İslamın zinəti hüsnü həyası, Müsəlman qadının gözüdür hicab. Bizə yadigardır ali Əbadan
Xanım Fatimənin özüdür hicab.
Nadanlar bilməzlər qədrini niyə,
Tənələr edərlər köhnədir deyə. Cahil vaqif olmaz bu gözəlliyə
Çünki insanlığın özüdür hicab.
Gizlədir gülüşü həm də qəzəbi, Yəni ki, saxlayır daim ədəbi Qeyb aləmindədir onun məktəbi
İslamın silinməz izidir hicab.
Onunla bilinir məhrəm, naməhrəm
Əxlaqı qazandı övladi adəm. Kafirlər duymasın bu zövqü nədən
Bəyandır ALLAHIN sözüdür hicab.
|