“Ayətül-Kürsi” Müqəddəs
Quranın 255-ci ayəsidir. Ayədə buyurulur: “Allah
başqa heç bir tanrı yoxdur. (Zatı və kamal sifətləri ilə hər şeyə qadir olub
bütün kainatı yaradan və idarə edən, bəndələrini dolandıran və onların işlərini
yoluna qoyan) əbədi, əzəli varlıq Odur. O nə mürgü, nə də yuxu bilər. Göylərdə
və yerdə nə varsa (hamısı) Onundur. Allahın izni olmadan (qiyamətdə) Onun
yanında (hüzurunda) kim şəfaət (bu və ya digər şəxsin günahlarının
bağışlanmasını xahiş) edə bilər? O, bütün yaranmışların keçmişini və gələcəyini
(bütün olmuş və olacaq şeyləri) bilir. Onlar (yaranmışlar) Allahın elmindən
Onun Özünün istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun kürsüsü
(elmi, qüdrət və səltənəti) göyləri və yeri əhatə etmişdir. Bunları mühafizə
etmək Onun üçün heç də çətin deyildir. Ən uca, ən böyük varlıq da Odur!”.
Bu ayədə Allahın ucalığı, böyüklüyü təcəssüm edilir. Bir
çox rəvayətlərə istinad edərək vurğulamaq olar ki, bu ayəyə “Ayətül-Kürsi”
adının verilməsi Həzrət Peyğəmbərin (səllallahu aleyhi və alihi və salləm) sağ
olduğu dövrlərə gedib çıxır.
İmam Cəfər Sadiq (ə) buyurur ki, Əbuzər (r.ə.) soruşdu:
“Ya Peyğəmbər, sən nazil edilən ayələrin ən üstünü hansıdır?”. Peyğəmbər (s)
cavab verdi: “Ayətül-kürsü. Yeddi qat göy və yeddi qat yer kürsünün yanında
ucsuz-bucaqsız səhraya atılan bir halqa kimi qalar” (“Təfsirül-əyyaşi”, c 1. s.
137).
Hədislər bu ayənin ən böyük ayə olduğu deyilir. Bu ayəyə
daxil olan bəzi ifadələrin digər ayələrdə işlədilməsini görə bilərik. Lakin “Ayətəl-kürsi”
buütün bunları özündə toplayır. Allahın küsüsünün yerləri və göyləri tutduğu
buyurulur. Göylərdə və Yerdə olan hər kəs onun idarəsi altındadır.
İmam Əli ibn Əbu Talib (ə) buyurur: “İslamı anlayan ya
da müsəlman bir ata-anadan dünyaya gələn şəxsin gecənin qarası boyunca (ravinin
sualına qarşılıq olaraq İmam (ə) məqsədin gecə boyunca olduğunu qeyd edir)
“Allahdan başqa heç bir tanrı yoxdur, əbədi, əzəli varlıq odur....” ayəsini
oxumamış yatmasını düşünmək olmur”. Sonra İmam (ə) ayəni sonadək oxudu və
buyurdu: “Əgər bu ayənin nə olduğunu (və ya nə ifadə etdiyini) bilsəydiniz, onu
oxumağı heç vaxt tərk etməzdiniz. Çünki Peyğəmbər (s) dedi ki, “bu mənə ərşin
altındaki bir xəzinədən verildi. Məndən əvvəl heç bir peyğəmbərə verilməyib”. Həzrət
Əli (ə) dedi: “Bunu eşidəndən sonra Ayətül-kürsini oxumamış sabahlamamışam” (“əl-Əmali”,
c.2, s. 122).
Müəyyən hallarda çaşa biləcəyimiz
ifadələrdən biri də Allahın kürsüsünün yeri-göyü tutmasıdır. Zürarə (r.ə.) İmam
Cəfərə (ə) bu haqda sual verərək deyir: “Görəsən göylə yermi kürsünü tutmuşdur,
yoxsa kürsümü onları tutmuşdur?”. İmam (ə) cavabında buyurur: “Hər şey kürsünün
içindədir” (“Üsuli Kafi”, cild 1, səh. 132).
Həfs bin əl-Ğiyas rəvayət edir
ki, İmam Cəfər Sadiqdən (ə), “Onun kürsüsü göyləri və yeri tutmuşdur” ifadəsinin
mənasını soruşdum, buyurdu ki, “(Burada Allah-Təalanın) elmi nəzərdə
tutulmuşdur” (“Məanil-əxbar”, səh. 30).
Yenə həmin mənbədə İmamdan (ə)
rəvayət olunan hədisdə deyilir: “Göylər, yer və onların arasındaki bütün
varlıqlar kürsünün içindədir. Ərş isə heç kimin qavrayın əhatə edə bilməyəcəyi
elmdir”.
salam men “Ayətül-Kürsi” quasinin gucunu gormusem defelerle. duani ureynen ve inamla oxuyan harda olur olsun pis veziyyetde bele insani sudan quru cixarir. Qorxu olanda bele oxuduqdan sonra ozuve inanirsan.men “Ayətül-Kürsi” duasini menasini yazdigviza gore size cox tesekkurler.