Şeyx Səduqun öz sənədi
ilə "İləlüş-şərayi” və "Əmali” kitablarında Cibilli Məkkiyədən nəql etidiyi rəvayəti
nəzərinizə çatdırırıq. Meysəm Temmardan (r.ə.) gələn hədisdə Həzrət Əli (ə)
buyurur: "Allaha and olsun ki, bu ümmət
öz peyğəmbərlərinin nəvəsini Məhərrəm ayının 10-cu günündə qətlə yetirəcəklər və
Allah düşmənləri o günü bərəkət günü edəcəklər”. Temmar deyir ki, o Həzrət
mənə bildirdi ki, "Bütün yaradılanlar, hətta
səhranın yırtıcı heyvanları, dənizdəki balıqlar və göydə uçan quşlar da Peyğəmbərin
nəvəsinə ağlayacaqlar...”. Meysəm Temmar (r.ə.) deyir ki, "Allaha şərik qoşanlara, xristianlara, yəhudilərə
və məcusilərə Allahın lənəti zəruri olduğu kimi Hüseyni öldürənlərə də bu lənət
zəruri olmuşdur”. Bundan sonra Meysəmdən soruşulur ki, bu günü necə bərəkət
günü qılacaqlar, o isə ağlayaraq deyir: "Özlərindən uydurduqları hədislə Həzrət
Adəmin (ə) tövbəsinin bu gün qəbul olunduğu deyəcəklər, halbuki onun tövbəsi
Zil-həccə ayında qəbul olunmuşdur; Davudun (ə) tövbəsinin bu gün qəbul
olunduğunu deyəcəklər, onun tövbəsi də Zil-həccədə qəbul olunub; Onlar Yunusun
(ə) balığın qarnından bu gün xilas olduğunu deyəcəklər, halbuki bu Zil-qəədə
ayında olub; Onlar Nuhun (ə) gəmisinin bu gün sahilə yanaşdığını deyəcəklər, bu
hadisə Zil-həccənin 18-i olub; Onlar dənizin Musa (ə) qarşısında bu gün
yarıldığını deyəcəklər, bu hadisə isə Rəbbiul-əvvəldə baş verib”.
Bu günün orucu haqqında isə deyə
bilərik ki, bugünki gün oruc tutmaq məkruhdur (bəyənilmir). Aşura günündə əsrə
qədər yeyib-içməkdən çəkinmək, sonra isə az miqdarla kifayətlənmək daha
yaxşıdır.
Əllərinə sağlıq hər şey gözəldir! Görünür ki, kim zəlalət əhlidir. Bir şəxs ki, iddia edirsə ki, peyğəmbər (saas) sünnəsini öyrənib yahudilərdən, day ondan nə gözləmək olar?!
yaxshi ay zelalet ehli zize 1 sual ,, kiminse ezizi dunyasini deyishende ona 3-7-40 ve 1 il saxlayir sonra toy filan edir,, niye gore HUSEYN (e) 1 il saxlamirsiniz sadece 40 la kifayetlenirsiz ????