İmam
Sadiq (ə) Muəlla ibn Xənisə Novruz bayramında aşağıdakı əməlləri yerinə yetirməyi
öyrətmişdir.
Bayram günü: 1. Qüsl etmək; 2. Təmiz paltarlar
geyinmək; 3. Xoş iyli ətirlərdən istifadə etmək; 4. Oruc tutmaq; 5. Dörd rəkət
namaz qılmaq (bu namazın qılınma qaydası aşağıda qeyd olunub);
Novruz bayramının axşamında qılınan namaz
Bu namaz 2 rəkətdir. Hər rəkətində Həmddən sonra
«Ənam» surəsi deyilməlidir.
Novruz bayramı günündə qılınan namaz
Bu namaz 4 rəkətdir (2 dənə 2 rəkət). Onun 1-сi rəkətində Həmddən
sonra 10 dəfə «Qədr» surəsi, 2-сi rəkətində Həmddən sonra 10 dəfə
«Kafirun» surəsi, 3-cü rəkətində Həmddən sonra 10 dəfə «İxlas» surəsi, 4-сü rəkətində Həmddən
sonra 10 dəfə «Fələq» və «Nas» surələri deyilməlidir. Namaz bitdikdən sonra
şükr səсdəsini
yerinə yetirib, «Məfatihul-Сinan» kitabının 542-сi səhifəsindəki duanı
oxumaq lazımdır.
Novruz bayramı günündə qılınan başqa bir
namaz
Bu namaz 2 rəkətdir. Onun 1-сi rəkətində Həmddən sonra
30 dəfə «İxlas» surəsi, 2-сi rəkətində isə Həmddən sonra «Qədr»
surəsi deyilməlidir.
Novruz bayramının duası
بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ
یا مقلب القلوب والابصار. یا مد برالیل والنهار. یا محول الحول والاحوال . حول حا لناالی احسن الحال
Novruz bayramının duasının oxunuşu
Bismilləhir-rahmənir-rahim
Yə muqəllibəl-qulubi vəl-əbsar. Yə
mudəbbirəl-ləyli vən-nəhər, yə muhəvviləl-həvli vəl-əhvəl. Həvvil hələnə ilə
əhsənil-həl. /kovser/
|