Müğeyrə ibn Şöbənin oğlu nəql edir ki, "Atamla (Müğeyrə) birlikdə
Muaviyənin yanınna getdik. Atam adətən Muaviyənin yanına gedib qayıtdıqdan
sonra onun ağlından söz açardı. Bir gecə gəldi və yemək yeməkdən imtina etdi.
Çox kədərli idi. Bir hadisənin baş verdiyini düşündüm, səbəbini soruşdum.
-Oğlum, mən ən imansız və fasiq bir adamın yanından gəlirəm.
-Nə danışırsan, ata?!
-Muaviyə ilə ikilikdə söhbət edirik. Ona dedim ki, sən hakimiyyətin
zirvəsindəsən. Əgər ədalətli olsan, yaxşılıq etsən, sənin xeyrinədir.
Bəni-Haşimdən olan qardaşlarına məhəbbət gözü ilə baxsan və qohumluq haqqını
yerinə yetirsən, yaxşı olar. Çünki onların tərəfindən artıq sənə heç bir təhdid
və təhlükə yoxdur və edəcəyin yaxşılıq sənə ad və savabdır. O isə dedi: "Mənim
adımın qalacağına nə ümid bəsləyirsən? 1-ci xəlifə İslam dövlətinin rəhbəri
oldu, ədalətli şəkildə dövləti idarə etdi, nə etmək lazım idisə, etdi. Amma
dünyadan gedən kimi adı unuduldu, indi yalnız "Əbu Bəkr” deyirlər. Sonra 2-ci
xəlifə hakimiyyət başına gəlid, çalışdı və 10 il rəhbər oldu.Amma dünyadan köçən kimi onun da adı unuduldu,
indi yalnız "Ömər” deyirlər.Amma ibn
Əbi Kəbşənin (Peyğəmbər (s) nəzərdə tutulur) adını hər gün 5 dəfə çəkirlər:
"Əşhədu Muhammədən rasulullah”. Belə olan olan halda mənim hansı yaxşı işim
xatırlanar, adım qalar, ey şəxsiyyətsiz?! Yox, and olsun Allaha, yalnız gərək o
dəfn olunsun! (yəni gərək bizim adımızın yaşamağı üçün Peyğəmbərin (s) adı dəfn
olunsun) ("Mürucuz-zəhəb”,
3-cücild, səh.
454, 455, Əndəlusçapı,
4-cücild, səh.
41, İstiqamətçapı;
"Əl-əxbarul-muvəffəqiyyat”, səh.
576-577; "ŞərhiNəhcül-bəlağə”,
İbnƏbil-Hədid,
5-cicild, səh.
129-130; "Əl-qədir”,
10-cucild, səh.
283-284).
Subhalallah! Sizi bilmiremmen bele qurashdirma sohbetlereinanmiram ,onagore ki, burdan bele birneticeye gelmek olar, Gerek ki, indi ya muaviynin(r.a) adi ya Allah resulu(s.a.s) adiunudulmush olmaliydi ,amma goruruk ki, bele bir shey yoxdu . HELE men Abu Bakr,Omer (r.a)adlarini demirem.
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]