Əssaləmu əleykum, Qonaq | Qrupunuz: "Qonaq" | RSS
İslamiyyət
Bömələr
Мини-чат
Baş səhifə » 2009 » Noyabr » 9 » Əli (ə) məzarına məhəbbət, Hüseyn (ə) məzarına nifrət?!
Əli (ə) məzarına məhəbbət, Hüseyn (ə) məzarına nifrət?!
00:27


5-ci Abbasi xəlifəsi Harun ər-Rəşid Əhli-beytə (ə) ziddiyətli münasibəti ilə tarixdə məşhurdur. Belə ki, o seyyidlərə divan tutmaqla məşğul olardı. Lakin bəzi mənbələrdə o hətta şiə yönümlü kimi göstərilir. Onun tarixə keçən əməllərindən biri də İmam Əlinin (ə) məzarının ziyarətgaha çevirməsidir. Məlum olduğu kimi onun xilafət illərinə qədər İmam Əli ibn Əbu Talibin (ə) məzarı ziyarətçilərə məlum deyildi. Harunun hakimiyyəti illərində möcüzə nəticəsində İmamın (ə) məzarı aşkara çıxdı. Hadisə belə olmuşdu: Bir gün Harun Kufə ətrafında ova çıxır. Ov itləri və şahinlər bir neçə ceyranın arxasınca düşüb qovmağa başlayırlar. Ceyranlar bir təpənin üstünə pənah gətirir. İtlər təpənin ətəyinə çatanda hansısa möcüzəvi qüvvənin təsiri ilə yerlərində dayanırlar. Hətta şahinlər də təpənin üstündə uça bilməyib enir. Ceyranlar təpədən enən kimi ov itləri onları təqib etməyə başlayır. Ceyranlar yenə təpəyə pənah gətirib xilas olurlar. Xəlifə Harun çox təəccüblənir, bu təpədə hansı sirr gizləndiyini yerli əhalidən soruşmaq qərarına gəlir. Onun əmri ilə Bəni-Əsəd qəbiləsindən bir qocanı tutub gətirirlər. Harun təpənin sirrini soruşanda, qoca aman istəyib deyir: "Ata babamdan eşitmişəm ki, bu təpənin altında əmir-əl möminin Əli ibn Əbu Talib (ə) dəfn olunub (digər rəvayətdə qoca bunu atasından, o da İmam Cəfərdən (ə) rəvayət edir). Ona görə də Allah buranı əmin-amanlıq yeri qərar verib”.

Harun bunu eşidəndə dəstəmaz alıb həmin yerdə namaz qılır, çoxlu dua edir. Deyilənlərə görə sonra Xəlifənin bura yola düşəndə İmamın (ə) məzarını ziyarət edər, özünü torpağa sürtüb ağlayarmış. Şeyx Müfidin "İrşad” kitabında qeyd olunur ki, Harun həcc səfərindən qayıdarkən İmam Əlinin (ə) qəbrini ziyarət edib, məzarə xitabən belə demişdir: "Ey əmioğlu, Allaha and olsun ki, mən sənin fəzilətlərini və İslamın yayılması uğrunda xidmətlərini yaxşı bilirəm. Bu gün hakimiyyət taxtında oturmağım da sənin bərəkətindəndir. Sən dediyim kimi olmusan. Amma övladların məni incidirlər və əleyhimə qiyam qaldırırlar (!)” ("İrşad”, bab 1, fəsil 6, hədis 4).

Harun həmin yerdə məqbərə tikilməsinə əmr verir. Beləliklə, İmam Əlinin (ə) qəbri üstündə ilk məqbərə Harun ər-Rəşidin göstərişi 175-ci ildə ilə tikilir.

Maraqlı cəhət ondadır ki, Harun İmam Əlinin (ə) məzarına bu cür ehtiram göstərdiyi halda İmam Hüseynin (ə) mübarək qəbrini uçurmağa fərman vermişdir. Əmrə əsasən şəhidlər sərvərinin (ə) məzarı üstündəki kölgəlik, habelə, ətrafda ziyarətçilərin qalması üçün tikilən evlər dağıdıldı. Xəlifənin əlaltıları müqəddəs qəbrin yerini bildirmək üçün əkilmiş sidr ağacını kəsib bütün ərazini şumladılar. Harun bununla İmam Hüseyn (ə) xatirəsinin yaddaşlardan silmək istəyirdi. Çünki Həzrət Əli (ə) tərəfdarları hər an Hüseyn məktəbindən dərs alıb zalım Abbasi altını üstünə çevirə bilərdilər.

                              Natiq Rəhimov "İslam tarixi”, 3-cü cild).

  [Təhlil] | Oxunub: 1274 | Müəllif: Administrator |
Şərh sayı: 1
10.12.2009
1. yağmur [Material]
angry

Harun Ər-Rəşid çox zalım olub seyyidlərə qarşı. Allah ona lənət etsin.

http://tesettur.azeriblog.com



Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
İstifadəçi girişi
Təqvim
«  Noyabr 2009  »
B.e.Ç.a.ÇC.a.C.Ş.B.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30
Axtarış
Dost saytlar
Sayğac

Online: 1
Qonaqlar: 1
İstifadeçiler: 0
Müstəqil İslam saytı © 2024
Təklif və iradlar üçün: islamiyyet@bk.ru

 Materiallardan istifadə edərkən istinad zəruridir!
Sayt 7 Rəcəb (22 iyul) 1428-ci ildən (2007) fəaliyyət göstərir.

Конструктор сайтов - uCoz