Ola bilər ki, bəzi
şəxslər sual versinlər ki, şəriət baxımında müvəqqəti nigah doğrudan da
bəyənilərək halal buyurulubsa, görəsən İslam peyğəmbərinin (s) özü bu nigahdan
istifadə etmişdirmi?
Əvvəla əziz oxuculara
bunu deməliyəm ki, bir şeyin halal və caiz olmasında Həzrət Peyğəmbərin (s) ona
əməl etməsi vacib deyil. Çünki İslamda bir çox əməllər var ki, halal və
caizdir, amma Peyğəmbər (s) ömründə bir dəfə də olsun onu yerinə yetirməyib.
Məsələn, başda Peyğəmbər (s) olmaqla bütün müsəlmanlara caizdir ki, xarici
ölkələrə səfər etsinlər və yaxud da halaldır ki, hind toyuğu və ya balıq
yesinlər. Fərz edək ki, Peyğəmbər (s) xarici səfərə çıxmayıb və ya yuxarıda
qeyd olunanlardan yeməyib, bu o demək deyil ki, əgər bunlar halal olsaydı,
Peyğəmbər (s) onlardan istifadə edərdi. Əgər Peyğəmbər (s) xaricə səfərə
çıxmağa ehtiyacı olmayıbsa və ya həmin təamlardan yeməyə ehtiyacı olmayıbsa,
bu, qeyd edilənlərin haram olmasına dəlalət etməz.
Əgər mütə halal bir
əməldirsə, Peyğəmbərin (s) ondan istifadə edib-etməməsinin bu əməlin halal
olmasına aidiyyatı yoxdur.Çünki ola
bilər Peyğəmbərin (s) mütə etməyə heç vaxt ehtiyacı olmayıb.
Lakin bunu da qeyd
etməliyəm ki, bir çox mötəbər sənədlərə əsasən Peyğəmbər (s) mütə nigahından istifadə
etmişdir.
Mərhum Şeyx Səduq
rəvayət edir ki, İmam Sadiqin (ə) səhabələrindən birinin mütə etməyə ehtiyacı
var idi. Lakin o, mütə etməkdən çəkinirdi. İmam Sadiq (ə) ona buyurdu:
"Zərurət halında ehtiyac duyularsa, insan gərək
Allahın əmri, Peyğəmbərin (s) sünnətindən (halal buyurduğu mütədən) istifadə
etsin. Çünki mən hər hansı bir kişinin Peyğəmbərin (s) əməl etdiyi sünnətdən
istifadə etmədən dünyasını dəyişməsini bəyənmirəm”.
O kişi deyir ki, İmam
Sadiqdən (ə) soruşdum:
"Görəsən Peyğəmbər (s) də müvəqqəti nigahdan
istifadə etmişdirmi?”.
İmam "Bəli” deyərək, sözünə "Təhrim”
surəsinin (3-5-ci ayələrini) "Bir zaman
Peyğəmbər öz zövcələrindən birinə (Həfsəyə) gizli bir söz (öz xadiməsi Mariya
Qibtiyyə ilə mütə etdiyini) demişdi. (Həfsə) bu sirri (Aişəyə) xəbər verdi (və
onlar Peyğəmbər haqqında xoşagəlməz sözlər danışdılar). Allah-Təala onlara
xitab edərək buyurdu: "(Ey iki qadın!) Sizin qəlbləriniz (Peyğəmbər haqqında
pis fikirləşdiyinizə görə) günaha meyl edib. Elə isə tövbə edin” ayələrini
şahid gətirdi” ("Vəsailüş-şiə”, c. 21, həd. 26389; "əd-Durrul-mənsur Siyuti”,
c. 6, səh. 241).
Ola bilsin bəzi
oxucularda sual yaransın ki, haradan məlumdur ki, ayədəki iki qadın Aişə və Həfsədir?!
Bir çox müfəssirlər bu iki qadının kimliyi barəsində araşdırma aparıblar.
Bunlardan bəzisi:
Təbərani və ibn
Mərdəveyh ibn Abbasdan rəvayət edirlər ki,o, həmin ayənin təfsrirində deyir:
"Peyğəmbər (s)Mariyeyi Qibtiyyə ilə müvəqqəti nigah bağlamışdı. Həfsə bu işdən xəbər
tutdu. Peyğəmbərin (s) bu işi Həfsənin
xoşuna gəlmədi. Peyğəmbər (s) Həfsəyə bu işin aralarında qalmasını, hətta
Aişəyə də deməməsini tapşırmışdı. Lakin Həfsə buna məhəl qoymaraq Aişəyə xəbər
verdi. Onlar Peyğəmbər (s) barəsində bəyənilməyən sözlər danışdılar.Allah da onlara müraciətlə "Təhrim” 3-5-ci
ayələrini nazil etdi”.
