Oruc insanın Allah-Təalanın əmrini yerinə yetirməsi üçün sübh azanından şam azanına qədər orucu batil edən 9 şeydən özünü çəkindirməsidir və bunlar aşağıdakılardır:
1. Yemək-içmək;
2. Cima (cinsi əlaqə);
3. İstimna (anonizm, bu iş hər bir halda haramdır);
4. Allaha, Peyğəmbərə (s) və Peyğəmbərin canişinləri olan 12 İmama (ə) yalandan istinad etmək (yəni, onların adından yalandan hədis danışmaq və s.);
5. Qatı tozun (un, qum və s.tozların) boğaza girməsi;
6. Başı tamamı ilə suya salmaq (hamamda duş altında çimmək bu məsələyə aid deyil);
7. Əgər boynunda cənabət, heyz, nifas və s. qüsullar varsa sübh azanınadək qüsulu təxirə salmaq.
8. Maye ilə imalə etmək;
9. Qusmaq. (ixtiyari özünü qusmağa məcbur etmək)
ORUC TUTANA MƏSLƏHƏT BİLİNMƏYƏN ŞEYLƏR
1.Gözə dərman tökmək və sürmə çəkmək, o şərtlə ki, onun dadı və iyi boğaza çatsın ;
2.Qan almaq və hamama getmək kimi insanın zəifləməsinə səbəb olan işlər;
3.Burun otu çəkmək;
4.Ətirli bitkilər iyləmək;
5.Qadının suda oturması;
6.Fitil işlətmək (qadınlara aiddir);
7.Bədəndə olan paltarı islatmaq;
8.Diş çəkmək;
9.Yaş çöplə dişləri təmizləmək;
10.Ehtiyac olmadan ağıza su ilə yaxalamaq;
Həmçinin həyat yoldaşını öpmək, yaxud cinsi ehtirası təhrik edən hər hansı bir iş görmək də bəyənilmir.
kerrar@mail.ru