Əssaləmu əleykum, Qonaq | Qrupunuz: "Qonaq" | RSS
İslamiyyət
Bömələr
Мини-чат
Baş səhifə » 2009 » Mart » 18 » Ölümü unutmayaq!
Ölümü unutmayaq!
20:39

Gəlin ibrət alaq bu mənzərədən,

Qaranlıq məzara bir insan köçür.

Baxıb “dünya” adlı bu pəncərədən,

Növbəti mənzilə, verib can, köçür.

İlahi bir ömür verdi ki, yaşa,

Çalış addım atma şeytanla qoşa,

İnsan gərək ölüm körpüsün aşa,

Baxmaz qoca köçür, ya cavan köçür.

Gəlin ibrət alaq bu mənzərədən,

Qaranlıq məzara bir insan köçür.

Uzaq olun nəfsin tamahlarından,

İnsan bixəbərdir sabahlarından,

Kimisi əzabdan günahlarından,

Kimisi dünyadan nigaran köçür.

Gəlin ibrət alaq bu mənzərədən,

Qaranlıq məzara bir insan köçür.

Durmayın uzaqda dayanın yaxın,

İnsana ibrətdir, diqqətlə baxın,

Dəyişməz hökmüdür, uca Allahın,

Ömür bir gün bitir, karivan köçür.

Gəlin ibrət alaq bu mənzərədən,

Qaranlıq məzara bir insan köçür.

Ömründə neçə qış, neçə yaz olub?

Əməl dəftərində hamısı yazılıb.

Budur vaxtın çatıb, qəbrin qazılıb,

Bir zaman doğulan, bir zaman köçür.

Gəlin ibrət alaq bu mənzərədən,

Qaranlıq məzara bir insan köçür.

Ey insan bir oyan, qəflətdə yatma,

Günahlar içində boğulub batma,

Gözəl axirəti dünyaya satma,

Ömür qənimətdir, hər bir an, köçür.

Gəlin ibrət alaq bu mənzərədən,

Qaranlıq məzara bir insan köçür.

Var-dövlər fanidir bağlanma ona,

Bir zaman ömrünüz çatacaq sona,

Dünya imtahandır, inanın buna

Hərə bir cür verir imtahan köçür.

Gəlin ibrət alaq bu mənzərədən,

Qaranlıq məzara bir insan köçür.

Bu gün bu haləti görürsə gözün,

Bir gün bu halətə düşərsən özün.

Allahın iznilə nəql etdi Həzin,

Əcəli yetişən nagəhan köçür.

Gəlin ibrət alaq bu mənzərədən,

Qaranlıq məzara bir insan köçür.

Baxıb “dünya” adlı bu pəncərədən,

Növbəti mənzilə, verib can, köçür.

                         Əbdül Rəuf HƏZİN 

                     nuradogru.azeriblog.com

  [Dini şeirlər] | Oxunub: 2675 | Müəllif: Pünhan |
Şərh sayı: 3
01.09.2013
3. teymurlu zamin [Material]
salam

14.11.2010
2. emil [Material]
deyerinden artiq deyerli

19.03.2009
1. Xedice (Myangel_1993) [Material]
Tesekkur edirem.


Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
İstifadəçi girişi
Təqvim
«  Mart 2009  »
B.e.Ç.a.ÇC.a.C.Ş.B.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Axtarış
Dost saytlar
Sayğac

Online: 1
Qonaqlar: 1
İstifadeçiler: 0
Müstəqil İslam saytı © 2024
Təklif və iradlar üçün: islamiyyet@bk.ru

 Materiallardan istifadə edərkən istinad zəruridir!
Sayt 7 Rəcəb (22 iyul) 1428-ci ildən (2007) fəaliyyət göstərir.

Конструктор сайтов - uCoz