Əssaləmu əleykum, Qonaq | Qrupunuz: "Qonaq" | RSS
İslamiyyət
Bömələr
Мини-чат
Baş səhifə » 2009 » Fevral » 6 » İslamda qəbir ziyarəti
İslamda qəbir ziyarəti
00:16

Bağışlayan və mehriban Allahın adı ilə

    İslam dininə görə, ölmüş şəxsin məzarı üzərində təmtəraqlı qəbir daşları düzəltmək qadağandır. Qəbir son nəticədə dağılıb torpağa qarışmalı olduğu üçün onu bacardıqca sadə şəkildə düzəltmək daha yaxşıdır. Təəssüf ki, bu gün müsəlman qəbirstanlıqlarında İslama tamamilə zidd olan hallara rast gəlirik. Bəzən vəfat etmiş şəxsin qohumları onun məzarı üzərində bəzəkli baş və ya sinə daşları qoymaqla kifayətlənmir, hətta mərhumun bust, yaxud heykəlini də qoydururlar. Nəzərə almaq lazımdır ki, başdaşına mərhumun portertini vurdurmaq, onun hekəlini düzəltdirmək İslam dininin ziddinə getmək deməkdir.

    Şüphəsiz ki, hər bir müsəlman vaxtaşırı olaraq öz əzizlərinin qəbrini ziyarət etməlidir. Xüsusilə valideyinin məzarını tez-tez ziyarət etmək İslam dinində ən bəyənilmiş əməllərdən sayılır. Qəbiristanlığa daxil olarkən ölülərin ruhuna salam göndərmək savabdır. Qəbiristanlıq bilavasitə ölümlə bağlı bir yer olduğu üçün orada ölüm və axirət haqqında çox fikirləşməli, etdiyimiz əməllərə görə özümüzə hesabat verməli, qəbir həyatını, axirət məhşərini, cənnət və cəhənnəmi təsəvvürümüzdə canlandırmalıyıq. Qəbiristanlıqda dünya işləri haqda fikirləşmək, gülüb-danışmaq və səs-küy salmaq olmaz. Təbii ki, məzarlar, onların altında yatan insanların nişanəsi olduğu üçün məhrumlara ehtiram göstərilməlidir. Məzarları təhqir etmək, onlara istehza ilə baxmaq və qəsdən tapdalamaq günahdır. İmamət səmasının 10-cu ulduzu Əliyyən-Nəqi (ə) buyurur: “Öz əhli-əyalın qarşısında öləcəyin və səni ölümdən xilas edəcək bir təbibin, sənə kömək edəcək bir dostun olmayacağı günü yada sal, xatırla!”

   Elmi-ilahi maarifə söykənən İmamın buyurduğu bu müqəddəs kəlamı düşünmək üçün qəbiristanlıq daha münasib yerdir.

   Qəbir ziyarətinin ən faydalı əməli orada basdırılmış şəxslərin ruhuna dua və rəhmət oxumaqdır. Əksər hallarda qəbiristanlıqda ölülər üçün “Fatihə”, “İxlas” və “Yasin” surəsi oxunur. Ərəb əlifbasını bilməyən adamlar öz ölüləri üçün (pul və ya digər əvəz olmadan) həmin surələrin transkripyasını (yəni ərəb kəlmələrinin kiril və ya latın əlifbası ilə yazılışı) da oxuya bilər. Lakin bunun üçün pul almaq olmaz.

    Peyğəmbər (s.a.s) və imamların, övliya və alimlərin, mömin şəxslərin qəbrlərini ziyarət etmək olduqca savabdır. Amma xüsusilə övliya və alimlərin, kəramət sahibi olmuş seyyidlərin, möminlərin qəbrlərini ziyarət edərkən diqqət etmək lazımdır ki, İslama zidd olan hərəkətlərə yol verilməsin. Bəzi insanlar çətinliyə düşərkən hər hansı övliyanın, seyyidin qəbrinin üzərinə gedib onun ruhundan yaranmış çətinliyin aradan getməsi üçün kömək istəyir. Unutmamaq lazımdır ki, hər bir çətinliyi aradan qaldıra bilən və insanlara hər an kömək qüdrətinə malik olan qüvvə yalnız Allahdır. Allah-təalanın icazəsi olmadan heç kim başqasına xeyir və ya zərər verə bilməz.      

     Müqəddəs insanların pak ruhu Allahla dua edən arasında vasitəçilik funksiyasını daşıya bilər.Onlar hər hansı möminin duasını eşidib,olunan duanın qəbulu üçün bir daha Allaha dua edirlər.Biz müqəddəslərin ruhuna duanı zəmanətçi kimi etməliyik. Buna “təvəssül” deyilir. Belə olduqda istəyimiz yerinə yetərsə, bu köməyin həmin ruh tərəfindən olduğunu deyil, Allah tərəfindən yerinə yetdiyini qəbul etməliyik. Hər bir insan dünyasını dəyişmiş şəxsin məzarından kömək istəsə və bu köməyin ölmüş şəxs tərəfindən həyata keçəcəyinə inanarsa, İslam dinindən çıxmış olar.         Məzarlardan kömək istəmək, “ocaqlarda ” paylanan parçaları qola bağlamaq, ziyarətgahlarda şam yandırmaq, divarlara qənd , pul yapışdırmaq və.s bu kimi xurafatçı əməllər dinimizə tamamilə Ziddir. İslama aid olmayan bu əməlləri İslam adı altında təbliğ edib həyata keçirənlər dinimizin təhrif olunmasına və gözdən düşməsinə zəmin yaradırlar.

                                                        Mirpaşa Bayramov

             Materiallardan istifadə edərkən istinad vacibdir.

forumda müzakirə edin
  [Məqalələr] | Oxunub: 1936 | Müəllif: Pünhan |
Şərh sayı: 2
18.08.2010
2. Vugar [Material]
Salam, meqaleye gore chox saq olun. Gozel movzudur, amma chox teessuf ki, herterefli anlam verilmeyib. Qebirstanliqda Quran oxumaq faydali emel kimi qeyd edilir. Zehmet olmasa izah edin bunun rehmete getmish keslere ne kimi faydasi ola biler? Ya dirileredir bunun xeyri? Xalq arasinda bela adet var, mollaya pul verilir ki, olusune Yasin oxusun, hemchinin bununda ne kimi faydasi var (oluye ya diriye?) ? Bu ve bir chox meselelere sethi yanashmamiz ve mentiqi, felsefi izah verile bilmediyinden vehabiler bu gun bilib bilmeyen bir choxlarini yoldan chixarmaqa nail olurlar. Zehmet olmasa yuxaridaki suallarim barede mumkun qeder genish cevabi menim emailmede gonderesiniz: vugar@ro.ru

07.02.2009
1. Admin (Administrator) [Material]
Allah razı olsun.


Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
İstifadəçi girişi
Təqvim
«  Fevral 2009  »
B.e.Ç.a.ÇC.a.C.Ş.B.
      1
2345678
9101112131415
16171819202122
232425262728
Axtarış
Dost saytlar
Sayğac

Online: 1
Qonaqlar: 1
İstifadeçiler: 0
Müstəqil İslam saytı © 2024
Təklif və iradlar üçün: islamiyyet@bk.ru

 Materiallardan istifadə edərkən istinad zəruridir!
Sayt 7 Rəcəb (22 iyul) 1428-ci ildən (2007) fəaliyyət göstərir.

Конструктор сайтов - uCoz