Hafiz Əbu Bəkr Əhməd
ibn Hüseyn Beyhəqi Şafei "əl-Məhasinu-vəl-məsavi” kitabının 1-ci cildinin 37-ci
səhifəsində yazır:
"Siffeyn döyüşü
başladıqda İmam Əli (ə) Muaviyəyə belə bir məktub yazdı: "İnsanlar niyə səninlə
mənim aramda qalıb öldürülsünlər?! Çıx ortaya! Əgər məni öldürsən, sən rahat
olarsan. Yox əgər mən səni öldürsəm, mən rahat olaram.
İmamın (ə) sözlərindən
xəbərdar olan Əmr ibn As Muaviyəyə belə dedi: "Bu adam səninlə insafla danışır
və haqlıdır. Meydana atıl və onunla döyüş!”. Muaviyə dedi: "Sənin dediyini əsla etməyəcəm, Əmr ibn As. Döyüşə çıxım ki, o, məni
öldürsün, sən də xilafətə əl atasan?! Əbu Talib oğlu Əlinin qəhrəmanlar və
igidlər ağası olduğunu bütün Qureyş qəbiləsi bilir”.
Həmin kitabın 38-ci
səhifəsində isə belə yazılır: "Şibidən belə rəvayət edilmişdir ki, Muaviyə bir
dəstə insanla Əmr ibn Asın ona tərəf gəldiyini gördü və gülməyə başladı. Bunu
görə Əmr ona belə dedi: "Ey möminlərin əmiri! Allah üzünü güldürsün və üzünü
işıqlandırsın. İndi güləcək nə var? Mən bir şey görə bilmirəm!”. Muaviyə dedi:
"Yadındadır? Mən Siffeyn döyüşündə iraqlılarla döyüşə çıxdıqda, Əli ibn Əbu
Talib sənə doğru hücuma keçdi. Sənə yaxınlaşanda özünü atdan atıb məhrəm yerlərini
açdığın günü xatırlayıram. Böyük bir Haşiminin qarşısında bunu etməyi necə
ağlına gətirdin? Çünki o istəsəydi, səni öldürərdi!”.
Əmr ibn As cavabında
belə dedi: "Ey Muaviyyə! Mənə gülməkdənsə özünə gülsən daha yaxşı olar! Əgər
Əlinin (ə) qarşısına mənim çıxdığım kimi sən çıxsaydın, and olsun Allaha bir zərbə
ilə uşaqlarını yetim qoyacaqdı. Sərvətin talan ediləcək və bütün gücün
alınacaqdı. Amma sən silahlı insanların arxasında gizlənmişdin.Əli səni döyüşmək üçün meydana çağıranda sənin
nə halda olduğunu heç cür yadımdan çıxara bilmirəm: Gözlərin qaralmışdı,
alnından tərlər axırdı. Ağzının və burnunun suyu bir-birinə qarışmışdı.
Altından da adını söyləməkdən xoşum gəlməyən şeylər çıxırdı!”. Muaviyə qəzəblənərək,
"Bəsdir! Bu qədərinə nə ehtiyac var idi?!...” dedi.
Əbül-Həsən ibn
Hüseyn Məsudi də onların bu söhbətini eynilə olduğu kimi qeyd etmişdir. Ancaq
onun rəvayətində Muaviyə ilə Əmr arasındakı söhbət belə başlayır ki, Əmr ibn As
dedi: "Əgər Misir və oranın valiliyi məsələsi
olmasaydı, özümü qurtarardım. Çünki Əli ibn Əbu Talibin haqq, özümünsə batil
olduğunu bilirəm” ("Tarixi ibni Əsir”, c.6 səh. 91).
Həmçinin: “Əgər mən düşmənlə qarşılaşanda — bu qarşılaşma mənim üçün qara gün olsa belə — şə-hid olmaq arzusunda olmasaydım, hazırlığımı görüb sizdən uzaqlaşar, sağa-sola baxmadan başımı götürüb gedərdim; siz tənə etməkdən, başqalarına irad tutmaq-dan başqa bir şey bilmirsiniz, özünüzü kənara çəkib yalan danışmaq, ara vurmaqla məşğulsunuz. Qəlbləriniz bir-birindən o qədər uzaqdır ki, sayınızın çoxluğunun heç bir faydası yoxdur”. (“Nəhc əl-bəlağə”, səh.176.)
O sonra demişdir: “Sizin nə elə etibarınız var ki, adam sizə etibar etsin, nə də elə hörmətə layiq-siniz ki, qeyrətiniz çəkilsin. Siz nə yaman ara qızış-dıransınız! Aman sizin əlinizdən! Sizə aşkar bir söz deyəndə də, sirr açanda da sizdən əziyyət gördüm. Siz nə adamın səsinə səs verən səmimi dost deyilsi-niz, nə də sirr açanda etibarlı qardaş!”. (“Nəhc əl-bəlağə”, səh.183)
Müaviyənin tərəfdar-larını tərifləyir və öz şiələrini pisləyir: “Mə-nim ruhum əlində olan Allah onlara ona görə qələbə verməyəcək ki, onlar sizdən haqlıdırlar, ona görə verəcək ki, onlar öz hökmdarlarının batil işini sürətləndirirlər, siz isə mənim haqq işimi yavaşı-dırsınız. Adətən, millətlər öz başçılarının zül-mündən qorxurlar. Mən isə öz rəiyyətimin zülmündən qorxuram. Sizi cihada səslədim, səsimə səs vermədi-niz; sizə söz demək istədim, eşitmədiniz. Sizi gizlin də, aşkar da dəvət etdim, dəvətimə cavab vermədiniz. Nəsihət etdim, qəbul etmədiniz. Varlığınızla yoxluğu-nuzun fərqi yoxdur. Qul ola-ola özünüzü ağa kimi apa-rırsınız! Mən sizə hökm oxuyuram, ondan uzaq qaçır-sınız. Bəlağətli moizə oxuyuram, hərə bir yana səpə-lənib dinləmir. Sizi zülmkarlara qarşı cihada səslə-yirəm, sözümü bitirməmiş görürəm ki, hərəniz bir tə-rəfə getmisiniz. Öz yerlərinizə qayıdanda bir-biri-nizə yalandan moizələr oxuyursunuz. Mən səhərlər si-zin qəddinizi düzəldib sizi yola salıram, axşam ya-nıma qozbel qayıdırsınız.
