Şeyx Tusi (rə) özünün Təhzib və Misbah
adlı kitablarında rəvayət edir ki, İmam Həsən Əsgəri (ə) buyurur:
"Möminin əlaməti beş şeydir:
1- 51 rəkət namaz qılmaq (17 rəkət günün vacib namazları, 34
rəkət nafilə namazları).
2- Hər gecə və gündüz "Ərbəin” ziyarətini oxumaq
3- Sağ ələ üzük taxmaq
4- Səcdəyə gedərkən alnını torpağa qoymaq
5- "Bismillahir-rəhmanir-rəhim”i (namazda və qeyri-namazda
ucadan demək.
Ərbəin günü (İmam Hüseynin (ə) şəhadətinin 40-cı günü və
səfər ayının 20-ci günü) "Ərbəin” ziyarətini oxumaq məsum İmamlarımız (ə)
tərəfindən təkidlə sifariş olunmuşdur. Şeyx Tusi (rə) yuxarıda adı gedən kitablarda
"Səffan Cəmmal”dan rəvayət edir ki, o deyir:
"Ağam və mövlam İmam Sadiq (ə) mənə buyurdu ki, "Ərbəin”
ziyarətnaməsini "Ərbəin” günü gün qalxandan sonra (gün çıxıb ətrafı
işiqlandırdığı zaman) bu qayda ilə oxu:
" - Əssəlamu əla vəliyyillahi və həbibihi (Salam olsun
Allahın vəlisi və dostuna)
- Əssəlamu əla xəlilillahi və nəcibihi (Salam olsun Allahın
dotu və bəyəndiyinə) Əssəlamu əla səfiyyillah vəbnə səfiyyihi
(Salam olsun Allahın imamətə seçdiyi və imamətə seçdiyinin
oğluna)
- Əssəlamu ələl Huseynil məzlumiş-şəhid (Salam olsun məzlum
və şəhid Hüseynə -ə-)
- Əssəlamu əla əsiril kurubat (qəmlər və qüssələr əsiri)
- və qətilil əbərat (göz yaşlarının öldürdüyü)
- Əllahummə inni əşhədu ənnəhu vəliyyukə vəbnu vəliyyik və
səfiyyukə vəbnu səfiyyik, əl - faizu bikəramətikə, (ey mənim Allahım mən
şəhadət verirəm ki, həqiqətən o sənin vəliyyin və vəliyyinin oğludur və o sənin
imamətə seçdiyin və imamətə seçdiyinin oğludur, o sənin kərəminə nail
olmuşdur).
- əkrəmtəhu biş - şəhadəti (onu şəhidliklə əziz tutdun)
- və həbəvtəhu bis - səadəti (və onu məxsus xoşbəxtliyə qovuşdurdun)
- vəctəbəytəhu bitiybil viladəti (onun nəslini pak qərar
verdin)
- və cəəltəhu səyyidən minəs-sadati (onu aləmlərin ağası
qərar verdin)
- və qaidən minəl qadati (onu dünyanın ilahi rəhbərlərindən
biri etdin)
- və zaidən minəz-zadati (onu İslamın müdafiəçisi etdin)
- və ə`təytəhu məvarisəl ənbiya (bütün peyğəmbərlərin irsini
onda qərar verdin),
- və cəəltəhu huccətən əla xəlqikə minəl əvsiyai (onu
peyğmbərin canişini və insanlara höccət qərar verdin),
- fə`zərə fidduai (o höccəti ümmətə tamam edib, hər bəhanəni
onların əlindən aldı)
- və mənəhən-nüshə (ümməti mehribanlıq və məhbbətlə nəsihət
etdi)
- və bəzələ muhcətəhu fikə liyəstənqizə ibadəkə minəl
cəhaləti və həyrətiz-zəlaləti
- (sənin bəndələrini həsrət, heyrət, azğınlıq və cəhalətdən
qurtamaq üçün, öz pak qanını sənin yolunda torpağa tökdü)
- və qəd təvazərə ələyhi mən ğərrəthud-dunya (dünyaya məğrur
olanlar ona zülm etdilər)
- və baə həzzəhu bi ərzəlil ədna və şəra axirətəhu
bis-səmənil əvkəs (axirətlərini alçaq dünyaya və onun dəyərsiz nemətlərinə
satdılar)
- və təğətrəsə və tərədda fi həvahu (nəfsin istəklərinə tabe
olub həlak oldular)
- və əsxətəkə və ədxətə nəbiyyəkə (səni və peyğəmbərini (s)
qəzəbləndirdilər)
- və ətaə min ibadikə əhləş-şiqaq vən-nifaq (sənin
dümənlərindən olan münafiq və bədbəxtlərdən itaət etdilər)
- və həmələtəl əvzaril mustəvcibinə lin-nar (bir halda ki,
onlar ağır günah daşıyıcıları və cəhənnəm oduna layiq olanlar idilər)
- fəcahədəhum fikə sabirən muhtəsibən hətta sufikə fi
taətikə dəmuhu vəstubihə hərimuhu (elə isə bu əziz imam (ə) sənin yolunda o
zalimlərlə cihad etdi və kamil ixlasla səbr edib, dözdü və çoxlu çətinliklər və
əziyyət çəkdi, sonda isə sənin yolunda pak qanı torpağa töküldü və ailəsinin
hörmtəi sındırıldı).
- Əllahummə fəl`ənhum lə`nən vəbilən və əzibbhum əzabən
əlimən (İlahi o zülmkar tayfaya şiddətli lənət et və çətin və dərdli əzablarla cəzalandır).
