Əssaləmu əleykum, Qonaq | Qrupunuz: "Qonaq" | RSS
İslamiyyət
Bömələr
Мини-чат
Baş səhifə » 2009 » Yanvar » 26 » PEYĞƏMBƏRƏ NECƏ SALAVAT GÖNDƏRƏK?
PEYĞƏMBƏRƏ NECƏ SALAVAT GÖNDƏRƏK?
16:28

BAĞIŞLAYAN VƏ MEHRİBAN ALLAHIN ADI İLƏ

SALAVATIN ƏHƏMİYYƏTİ.

1- Rəsulullah: «Hər kəs mənə bir dəfə salavat göndərsə Allah ona on dəfə salavat (rəhmət) göndərəcək». (Səhih Muslim. Kitabus-səlat: təşəhhüddən sonra Peyğəmbərə salavatın göndərilməsi babı)

2- «Muhəmməd və ali Muhəmmədə salavat göndərilməmiş heç bir dua Allah dərgahına qalxmaz» (Kənzul-ummal. cild. 2. hədis 3988)

3- « Hər kəsin yanında Mənim Adım çəkiləndə Mənə salavat göndərməsə o adam bədbəxt olub» (Kənzul-ummal. cild.1 hədis 2157)

4- «Paxıl o kəsdir ki, mənim adım onun yanında çəkilə və o mənə salavat göndərməyə» (Kənzul-ummal. cild.1 hədis 2146)

5- «Mənə çoxlu salavat göndərin çünki mənə göndərdiyiniz salavat sizin günahlarınızın bağışlanmasına səbəb olacaq» (Kənzul-ummal. cild. 1. hədis 2143)

6- «Peyğəmbərə salavat göndərməyənin namazı namaz deyil» (Sünəne ibni Macə. Kitabut-təharət: babu ma caə fit-təsmiyəti fil-vuzu)

7- «Hər kəs namaz qılıb mənə və əhli beytimə namazında salavat göndərməsə namazı qəbul olmaz» (Səvaiqul-muhriqə. səh 233. Beyhəqidən və Darqətnidən)

                       SALAVATIN KEYFİYYƏTİ.

1- Rəsulullaha ərz etdilər ki, sizə salavat göndərməyin lazım olduğunu bilirik, amma sizə necə salavat göndərək bilmirik? O, Həzrət buyurdu: deyin «Əllamummə səlli əla Muhəmmədin və əla ali Muhəmməd kəma səlləytə əla İbrahimə və Ali İbrahim. İnnəkə həmidun məcid», «Əllahummə barik əla Muhəmmədin və əla ali Muhəmməd kəma barəktə əla İbrahimə və ali İbrahim. İnnəkə həmidun məcid» Səhih Buxari. Kitabut-təfsir,surətul-Əhzab.babu qovluhu “innəllahə və məlaikətəhu yusəllunə ələn-nəbiy”

2- Rəsulullah həmişə namazda bu cür salavat göndərərdi: «Əllamummə səlli əla Muhəmmədin və əla ali Muhəmməd kəma səlləytə əla İbrahimə və Ali İbrahim, Əllahummə barik əla Muhəmmədin və əla ali Muhəmməd kəma barəktə əla İbrahimə və ali İbrahim. İnnəkə həmidun məcid» (Sünəne Beyhəqi. Kitabus-səlat,babus-səlati ələn-nəbiy fit-təşəhhüd 2147)

3- “Kənzul-ummal” kitabında Hakim Nişaburidən və İbni Əsakirdən iki rəvayət nəql olunub ki, məzmunları budur: Salavatda “Muhəmməd və ali Muhəmmədin” adlarının çəkilməsi Allah-təala tərəfindən əmr olunub. (Kənzul-ummal. 2. hədis 3991 və 3998)

4- Peyğəmbər (s) buyurub:- «Mənə salavat göndərin, dua edəndə ciddi-cəhdlə dua edin və deyin:- Əllamummə səlli əla Muhəmmədin və əla ali Muhəmməd» Sünəne Nəsai. Kitabus-səhv, babu keyfiyyətis-səlati ələn-nəbiy (s).

