Əssaləmu əleykum, Qonaq | Qrupunuz: "Qonaq" | RSS
İslamiyyət
Bömələr
Мини-чат
Baş səhifə » 2010 » Mart » 9 » Allahın nəzərində namaz vaxtlarının mənası və dəyəri
Allahın nəzərində namaz vaxtlarının mənası və dəyəri
14:43


Bir gün bir yəhudi Həzrət Peyğəmbərin (s) yanına gəlib, ona bəzi suallar verdi:

Allah nə üçün beş vaxt namazı vacib edib?

Peyğəmbər (s) buyurdu: "O zaman ki, günəş zəval xəttinə daxil olar, ərşdən aşağı hər yaranmış Allaha təsbih deyər, elə həmin saatda mənə və mənim ümmətimə namaz vacib olubdur. Bu həmin saatdir ki, qiyamət günü o saatda cəhənnəm əhli cəhənnəmə daxil olacaq. Hər kəs bu saatda səcdədə, rukuda, qiyamda olsa Allah o şəxsə cəhənnəmi haram edər. Buna görə quranda buyurur: "namaz qılın, günəş zaval xəttinə daxil olanda (gün günortaya çatanda)".

Əsr namazı o vaxt qılınır ki, Adəm həmin vaxtda qadağan olunmuş ağacın meyvəsindən yedi və cənnət onun üçün təng (dar) oldu. Allah ona görə Adəmə və onun nəslinə qiyamət gününə qədər əsr namazını qılmağı əmr edib. Allah üçün ən sevimli namaz əsr namazıdır.

          "Namazları hifz edin, xüsusən əsr namazını"

Şam namazı o saatdadır ki, Adəm həmin vaxtı tövbə edib və qayıdıb Allaha sarı. Adəmin qadağan edilmiş meyvəni yediyi ilə tövbəsinin arasındaki fasilə dünya zamanı ilə üç yüz il çəkdi.  Allah bu üç rükət şam namazını Adəmə və onun övladlarına vacib elədi: Bir rükət öz xətası üçün, bir rükət Həvvanın xətası üçün, bir rükət isə tövbəsi üçün. Bu namazın vaxtı o zamandır ki, həmin vaxtda dua qəbul olunar.

Allah vədə verib ki, hər kəs şam namazından sonra Allahdan bir şey istəsə onun istəyini rədd etməyəcəkdir. Həmçinin Quranda belə buyurur: "Allaha təsbih deyin, axşam vaxtdı və sübh namazı vaxtı".

Allah işa namazını mənə və mənim ümmətimə qəbrin və qiyamət gününün zülmətindən xilas olmaq üçün əmr edib. Hər kim işa namazını qılarsa Allah ona cəhənnəm odunu haram edər, qəbrini nurla doldurar,qiyamət günü Allah ona bir nur göndərər və bu nurla o, sirat körpüsündən asanlıqla keçər.

O ki, qaldı sübh namazına- gün çıxanda şeytanın buynuzunun arxasından görünür. Allah mənə əmr etdi ki, sübh namazını gün çıxmamışdan və kafirlər ona səcdə etməmişdən öncə, qılın. Sübh namazı bir namazdır ki, onu həm gecəni qoruyan və həm də gündüzü qoruyan mələklər yazır. /Əhli-beyt informasiya mərkəzi/

  [Məqalələr] | Oxunub: 1988 | Müəllif: Administrator |
Şərh sayı: 1
18.05.2013
1. Xedice_ [Material]
Allahin salami olsun Onu unutmayanlara. Yazdiqlariniz cox gozeldir Allah razi olsun.


Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
İstifadəçi girişi
Təqvim
«  Mart 2010  »
B.e.Ç.a.ÇC.a.C.Ş.B.
1234567
891011121314
15161718192021
22232425262728
293031
Axtarış
Dost saytlar
Sayğac

Online: 1
Qonaqlar: 1
İstifadeçiler: 0
Müstəqil İslam saytı © 2024
Təklif və iradlar üçün: islamiyyet@bk.ru

 Materiallardan istifadə edərkən istinad zəruridir!
Sayt 7 Rəcəb (22 iyul) 1428-ci ildən (2007) fəaliyyət göstərir.

Конструктор сайтов - uCoz