Əssaləmu əleykum, Qonaq | Qrupunuz: "Qonaq" | RSS
İslamiyyət
Bömələr
Мини-чат
Baş səhifə » 2009 » Fevral » 10 » DÜNYADAN GETMIŞ INSANLAR ÜÇÜN QURAN OXUMAĞIN HÖKMÜ
DÜNYADAN GETMIŞ INSANLAR ÜÇÜN QURAN OXUMAĞIN HÖKMÜ
20:05

                   

                     Bağışlayan və mehriban Allahın adı ilə

    İbn Qəyyum deyir: “Sələfdən nəql olunub, onlar vəsiyyət edirdilər ki, öləndə, dəfn olunanda qəbrlərinin yanında Quran tilavət etsinlər”. (İbn Qəyyum “ər-Ruh” səh. 16-18)

    Əbdullah ibn Ömər vəsiyyət etdi ki, qəbrinin yanında Bəqərə surəsi oxunsun. Əhməd ibn Hənbəl öncə bu məsələni inkar edirdi, amma sonralar qəbуl еtdi.

    Xilal “əl-Qiraət indəl qubur” kitabında Əla ibn Lihacdan nəql edib: “Atam vəsiyyət etdi ki, mən öləndən sonra məni “Bismillah və əla sünnəti Rəsulillah (s)” deyib qəbrə qoyun. Üstümə tormaq töküb başımın üstündə Bəqərə surəsini oxuyun. Çünki mən Abdullah ibn Ömərdən bunu eşitmişəm” (İbn Qəyyum “ər-Ruh” səh. 16-18)

    Həsən ibn Səbah Zəfərani deyir: Şafeidən qəbir yanında Qurani-kərimin oxunması haqqında soruşanda dedi: Heç bir eybi yoxdur. (İbn Qəyyum “ər-Ruh” səh. 16-18)

    Xilal Şuəbi nəql edib: “Ənsardan kimsə öləndə səhabələr onun qəbri üstünə gedib Quran oxuyurdular”

    Həsən ibn Cərvi nəql edib: “Bacımın qəbrinin yanından keçəndə Təbarək surəsini oxudum. Bir nəfər yanıma gəlib dedi: Yuxuda bacını gördüm dedi ki, Allah qardaşıma xeyir versin, mənə onun oxuduğu surənin hesabına savab əta olundu” (İbn Qəyyum “ər-Ruh” səh. 16-18)

    Bir nəfər hər cümə günü anasının qəbri üstündə Yasin surəsini oxuyurdu. Bir gün yenə də Yasin surəsini oxuyandan sonra savabını əhli qubura hədiyyə etdi. Bir nəfər onun yanına gəlib dedi: Sən filankəssən? Dedi: Bəli. O adam dedi: Mənim qızım dünyadan getmişdi və mən yuxuda onu gördüm qəbrinin üstündə şad bir halda oturub deyirdi: Biz filankəsin oxuduğu Yasin surəsinin bərəkətindən nicat tapdıq. (İbn Qəyyum “ər-Ruh” səh. 16-18)

    Mufəzzəl ibn Muvəffəq deyr: “Mən həmişə atamın qəbrinin ziyarətinə gedirdim. Bir gün işim olduğundan atamın qəbrini ziyarət etməyə gedə bilmədim. Həmin gecə atamı yuxuda gördüm, deyirdi: Oğlum niyə mənim ziyarətimə gəlmədin? Dedim: Ata sizin ziyarətinizə gəlməyimdən xəbərdar olursanmı? Atam dedi: Bəli, and olsun Allaha evdən çıxıb qəbrimin yanında oturub sonra qayıdana qədər səni müşahidə edirəm” (İbn Qəyyum “ər-Ruh” səh. 18-19)

    İbn Qəyyum deyir: “Bütün bunlar göstərir ki, insanlar qədimdən indiyə qədər ölüləri qəbirə qoyanda onlara təlqin deyiblər. Əgər ölülər onların səslərini eşitmirlərsə onda bu əməl əbəs və faydasız bir işdir” (İbn Qəyyum “ər-Ruh” səh. 18)

    Əhməd ibn Hənbəldən bu haqda sual olunanda o bu əməli alqışlayıb davam etmək haqqında göstəriş verdi. (İbn Qəyyum “ər-Ruh” səh. 18, 19)

    Syuti “Şəfaussudur” kitabında deyir: Quran ayələrinin savabı ölüyə yetişməsi haqda alimlər arasında ixtilaf vardır. Bütün sələf və üç məzhəb başçıları ölüyə Qurani-kərimin qiraətinin savabının verilməsini təsdiq ediblər. Amma imam Şafei bunu inkar edib və “İnsan yalnız etdiyi əməlin mükafatını alar” ayəsini dəlil göstərib. Amma digər alimlər onun bu iddiasını aşağıdakı dəlillərlə rədd ediblər.

    Əvvəla: Həmin hökmün bu ayə ilə nəsx olunub: “O kəslər ki, iman gətiriblər onların imanda onlara tabe olan övladlarını dа onlara qovuşduracağıq. Biz onların əməllərindən heç bir şey əskik etmərik. Hər bir insan əməlinin girovundadır” (Tur, ayə 21)

   İkincisi: Ayənin hökmü İbrahim və Musanın (ə) qövmünə məxsus olub.      Üçüncüsü: Ayədən məqsəd kafirlərdir. Amma möminlər öz əməlləri ilə qazandıqlarının və onlardan sonra əncam verilmiş əməllərin savabına yetişirlər.