İbn Abbas sözünün davamında deyir: "Mən bilirəm
ki, Peyğəmbərin (s) mütə etməsindən xoşu gəlməyən iki qadın Həfsə və Aişə idi.
Lakin bunu Ömərin dilindən eşitmək mənim üçün daha çox maraqlı idi. Elə buna
görə də çalışdırdım ki, bunu Ömərin özündən soruşum. Bir müddət sonra onunla
birlikdə həcc səfərinə çıxdıq. Yolda mən və Ömər dəstəmaz almaq üçün camaatdan
ayrıldıq. Mən su tökürdüm ki, Ömər əl-üzünü yuyub dəstəmaz alsın. Bu əsnada
ondan "Təhrim” surəsinin 3-5-ci ayələrində zikr olunan iki qadının kim olduğunu
soruşdum. Ömər mənim sualıma təəccüb edərək dedi: "Əcəb sual verirsən, ibn
Abbas!” (Sanki verdiyim sualdan xoşu gəlmədi)Sonra dedi: "O iki qadın Həfsə və Aişədir” ("Təfsirul-kəşşaf”, Zəməxşəri,
c. 4, səh. 566; "əl-Mizan”, Təbatəbai, c. 19, səh. 339).
Yuxarıda qeyd olunanlara əsasən İslam Peyğəmbəri (s) müvəqqəti nigahdan
istifadə etmişdir. Bununla yanaşı Peyğəmbərin (s) canişini Əli ibn Əbu Talib
(ə) də bu nigahdan istifadə etmişdir.
İbn Babəveyh mötəbər sənədlərlə rəvayət edir ki, "Əmir əl-möminin Əli (ə) Kufədə olarkən Bəni-Nəhşəl qəbiləsindən olan
bir xanımla müvəqqəti nigah qurmuşdur” ("Vəsailüş-şiə”, c. 21, həd. 26378).
Əli Hicrani Təbrizi "İslamda müvəqqəti nigah" kitabından
Tusi, Məhəmməd Bağırdan (ə) belə nəql edir: “Mən İmamdan soruşdum: “Mümkündürmü kişi qardaşına müvəqqəti nigah yolu ilə öz arvadını versin?”. İmam belə cavab verdi: “Əgər qardaşı onun üçün icazə verirsə heç də qorxusu yoxdur.” (Ət-Tusi. əl-Istibsar. 3 cill, səh 136).
Molla Fətullah Kaєani Quran təfsirin «Minhacьl Sadiqin» kitabında belə qeyd edir: “Allah rəsulu buyurdu: “Kim əgər bir dəfə mьvəqqəti nigah (siğə) etsə onu dərəcəsi Hüseynin dərəcəsi kimidir. Kim əgər iki dəfə müvəqqəti nigah (siğə) etsə onu dərəcəsi Həsənin dərəcəsi kimidir. Kim əgər üç dəfə müvəqqəti nigah (siğə) etsə onu dərəcəsi Əli ibn Əbu Talibin dərəcəsi kimidir. Həmçinin kim əgər dörd dəfə müvəqqəti nigah (siğə) etsə onu dərəcəsi mənim dərəcəm kimidir”. (Molla Fətullah Kaşani Quran təfsiri «Minhacül Sadiqin» 1cild. Səhifə, 356. Tehran şəhəri, İran çapı)
Təbərsi özünün Baqir haqqındakı kitabında belə rəvayət edir: «Cəməl döyüşündə Aişənin kəcavəsinə ox atılanda Əmirəlmö'minin (Əli) əleyhissəlam demişdir: — Allaha and olsun ki, onun talağını verib azad etməkdən başqa çarəm qalmayıb. Allah, nə ola indi burada Rəsulullahın "Ey Əli, məndən sonra arvadlarımın ixtiyarı sənin əlindədir (Allah eləməmiş!)" dediyini eşitmiş bir adam olaydı! Bunu eşidən bir nəfər ayağa qalxan kimi şəhid oldu. Daha sonra on üç kişi ayağa qalxdı. Onların ikisi Bədr döyüşünün iştirakçıları idilər. Onlar şahidlik etdilər ki, Rəsulullah səlləllahü əleyhi və alihinin Əli ibn Əbu Talibə belə dediyini eşitmişlər: "Ey Əli, məndən sonra arvadlarımın ixtiyarı sənin əlindədir". Onun dediyinə görə, belə olduqda Aişə ağlamış və onlar onun ağladığını eşitmişlər» «Təbərsinin "əl-İhticac" əsəri, səh.82, İran çapı, 1302 h»
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]