Əssaləmu əleykum, Qonaq | Qrupunuz: "Qonaq" | RSS
İslamiyyət
Bömələr
Мини-чат
Baş səhifə » 2009 » Yanvar » 25 » Allah aləmləri niyə yaratdı?
Allah aləmləri niyə yaratdı?
19:39

   

Bağışlayan və mehriban Allahın adı ilə

    Allah hər şeyin başlanğıcı və sonudur, hər şeyin batini və zahiridir.

    İlk və son hədəf Allahdır, Allahdan kanarda heç nə yoxdur, hamı bir sıfırdır, fəqirdir, Allahın kanarında saya gəlir, Allahın hesabına varlanır.

    Peyğəmbərlər Allahı tanıtdırmaqdan ötrü gəliblər, səmavi kitablar Allahın istəklərini bəyan etməkdən ötrü nazil olunublar, ilahi övliyalar insanları Allaha qovuşdurmaqdan ötrü seçiliblər. Biz hamımız Allahınıq və Allaha doğru dönəcəyik, bizə bu prinsip əsasında yaşamağı öyrədiblər.

    Peyğəmbərə məhəbbət bəsləməliyik, ona tabe olmalıyıq. Peyğəmbərin həm sözü, əməli, iqrarı bizə ən yaxşı örnəkdir, dəlildir. Amma bu son deyil. Peyğəmbərin bir vəsilə olduğunu bilməli, onunla Allaha qovuşmalı olduğumuzu unutmamalıyıq. Səmavi kitabalrı oxumalı, onların dərin mənaları, fəsahət və bəlağətləri önündə boyun əyməliyik (bu fikirlərim püluralizmi dəstəkləyən bir ifadə kimi qəbul qəbul edilməməlidir, məqsədim Qurani-kərimdən öncəki kitablarda sonuncu din, Peyğəmbər (s) haqqında olan məlumatlara işarə etməkdir.), lakin onların yalnız bir hidayət kitabı olduğunun fərqində olmalıyıq. Hidayətdə iki tərəf var, olduğumuz yer və olmalı olduğumuz yer. Peyğəmbərlər bizi olduğumuz yerdən olmalı olduğumuz yerə - Allahın hüzuru, Allahın dərki – aparır. İlahi övliyaların bizə verdiyi təlimlər Allahı tanımağımıza görədir. Hədisi qüdsidə deyildiyi ki, Allah, onu tanıyaq deyə bizi xəlq edib. Çünki, Allah istəyir ki, insanlar Onun mütləq kamalları haqqında əndişələnsinlər. Bununla, ona qovuşsunlar. Allahın seçilmişləri də mərifətimiz artsın deyə, gecə-gündüz bizə ilahi maarifi öyrədirdilər ki, ucalardan uca olan Allaha layiqli bəndə olmağı bacaraq.

    Bəzən insan əsil hədəfini unudur, vəsilələrdə ilşib qalır. Allah üçüncü, dördüncü hədəfinə çevirilir onun. Bəlkə də Allah onun yaddaşında kəmrəng olur, görsənmir. Allahın peyğəmbəri, Allahın kitabı, Allahın imamı Allahdan daha çox diqqət mrəkəzində qalır. Ən təhlükəli, qorxulu hadisə budur. Hər şeyə qədərincə sevgi bəslənməli, dəyər evrilməlidir. Belə olan təqdirdə Allah sevgilərin fövqündə qərər tutar. Əks təqdirdə Allah bizə yadlaşar. Ən doğma kəsin bizə yadlaşmasının müsibəti zəlalətdir. Şübhəsiz, belə olduqda biz də Allaha yadlaşarıq. İş bu mərhələyə catınca, nə qədər peyğəmbər qapısını döysək də, nə qədər səmavi kitabı başımıza qoysaq da, nə qədər imam zirihindən asılı qalsaq da faydasız olacaq. Allahın lütfündən Peyğəmbər, Quran, İmam dəyər tapır, Peyğəmbərin, müqəddəs kitabın, imamın olmaması Allahın mütləq əzəmətinə zərrəcə xələl gətirməz.

    Ariflərdən biri “sənin eyvanda xalça çırpmağın bəhanədir, sən özünü xalqa göstərmək istəyirsən” məzmunlu bir şeiri eşitdikdə “Mən gizli dəfinə idim, məni tanısınlar deyə aləmləri yaratdım” qüdsü hədisi xatırlayıb qəşş edir. Hər şeydə Allahı görmək (qüdrətini, elmini, mərhəmətini, lütfünü...) xəlq olunmağımızın ən əsas məqsədidir.

   Bir hərbiçi xanımı ilə şəhərə gəzməyə çıxır. Parkda görkəmindən dəliyə oxşayan bir şəxsi görürlər. Zabit öz kişiliyini xanımına göstərmək üçün görkəmindən dəliyə oxşayan kişinin qılağının dibinə bir şillə çəkir. Zabitin dəli gözü ilə baxdığı bu şəxs özünü itirmədən, amiranə halda deyir: “Cənab, sənin yalnız ikicə ulduzun var, coşub insanlara əl qaldırırsan. Gör, Allahın nə qədər ulduzu var, indiyəcən kiməsə şillə vurubmu?” Heyrət edicidir, ona qarşı edilmiş bir təhqirdən Allahşüsnalıq dərsi alır, Allaha doğru dönür, beləcə əbədi xoşbəxtliyinə çatmağa can atır. Biz Allahla səmimi dost olmayınca kamilliyə doğru bir addım belə götürə bilmərik. Bizə hər şeydən yaxın, hər kəsdən əziz olan Allahdır. Biz ən yaxına, ən əziz şəxsə qovuşmaqdan ötrü onun vəsilələrindən bəhrələnməliyik. Vəsilələrəsə Allaha baxdığımız gözlə baxmamalıyıq.

            Niyam Aqil                                 islammektebi.org

  [Məqalələr] | Oxunub: 818 | Müəllif: Pünhan |
Şərh sayı: 1
27.01.2009
1. ZehrayiNur (ZehrayiNur) [Material]
maraqlidir.Tesekkur smile


Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
İstifadəçi girişi
Təqvim
«  Yanvar 2009  »
B.e.Ç.a.ÇC.a.C.Ş.B.
   1234
567891011
12131415161718
19202122232425
262728293031
Axtarış
Dost saytlar
Sayğac

Online: 1
Qonaqlar: 1
İstifadeçiler: 0
Müstəqil İslam saytı © 2024
Təklif və iradlar üçün: islamiyyet@bk.ru

 Materiallardan istifadə edərkən istinad zəruridir!
Sayt 7 Rəcəb (22 iyul) 1428-ci ildən (2007) fəaliyyət göstərir.

Конструктор сайтов - uCoz