    Dördüncü: Allah-təala rəhmət və təfəzzül babından ayrı yollardan da dünyadan getmiş insana savab əta edə bilər.....(Şəfaussudur bişərhi halil movta vəl qubur, 402-406)

    Quran ayələrini və hədisləri mutaliə edəndə məlum olur ki, ölülər üçün edilən istiğfarın və oxunan Quranın savabı onlara yetişir: “Allahın ərşini həml edən və onun ətrafını həlqəyə almış mələklər rəblərinə həmd və səna edirlər. Onlar həm özləri Allaha iman gətiriblər və həm də iman əhliüçün istiğfar edib deyirlər: İlahi! Sən elmin və rəhmətinlə hər şeyi əhatə etmisən, tövbə edib Sənin razılığın olan yolda addımlayanları bağışla. Onları cəhənnəm əzabından hifz et!” (Ğafir, ayə 7)

“Az qala göylər yarılıb kafirlərin üstünə dağılsın. Mələklər isə rəblərinə həmd-səna deyib onu təqdis edirlər və yerdəkilər üçün istiğfar diləyirlər. Agah olun! Həqiqətən Allah bağışlayan və rəhm edəndir!” (Şura, ayə 5)

“Onlardan sonra gələnlər deyirlər: “Pərvərdigara! Bizi və bizdən əvvəl iman gətirmiş qardaşlarımızı bağışla. Bizim qəlblərimizdə iman gətirənlərə qarşı kinə yer vermə. Ey Rəbbimiz! Sən, həqiqətən, şəfqətlisən, mərhəmətlisən!” (Həşr, ayə 10)     Rəsulullahdan nəql olunmuş hədislərdən məlum olur ki, meyyit insanların bu dünyada onlar üçün еtdikləri xeyir əməllərdən faydalanır.

    Buxari və Muslim Aişədən nəql ediblər: Rəsulullah (s) buyurub: “Hər kəs dünyadan gedəndə öhdəsində vacib oruc qalsa gərək onun vəlisi həmin orucu tutsun”. (Səhih Muslim, bab qəzaussiyam ənil məyyit, 1/328, hədis 605. Səudiyyə çamı. Səhih Buxari, hədis 1952)

    Bureydə deyir: “Rəsulullahın (s) yanında oturmuşdum, bir nəfər gəlib dedi: Ya Rəsulаllah, anam dünyadan gedib və onun boynunda bir ayın orucu qalıb. Mən onun tərəfindən tuta bilərəmmi? Rəsulullah buyurdu: Onun tərəfindən qəza et! Sonra yenə soruşdu: Anam heç vaxt həcc əncam verməyib, mən onun tərəfindən həccə gedə bilərəmmi? Rəsulullah buyurdu: Anan tərəfindən həcc əncam ver!” (Səhih Muslim, bab qəzaussiyam ənil məyyit, 1/328, hədis 606. Səudiyyə çapı)

    Sə`d ibn Ubbadə Rəsulullaha (s) dedi: Anamın boynunda nəzir var idi, amma o nəziri yerinə yetirməmiş dünyadan getdi. Mən indi o nəziri yerinə yetirə bilərəmmi? Həzrət (s) buyurdu: Bəli. Sə`d dedi: Аnam ondan bir fayda görəcək? Rəsulullah (s) buyurdu: Bəli.

    Əbu Hureyrə nəql edib: “Bir nəfər Rəsulullahın (s) yanına gəlib dedi: Atam dünyadan gedib və özündən sonra mal-dövlət saxlayıb, amma vəsiyyət etməyib. İndi mən o malları onun tərəfindən sədəqə versəm günahlarının kəffarəsi olarmı? Rəsulullah (s) buyurdu: Bəli, ölüləriniz üçün «Yasin» surəsini oxuyun”. (Səhih Muslim, 5/73-78)

      Hacı Elman İbadov                                         kerrar@mail.ru

                  Materiallardan istifadə edərkən istinad vacibdir.

  [Hədislər] | Oxunub: 1596 | Müəllif: Pünhan |
Şərh sayı: 2
22.02.2009
2. İravani (Pünhan) [Material]
Hansı hərfləri?

20.02.2009
1. MIRAQA [Material]
NIYE HERFLERI TAM YAZMAMISIZ


Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
İstifadəçi girişi
Təqvim
«  Fevral 2009  »
B.e.Ç.a.ÇC.a.C.Ş.B.
      1
2345678
9101112131415
16171819202122
232425262728
Axtarış
Dost saytlar
Sayğac

Online: 1
Qonaqlar: 1
İstifadeçiler: 0
Müstəqil İslam saytı © 2024
Təklif və iradlar üçün: islamiyyet@bk.ru

 Materiallardan istifadə edərkən istinad zəruridir!
Sayt 7 Rəcəb (22 iyul) 1428-ci ildən (2007) fəaliyyət göstərir.

Конструктор сайтов - uCoz