Ey bədənləri qalıb ağılları getmiş, fikirləri müxtəlif, hökmdarları onlardan bəlalar görmüş tay-fa! Sizin hökmdar Allaha itaət edir, siz ona asi olur-sunuz; Şam əhlinin hökmdarı Allaha asilik edir, on-lar ona itaət edirlər. Allaha and olsun ki, Müaviyə sizi onlarla dinarı dirhəmlə xırdalayan kimi dəyiş-məyə razı olsaydı, sizin onunuzu verib onlardan bi-rini alardım.
Ey Kufə əhli, mən sizdə bir üç şey görmüşəm, bir də iki şey: qulaqlarınız var — karsınız, diliniz var — lalsınız, gözləriniz var — korsunuz; üz-üzə gələn-də doğru danışmazsınız, dara düşəndə bir-birinizə qardaş köməyi göstərməzsiniz. Sizi görüm başınız batsın! Ey çobanları itmiş dəvə sürüsünə bənzəyən-lər! Bir tərəfdən bir yerə toplayanda o biri tərəfdən dağılışırsınız. Allaha and olsun ki, mən indi si-zinlə birlikdəyəm, ancaq təsəvvür edirəm ki, vuruş başlasa, döyüş qızışsa, siz Ibn Əbu Talibdən arala-nıb qabaqdan qıçlarını aralamış qadının qıçları kimi hərəniz bir yana gedərsiniz”. (“Nəhc əl-bəlağə”, səh.141,142)
“Ey kişiyə oxşa-yıb kişi olmayanlar! Uşaq xəyallı, qadın ağıllılar. Nə yaxşı olardı, mən sizi heç görməyəydim və tanıma-yaydım. Allaha and olsun ki, peşmançılıqdan, kədər-dən yaxa qurtara bilmirəm. Allah sizi öldürsün! Qəl-bimi irinlə doldurmusunuz, köksümü qeyzlə yükləmi-siniz. Mənə sinə dolusu töhməti qurtum-qurtum uddur-musunuz. Mənim rəyimi mənə qarşı üsyan etməklə və məni arada qoyub qaçmaqla zay etmisiniz. Iş o yerə gəlib çıxıb ki, Qüreyş əhli deyib: “Əbu Talibin oğlu şücaətli adamdır, lakin hərbdən xəbəri yoxdur.
Onları Allah vurmuşdu! Görəsən onların arasında hərbi işdə məndən qətiyyətli, məndən bacarıqlı bir nəfər varmı? Mən bu işə iyirmi yaşa çatmamış girişmişəm. Budur, indi altmışdan yuxarı yaşım var! Lakin itaət olunmayan adamın sözü keçməz”. (Nəhc əl-bəlağə”, səh.70,71, Beyrut çapı)
وبهذا الاسناد، عن محمد بن سليمان (4)، عن إبراهيم بن عبدالله الصوفي قال: حدثني موسى بن بكر الواسطي قال: قال لي أبوالحسن (ع) لو ميزت شيعتي لم أجدهم إلا واصفة(5) ولو امتحنتهم لما وجدتهم إلا مرتدين ولو تمحصتهم (6) لما خلص من الالف واحد ولو غربلتهم غربلة لم يبق منهم إلا ما كان لي إنهم طال ما اتكوا على الارائك، فقالوا: نحن شيعة علي، إنما شيعة علي من صدق قوله فعله
290-cı hədis Hədisin sənədinə baxmadan: Hədisin mətnində birinci qırmızı ilə işarələdiyim yerdə "Vasifətən" sözünü "Boş danışan" kimi tərcümə edilərək hədisin mə`nası təhrif olunub. "Vasifətən" dedikdə-özünü şiə kimi vəsf edənlər, özünün yalandan şiə olduğunu deyənlər nəzərdə tutulur.
Vəhhabilərin hədisin mətnindən ixtisar etdikləri İkinci qırmızı ilə işarə etdiyim yerdə isə deyilir: "Əlinin əsl şiələri sözü ilə əməli düz gələnlərdir."
Deməli yenədə söhbət şiələrdən İmam a.s.-ın ətrafinda olan vəhhabilər kimi qondarma şiələrdən gedir, yalandan özünü şiələrə nisbət verənlərdən gedir. Başqa şərhə ehtiyyac var?
İmam Həsən ibn Ali R.A. demişdir: “Vallahi, Müaviyə mənim üçün, bu özünü mənim şiələrim adlandıranlardan daha xeyirlidir”. (Abu Mansur ət-Təbərsi, əl-İhticac, səh. 290-291
Həsəndən rəvayət olunur ki, o deyib: «Mən öz şiələrimi başqaları ilə müqayisə edəndə onları ancaq boş danışan gördüm, onları imtahan etdim, yalnız mürtəd (dönük) gördüm» «Küleyni. "Kitab ər-rövzə", səh.107, Hindistan çapı»
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]