Bağışlayan və mehriban Allahın adı ilə Əbdullah ibn Səmurə: Rəsulullaha dedim: Ya rəsuləllah! Mənə nicat yolunu göstər! Həzrət (s) buyurdu: "Ey Səmurənin oğlu! Elə ki, gördün ara qarışdı və nəzərlər müxtəlif oldu onda Əlidən yapış! Çünki o mənim ümmətimin imamı və məndən sonra xəlifəmdir. O haqq ilə batili ayırandır. Hər kəs haqqı axtarsa Əli ona cavab verər. Hər kəs hidayət yolunu ondan soruşsa Əli onu hidayət edər. Hər kəs haqqı onun yanında axtarsa haqqı tapar. Hər kəs ona pənah apartsa asayişə yetişər. Hər kəs ona iqtida etsə onu hidayət edər. Ey Səmurənin oğlu! Hər kəs Əlini sevib ona təslim olsa amanda olar və onu rədd edib ona düşmən olan məhv olacaq. Ey Səmurənin oğlu! Əli məndəndir və ruhu mənim ruhumdandır. Onun tinəti mənim tinətimdəndir. Əli mənim qardaşımdır və mən də onun qardaşıyam. Dünyanın əvvəlindən axırına qədər bütün qadınların seyyidəsi olan qızım Fatimə (s.ə) onun zövcəsidir.İki oğlu Həsən və Hüseyn cənnət cavanlarının ağaları və ümmətimin imamlarıdır. Hüseynin doqquz övladı sonrakı imamlardırlar. Onların doqquzuncusu Qaimidir. Yer üzü zülm və sitəm ilə dolduğu bir zamanda onların doqquzuncusu qiyam edib yer üzünü ədalətlə dolduracaq” (Əmali şeyx Səduq 26)
Səid ibn Cubeyr İbn Əbbasdan nəql edib: "Rəsulullahdan (s) Adəmin (ə) Allahdan tövbə etmək üçün öyrəndiyi kəlimələr haqqında soruşdum, O, Həzrət (s) buyurdu: "İlahi Səni Muhəmməd, Əli, Fatimə, Həsən və Hüseynin haqqına and verirəm ki, mənim tövbəmi qəbul edəsən! Allah da onun tövbəsini qəbul etdi” (Əmali şeyx Səduq 26) İmam Sadiq (ə): "Fatimə can verəndə Əliyə belə vəsiyyət etdi: Mən öləndən sonra özün mənim cənazəmə qüsl verib kəfən tut. Məni qəbrə qoyandan sonra qəbrimin üstünü yerlə bərabər et. Qəbrimin yanında üzümün muqabilində otur və çoxlu Quran oxuyub dua et. Çünki meyyitin həmin anlarda insanlarla üns bağlamağa çox ehtiyacı var.....” (Mustədrəkul vəsail 2/33)
İmam Sadiq (ə): "Fatimə Əliyə vəsiyyət etdi ki, Əbu Bəkr və Ömərə onun ölüm xəbərini verməsin. Çünki mən istəmirəm onlar mənim cənazəmə namaz qılsınlar. Mənim təşiyyə cənazəmlə özün məşğul ol. Fatimə vəfat edəndən sonra İbn Əbbas Əlinin yanına gəlib nə edəcəyini soruşdu Əli dedi: Gecənin qaranlığında dəfn edəcəyəm.......” (Mustədrəkul vəsail 2/304 hədis 2042)
İmam Əli (ə) "Fatimə Əliyə dedi: Ya Əbul Həsən mənim səndən bir istəyim var. Əli dedi. Ey Peyğəmbərin qızı hacətini istə ki, mən onu edim. Fatimə dedi: Səni and verirəm Allaha və Muhəmməd Rəsulullahın haqqına mən öləndən sonra filankəs və filankəs mənim cənazəmə namaz qılmasınlar” (Mustədrəkul vəsail 2/290 hədis 12992)
Hacı Elman İbadov kerrar@mail.ru
|