5- Yekdilliklə qəbul olunan hədisdə deyilir:- «Əllamummə səlli əla Muhəmmədin və ali Muhəmməd» əs-səvaiqul-muhriqə. səh 234.babu məşruiyyətis-səlatiələyhim.

6- Əllamə ibni Abidin deyir:- Mərzuqinin dediyinə əsasən ən yaxşı salavat budur:- «Əllamummə səlli əla Muhəmmədin və ali Muhəmməd» (Haşiyə ibni Abidin )

7- İbni Teymiyyə deyir:- Allah Peyğəmbərinə salavat göndərməyi əmr etdi. Rəsulullah həmin salavatı özünə və ailəsinə aid olduğu haqda təfsir edib. (Minhacus-sünnə. 2. 246)

8- İbni Həcər Məkki:- Peyğəmbər (s)-dən rəvayət olunub ki, mənə naqis salavat göndərməyin. Sual olundu ki, naqis salavat hansı salavatdır? Buyurdu:-Əllahumə səlli əla Muhəmməd deyib ardını deməkdən imtina edirsiniz. Amma gərək bu cür salavat deyəsiniz:- «Əllamummə səlli əla Muhəmmədin və əla ali Muhəmmd» Səvaiqul-muhriqə. səh 146.Yənabiul-məvəddə kitabının müqəddiməsində Əli ibni Əhməd Səmhudinin “Cəvahirul əqdeyn” azacıq fərqlə nəql edib.

    Hacı Elman İbadov                                    kerrar@mail.ru 

Saytın materiallarından istifadə edərkən istinad zəruridir.

  [Hədislər] | Oxunub: 1715 | Müəllif: Pünhan |
Şərh sayı: 3
28.01.2009 Спам
3. ABDULALI (TICCANI)
Rəsulallaha salat və salam göndərməyin tövsiyə olunduğu vaxtlar:
1) Azan oxunanda:
Peyğəmbərimiz belə buyurmuşdur: "Azanı eşitdiyiniz zaman müəzzinin söylədiklərini təkrar edin və sonra mənə salavat duası oxyun. Bir salam və salavaat üçün Allah sizə on qat savab verər."(Əhməd)
2) Məscidə girərkən və çıxarkən:
Rəsulullah Əfəndimiz (s.a.v.) məscidə girərkən və çıxarkən salat və salam oxunardı. Hz. Əli (a.) "məscidə girdiyiniz zaman Rəsulallaha salavat niyaz edin. "(Əhməd) buyurur.
3.Cüma namazında:
Peyğəmbərimiz belə buyurur: "Cümə günləri çox salavat oxuyun. Çünki o gün mələklər yanınızdadır. Kim mənə salat və salam göndərərsə sözü bitməmiş mənə çatar."(Nəsəi)

27.01.2009 Спам
2. ZehrayiNur (ZehrayiNur)
Calisiram salavati hemishe deyim.Belke Allah buna gore bize rehmet gozu ile baxdi

27.01.2009 Спам
1. ABDULALI (TICCANI)
MASHALLAH


Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
İstifadəçi girişi
Təqvim
«  Yanvar 2009  »
B.e.Ç.a.ÇC.a.C.Ş.B.
   1234
567891011
12131415161718
19202122232425
262728293031
Axtarış
Dost saytlar
Sayğac

Online: 1
Qonaqlar: 1
İstifadeçiler: 0
Müstəqil İslam saytı © 2019
Təklif və iradlar üçün: islamiyyet@bk.ru

 Materiallardan istifadə edərkən istinad zəruridir!
Sayt 7 Rəcəb (22 iyul) 1428-ci ildən (2007) fəaliyyət göstərir.

Конструктор сайтов - uCoz