- Əssəlamu ələykə yəbnə rəsulullah (salam olsun sənə ey
Rəsulullahın oğlu)
- Əssəlamu ələykə yəbnə səyyidil əvsiya (salam olsun sənə ey
övsiyanın ağasının oğlu)
- Əşhədu ənnəkə əminullahi vəbnu əminihi (Şəhadət verirəm
ki, sən ilahi vəhyin əmanətdarı və həqq əmanətdarının oğlusan)
- İştə səidən və məzəytə həmidən və muttə fəqidən məzlumən
şəhida (dünyada xoşbəxt yaşadın, Haqqa səna etdiyin halda dünyanı dəyişdin, məzlum
şəhid edildin).
- Və əşhədu ənnəllahə muncizun ma vəədkə və muhlikun mən
xəzələkə və muəzzibun mən qətələkə (və şəhadət verirəm ki, Allah – taala sənə verdiyi
vədəyə vəfa edəcəkdir və sənə zülm edənləri həlak edəcək və səni öldürənləri
əzablandıracaqdır).
- Və əşhədu ənnəkə vəfəytə biəhdillahi və cahətdə fi
səbilihi, hətta ətakəl yəqin (və şəhadət verirəm ki, sən Allah – taala ilə bağladığın
əhdə vəfa etdin və ölüm səni dərk edincəyə qədər Allah yolunda cihad etdin).
- Fələənəllahu mən qətələkə və ləənəllahu mən zələməkə və
ləənəllahu ummətən səmiət bizalikə fərəziyət bihi (Allah lənət etsin səni öldürənlərə,
Allah lənət etsin sənə zülm edənlərə və Allah lənət etsin o kəslərə ki, bunu
eşitdilər və buna razı oldular).
- Əllahummə inni əşhidukə ənni vəliyyun limən valahu və
əduvvun limən adahu (İlahi mən səni şahid tuturam ki, həqiqətən də mən onu
(Hüseyni -ə-) sevənləri sevir və onun düşmənləri ilə düşmənəm).
- Biəbi əntə və ummi yəbnə rəsulillah (Atam və anam sənə
qurban ey Rəsulullahın oğlu -ə-).
- Əşhədu ənnəkə kuntə nurən fil əslabiş - şamixə vəl ərhamil
mutəhhərə (şəhadət verirəm ki, sən aliməqam ataların sülbündə və pak zatlı anaların
rəhmlərində (qarınlarında) bir nur idin).
- Ləm tunəccisukəl cahiliyyətu bi əncasiha və ləm tulbiskəl
mudhəlimmatu min siyabiha (cahiliyyət pislikləri səni aludə edə bilmədilər və cahiliyyətin
qaranlıları səni bürüyə və öz libası ilə örtə bilmədi).
- Və əşhədu ənnəkə min dəaimid – din və ərkanil muslimin və
mə`qəlil mominin (və şəhadət verirəm ki, sən həqiqətən dinin sütunularından
biri və müsəlmanların dininin kökü və iman əhlinin sığınacaq və pənah yeri və
onların mühafizisən).
- Və əşhədu ənnəkəl imamul bərrut – təqiyyur rəziyyuz
zəkiyyul hadiyul məhdiyyu (və şəhadət verirəm ki, həqiqətən sən yaxşı, saleh
əməlli, təqvalı, bəyəniımiş, özü və zatı pak, xalqı hidayət edən və özü haqqa hidayət
olmuş imam və rəhbərsən).
- Və əşhədu ənnəl əimmətə min vuldikə kəlimətut təqva və
ə`lamul huda vəl urvətul vusqa vəl huccətu əla əhlid dünya ( və şəhadət verirəm
ki, ümmətin imamlarından doqquz nəfəri ki, sənin övladlarından və nəslindəndirlər,
onların hamısı təqva ruhu, haqq yolunun bələdçiləri və məxluqatı yaradana
bağlıyan və onların Allaha olan imanının qırılmaz ipi və dünya əhlinin hamsına
Allahın höccətidirlər).
- Və əşhədu ənni bikum momin və bi iyabikum muqin, bi
şərai`i dini və xəvatimi əməli (və şəhadət verirəm ki, həqiqətən də mən sizin
imamlığ və həqqaniyyətinizə inanır və sizin rəc`ətinizə (axirəz-zamanda qaydışınıza)
yəqinim var, dinimə başlayarkən və işlərimin axırında (sizin davamçınızam və
sizə inanıram).
- Və qəlbi liqəlbikum silmun və əmri liəmrikum muttəbiun və
nusrəti ləkum muəddətun hətta yə`zənəllahu ləkum (qəlbim və ruhum sizin pak
qəlb və ruhunuza təslimdir və bütün işlərimdə sizin əmrinizin icraçısı və sizin
davamçınızam və Allahın ızni verdiyi zaman öz köməyimlə sizin köməyinizə
hazıram).
- Fə məəkum məəkum la məə əduvvukum (Əlbəttə mən sizinləyəm
sizinləyəm, düşmənlərinizlə deyiləm).
- Sələvatullahi ələykum və əla ərvahikum və əcsadikum
(Allahın salavatı və salamı olsun sizin pak ruhunuza və cisminizə).
- Və şahidikum və ğaibikum və zahirikum və batinikum, amin
rəbbəl aləmin! (və Allahın salamı sizə olsun, hazırınıza və ğaibinizə və
zahirinizə və batinizə, amin ya rəbbil aələmin).
- Ziyarətnaməni oxuduqdan sonra iki rəkət hacət namazı
qılırsan və istədiklərini ilahidən diləyirsən, (İnşaəllah ki, Allah – taala bu duanın
və İmam Hüseynin (ə) hörmətinə hacətlərini rəva edəcəkdir). - Mömin və müsəlmanları dua etməyi unutmayın!