Əssaləmu əleykum, Qonaq | Qrupunuz: "Qonaq" | RSS
İslamiyyət
Bömələr
Мини-чат
Baş səhifə » 2009 » Mart » 12 » Ya Rəsulullah!
Ya Rəsulullah!
16:50
  Rəsulumuz Həzrət Məhəmmədə (s) həsr etdiyim gözəl və müraciətdolu sözlər. İstədim sizinlə də bölüşüm...

Salam olsun sənə ey nəbi! Allahın rəhmət və bərəkəti sənə olsun! Bu sözlər ümmətinin hər namazda sənə ünvanladığı sözlərdir, ya rəsulullah! Bəs sən necə ümmətinin bu salamını alırmısan, onlara qarşılıq verirmisən ya rəsulullah? Yoxsa onları özündən bilmir, şəfaətə layiq görmürsən, ya rəsulullah?

Bəlkə axirət günü bizim üzümüzə baxmayıb, bizimlə danışmayacaqsan ya rəsulullah? Kövsərin yanında bizə “Əmanətlərimlə, Quran və Əhli-beytlə necə davrandınız ?” deyə soracaqmısan, ya rəsulullah? Evimizdə oxunmamaqdan toz tutan Quran dil açıb şikayətlənəndə, bizə nə deyəcəksən ya rəsulullah?

Bəs Əhli-beyt barəsində nə soracaqsan, ya rəsulullah? “Fatiməmi niyə üzdünüz, Həsənimə, Hüseynimə niyə zülm etdiniz?” deyə bizə sual dolu baxşılarınla baxacaqmısan, ya rəsulullah?

Namazlarımız barədə soracaqmısan, ya rəsulullah? Bəs nafilə namazları? Gecə namazından heç danışacaqmısan, ya rəsulullah? Televizorakı musiqi yarışmasına fikrimiz getdiyi üçün namazlarımızın qəzaya getdiyini öyrənəndə bizi danlayacaqmısan, ya rəsulullah?

Məzhəblərə, firqələrə bölündüyümüzü biləndə bizə nə deyəcəksən, ya rəsulullah? “Mən sizə bütöv bir din gətirdim, sizə Allahın ipindən yapışıb vahid bir ümmət olun demədimmi?”  deyə soracaqmısan, ya rəsulullah? “Mənim dinimi nə hala salmısınız ey əhli müslim” deyə hayqıracaqmısan, ya rəsulullah? Bəs bir-birimizə “Kafir”, “Müşrik”, “Münafiq” kimi iyrənc adlar verdiyimizi eşidəndə nə deyəcəksən, ya rəsulullah?

Cihad barəsində nə deyəcəksən ya rəsulullah? Hər gün İraqda, Əfqanıstanda onlarla müsəlman qardaşımız qətlə yetirildiyi halda bizim kənara çəkildiyimizi biləndə nə edəcəksən, ya rəsulullah?

Yetimləri tək buraxdığımızı bildikdə nə deyəcəksən, ya rəsulullah? Uşaq evlərinə baş çəkməyi ağlımıza belə gətirmədiyimizi öyrənəndə bizə necə baxacaqsan, ya rəsulullah? “Axı sizə müttəqiliyin gündə 5 dəfə üzünü qibləyə çevirməkdən ibarət olmadığını söyləmişdim” deyə buyuracaqmısan, ya rəsulullah?

Küçədə aclıqdan huşunu itirən yoxsula, “Nə işimizə qalıb, yəqin ki, sərxoşluqdan yıxılıb” deyərək laqeyd yanaşdığımızı öyrənəndə nə buyuracaqsan, ya rəsulullah?

Rüşvəti “Çörək pulu” adıyla halal qılan ümmətinə nə söyləyəcəksən, ya rəsulullah? Bəs donuz qarışıqlı kolbasaları yedikdən sonra “Allaha şükür” deyən ümmətinə necə baxacaqsan, ya rəsulullah? “Mən sizə boğazınızdan haram loxma keçirməyin demədimmi?!” deyə soracaqmısan, ya rəsulullah?

“Hər cümə xütbələrə qulaq asdığınız, namaz qıldığınız məscidə nə köməklik göstərmisiniz?” deyə sorduğunda nə deyəcəkəyik, ya rəsulullah?

Qiyamət günü sənin yanına necə gələcəyik, ya rəsulullah? Üzünə necə baxacağıq? Sənə hesab vermək bu qədər çətinkən, Allaha necə hesab verəcəyik, ya rəsulullah? Bizi bağışlayacaqmısan, yoxsa “Mən sizi tanımıram, siz məndən deyilsiniz!” deyəcəkmisən, ya rəsulullah? Günahkar ümmətinə üz çevirib, onları göz yaşları içindəmi buraxacaqsan, ya rəsulullah? Allah bizi qiyamət günü rəsulullah (s) tərəfindən rədd edilməkdən qorusun!

