Şeyx Səduq Həzrət Peyğəmbərdən (s) nəql
edir: “Məcusilər (atəşpərəstlər)
saqqalarını kəsib bığlarını uzadırlar; Amma biz (müsəlmanlar) bığımızı
qısaldıb, saqqalımızı uzadırıq” (“əl-Fəqih”, cild 1, səh 76).
Rəvayət edilir ki, İran padşahının göndərdiyi
iki şəxs Həzrət Peyğəmbərin (s) yanına gəldikdə saqqaları kəsilmişdi və uzun,
buruq bığları var idi. Allahın elçisi (s) onlara buyurdu: “Vay olsun sizə! Kim sizə belə etmənizi əmr etmişdir?!”. Cavab verdilər
ki, “Bunu bizə Rəbbimiz olan Kisraəmr
etmişdir”. Peyğəmbər (s) cavabında buyurdu: “Amma mənim Rəbbim mənə bığımı
qısaltmağı və saqqalımı uzatmağı əmr edib!” (“Müstədrəkül-vəsail”, cild 1, səh.
59).
İmam Əli (ə) Həzrət Peyğəmbərdən (s) rəvayət edir: “Saqqalı kəsmək özünü doğramaq kimidir.
Özünü doğruyan (əziyyət verən) kəs Allahın rəhmətin uzaq olsun!” (“əş-Əsiyəyt”,
səh 158).
İmam Əli (ə) buyurur: “Cündi Bəni Mərvan keçmiş ümmətlərdən saqqalını qırxan və bığlarını
uzadıb buran cəmiyyətlərdi. Onların bu hərəkətləri heyvan şəklinə çevrilmələrinə
səbəb oldu” (“Üsuli Kafi”, cild 1, səh 366).
İmam Sadiq (ə) buyurur: “Bığı qısaldıb saqqal buraxmaq Həzrət İbrahimin (ə) sünnətlərindəndir. Allah-Təala
Qurani-Məciddə onun sünnərinə əməl etməyi əmr etmişdir”(“Məcməül-bəyan”, cild 1, səh 200).
Əli ibni Cəfər deyir: Qardaşımdan
(həzrət imam Musa Kazim (ə)) saqqalın qısaldılması haqda soruşduqda buyurdu: “Yanaqlardan saqqalın qısaldılmasının heç
bir nöqsanı yoxdur. Lakin qarşıdan qısaldılmamalıdır” (“Biharul-ənvar”, cild
76, bab 13).
Şeyx Bəhai “Etiqad risaləsi”ndə qeyd edir: “Saqqalı qırxmağın qumar və s. günahlar
kimi haram olması şiə üləmasının qəti fətvalarındandır”.
Qeyd etmək lazımdır ki, saqqalın qısaldılıb və ya
uzadılmasının da müəyyən həddi vardır. İmam Sadiq (ə) bu haqda buyurur:
“Saqqalınızı əlinizə alın, ovucunuzdan çıxanını qısaldın” (“Biharul-ənvar”,
cild 76, bab 13).
Başqa bir hədisdə buyurulur: “Saqqalın əlin içindən çıxanı cəhənnəm
odunda olar (Yəni, saqqal əlin içindən çıxacaq qədər böyük olmamalıdır” (bab
14).
Müasir müctehidlərdən Ayətullah Xameneyinin
istiftaatından bir neçə sualı təqdim edirik:
Cavab: Saqqalı qırxmaq еhtiyata görə haramdır və əhvət nəzər
budur ki, bеlə şəxsə fisqin hökmləri və əsərləri də şamil olur.
Sual: 327. Öz işinin tələbinə uyğun olaraq saqqalını ülgüclə,
yaxud saqqalqırxan maşınla qırxan incəsənət xadiminin hökmü nədir?
Cavab: Əgər ona “saqqalın qırxılması” aid еdilərsə, еhtiyata
görə haramdır, lakin əgər onun incəsənət işi islam cəmiyyətinin zəruri
еhtiyaclarından olarsa, həmin zərurət miqdarında saqqalı qırxmağın еybi yoxdur.
Sual: 333: Yanaqda olan tükləri istər sapla, istərsə də maşınla
qırxmaq haramdırmı?
Cavab:
Yanaqda olan tükləri qırxmaq maşınla
olsa bеlə, haram dеyil.