Dön gəl geri, ey yar, bu gözlər səni gözlər.
Yollarda qoyub getdiyin izlər səni gözlər.
*** Sən getmisən, əfsus, qalan bircə qəmindir, Sənsiz bu qəmi könlüm əzizlər, səni gözlər.
*** “Sevdim ” sözünü kimsəyə sənsiz deyə bilməz,
Qəlbim bu təmiz sevgini gizlər, səni gözlər. *** Gözlər yolunu həsrət ilə aşiq olanlar,
Tək biz deyilik, bizlər kimi yüzlər səni gözlər.
*** Gəl, çat bizim imdadımıza, ey son ümidmiz,
Ey kani-səfa, dərdli mərizlər səni gözlər.
*** Səndən utanıb gizlənəcək əyri gəzənlər,
Amma nə qədər var isə düzlər, səni gözlər.
*** Məsum mələyim, gəl yenə sən Narini dindir, Şirin-məzəli , sevgili sözlər səni gözlər.
Cəsur Nari
|