  [Dini şeirlər] | Oxunub: 2458 | Müəllif: Administrator |
Şərh sayı: 1
14.04.2010
1. dine_imana_gel [Material]
Ya Rəbb nə müsübətdi!

Yа Rәbb nә müsübәtdi, bilmәm nә qiyаmәtdir
Аdlаrı müsәlmаndı, Pеyğәmbәrә ümmәtdir
Su Vеrmәdi Imаmә, bir gәlmәdi imаnә
Inаnmаdi Qur`аnә, bir gәlmәdi imаnә
Yа Rәbb nә müsübәtdir ,bilmәm nә qiyаmәtdir.

Su yоllаrını кәsdi, Әbbаsi Әlәmdаrın
Охlаrа nişаn еtdi, sаldi yеrә qоllаrın
Оl mәşqә dәyib кеçdi, һәm bаnu pәri düşdi
Аtdаn yеrә о düşdi, yа Rәbb nә müsübәtdir
Bilmәm nә qiyаmәtdir.

Düşdü quri yеrә, üstә Әbbаsi dili хәstә
Söylәdi Һüsеn qаrdаş, gәl indi bаşım üstә
Ох dәydi sinәm bаtdi, yа Rәbb nә müsübәtdir
Bilmәm nә qiyаmәtdir.

Şаһi şüһәdа gәldi, Әbbаsi bаşı üstә
Аldi bаşını qоydi, mәzlumi dizi üstә
Әrz еtdi Vәfаdаrim аç gözlәrüvi bir bах
Sәqqаyi Әlәmdаrim, yаtmа bu nә qеyrәtdir
Һәm vахti şәһаdәtdir, yа Rәbb nә müsübәtdir
Bilmәm nә qiyаmәtdir.

Әzm еylәdi mеydаnә оl Şiri Хudа оğlı
Mеydаnә nәzәr sаldı min dәrdә düÇаr оldu
Bir yаndа ӘbәlFәzli tоy işrәti хаr оldu
Bir yаndа Әli Әкbәr nакаmi cаVаn öldü
Bir yаndа Әli Әsğәr gül rәngi хәzаn оldu
Bir bахdi NәcәF çölünә, söylәr nә әdаvәtdir
Yа Rәbb nә müsübәtdir, bilmәm nә qiyаmәtdir.

Һöкm еtdi zinаzаdә оl Şümri sitәmкаrә
Bir әldә tutun qәmÇi bir әldә tutun хәncәr
Аtәşlә Vurun yаnsın һәm хеymеyi Pеyğәmbәr
Оdlаrа gәrәк yаnsın pәrVаnә tәкi һеydәr
Zеynәb qоli bаğlаnsın yаnsın cigәri һеydәr
Müşgüldә qаlıb Zеynәb yа Rәbb nә müsübәtdir
Bilmәm nә qiyаmәtdir.

Gülşәndә gülüstаndа sоldu güli хаr оldu
Gülzаri imаmәtdә bülbül nеcә хаr оldu
Göydәn yеrә qаn yаğdı sәһrа dоlu qаn оldu
Zеynәb ciyәri yаndı һәm bаğrı каbаb оldu
Sәкinә yеtim qаldı хеymәsi tаlаn оldu
Оd tutdi sinәm yаndı yа Rәbb nә müsübәtdir
Bilmәm nә qiyаmәtdir.

Sәn аğlа Qulаm dаyim Һüsеynә әzаdаr оl
Şаir qәmi möһnәtdәn bir sәn dә хәbәrdаr оl
Mеydаnә düşәn tеşnә Әbbаsi Fәdакаr оl
Әbbаsi şәһid öldü, iÇmәdi su bir qәtrә
Mәzlumi Һüsеyn sәrVәr tеşnә yеtişib qәtlә
Mәһşәrdә әnаm istә Әbbаsi Fәdакаr оl
Bu nöһәni әzm еylә оl qәbrinә zuVаr оl
Yа Rәbb nә müsübәtdi, bilmәm nә qiyаmәtdi.

www.meherrem.com



Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
İstifadəçi girişi
Təqvim
«  Mart 2009  »
B.e.Ç.a.ÇC.a.C.Ş.B.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Axtarış
Dost saytlar
Sayğac

Online: 1
Qonaqlar: 1
İstifadeçiler: 0
Müstəqil İslam saytı © 2024
Təklif və iradlar üçün: islamiyyet@bk.ru

 Materiallardan istifadə edərkən istinad zəruridir!
Sayt 7 Rəcəb (22 iyul) 1428-ci ildən (2007) fəaliyyət göstərir.

Конструктор сайтов - uCoz