Əssaləmu əleykum, Qonaq | Qrupunuz: "Qonaq" | RSS
İslamiyyət
Bömələr
Мини-чат
Baş səhifə » 2009 » Yanvar » 25 » Əbdullah ibn Səba kimdir?
Əbdullah ibn Səba kimdir?
19:14

 

                    Bağışlayan və mehriban Allahın adı ilə

    Tarixçilərdən Əbdullah ibn Səbanın adını və dastanını birinci dəfə nəql edən Təbəri olmuşdur. “Əbdullah ibn Səba yəhudi idi, zahirdə islam dinini qəbul etmişdi. Sonralar müsəlman ölkələrini dolanmağa başladı və özünün təfəkkürlərini o cümlədən Əli ibn Əbi Talibin Rəsulullahın canişini olması əqidəsini camaat arasında yaymağa başladı Tarix Təbəri 3/378, hicrətin 35-ci ilinin əhvalatları”

    Bəziləri bu şəxsin həyatını təhlil edəndə deyiblər: Əbdullah ibn Səba islam icmasını daxildən dağıtmaq üçün zahirdə islam dinini qəbul etdiyini izhar edib fitnələr törətməyə başladı. Həmin fitnələr xəlifə Osmanın qətlə yetirilməsi ilə nətcələndi. Onun sözləri o qədər azdırıcı idi ki, səhabələrdən və tabeinlərdən bir dəstə Səlman, Əbu Zərr, Səsəə ibn Suhan, Muhəmməd ibn Bəkr və s... çox asanlıqla onun təsiri altına düşdülər.

    Bu nəzəriyyəni iki cəhətdən təhqiq edib cavab veririk:

   Birinci cəhət rəvayətin səndidir.  Təbəri onu Seyf ibn Ömərdən nəql edib. Əhli sünnətin “rical elmi” alimləri Seyf ibn Öməri rədd ediblər. Onu hədis qundaranlar sırasında zikr ediblər. Zəhəbi Seyf ibn Ömər haqqında rical alimlərinin nəzərlərini belə nəql edib: “Əbbas ibn Yəhya deyib Zəifdir. Mutəyyən Yəhyadan nəql edib ki, onda (Seyf ibn Ömərdə) heç bir xeyir yoxdur. Əbu Davud deyib: O bir şey deyil. Əbu Hatim deyib: O rəd olunur. İbn Həbban deyib:- Seyf ibn Ömər zindiqlikdə (kafir olmaqda) ittiham olunub. İbn Ədiy: Nəql etdiyi bütün hədisləri rədd olunur” (mizanul-itidal, sin hərfi/seyf 3642 Seyf ibn Ömərin tərcümeyi halı 3/353, Təhzibuttəhzib sin hərfi/seyf 2819, Seyf ibn Ömərin tərcümeyi halı 4/268, ər-Rical və-Tədil, 1198, 4/278)

    Deməli məlum olur ki, Təbəri hədisi nəql etməkdə ya rical elmindən kamil surətdə xəbərsiz və cahil olduğu üçün bu cür xain adamdan rəvayət nəql edib. Ola bilsin ki, Təbəri Seyf ibn Ömərin yalançı və hədis qundaran olduğunu bilə-bilə onun nəql etdiyi dastanı nəql edib. Onda məlum olur ki, Təbəri özü tarixdə xəyanət edib və xəyanətkar olduğundan onun tarixindən sitat gətirəndə son dərəcədə ehtyatlı olmaq lazımdır. Çünki tarix gələcək nəsilləri həqiqətdən xəbərdar edən bir sənəddir və tarixçi bu sənədə xəyanət etməməlidir.

    İkinci cəhət hədisin mətni: Təbərinin nəql etdiyi bu dastanın mətnində maraqlı nöqtələr mövcuddur ki, həmin nöqtələrə diqqət yetirmək lazımdır. Əslən Yəməndən olan və təzəcə islam dinini qəbul etmiş bir yəhudi necə olub ki, İslamın mərkəzi olan Mədinədə bir belə nüfuz tapıb? Hətta onun nüfuzu o qədər təsirli olub ki, Peyğəmbər (s) səhabələrini Osmana qarşı qiyama təhrik etməyə müvəffəq olub. Ağıllı adam bunu qəbul edə bilərmi ki, təzə müsəlman olmuş bir yəhudi səhabələri xəlifə Osmanın ətrafından uzaqlaşdırıb onu öldürməyə rəğbətləndirə bilsin. Bir halda ki, tarix Osmanın muxaliflərlə necə sərt rəftar etdiyini hətta əgər bu müxaliflər Rəsulullahın ən yaxın səhabələrindən belə olaydı çox dəqiqliyi ilə qeydə alıb. Əks halda bu qənaətə gəlmək olar ki, Osman səhabələrə divan tutmağa başı qarışdığından təzə müsəlman olmuş yəhudi Əbdullah ibn Səbanı yaddan çıxardığı üçün o da istədiyinə nail olub.

    Əsl həqiqətdə bu dastan şuurlu surətdə şiə məzhəbini zəiflətmək üçün aparılan siyasətin nəticəsidir. Seyf ibn Ömərin qondardığı bu dastanları yaymaqla arzularına çatmaq istəyiblər.

     Əbdullah ibn Səba haqqında iki nəzəriyyə mövcuddur:

Birinci:- Seyf ibn ömərin nəql etdiyi bu xususiyyətdə adam tarixdə olmayıb. Doktor Taha Hüseyn “Mizanul-itidal” kitabında 3/353.(sin/seyf 3642) Seyf ibn Ömərin tərcümeyi halı haqqında bəhs edəndə buna işarə edib. Həmçinin “Təhzibuttəhzib” kitabında (sin/seyf 2819) Seyf ibn Ömərin tərcümüyi halında müəllif bu mətləbə işarə edib.

    Həmçinin Ərəbistanlı yazıçı doktor Həsənul-Fərhan Maliki açıq şəkildə Əbdullah ibn Səba adlı bir şəxsin tarixdə olmadığına etiraf edib. Şiə tarixçilərindən Əllamə Əskəri “Əbdullah ibn Səba” adlı kitabında belə bir fərdin tarixdə olmadığını sübuta yetirib.

İkinci nəzəriyyə: Nəcaşi və Kəşşi kimi Rical elminin alimləri Əbdullah ibn Səbanın tarixdə olduğunu təsdiq edirlər. Onların dediklərinə görə Əbdullah ibn Səba Əmirul möminin Əli (ə) haqqında ğuluv etdib (yəni onun haqqında mübaliğəyə yol verib) tövbə etmədiyinə görə Həzrət onu yandırdı. İmamlardan nəql olunmuş rəvayətlərdə deyilir ki; Əli (ə) onu lənətləyib Mədinədən sürgün etdi. (İxtiyaru mərifətirrical. 1/323, 170-ci nəql, Müəssisə Alulbeyt)

    Hədisi nəql edən ravinin tərcümeyi halını əhli sünnətin kitablarında nəzərdən keçirib onun etibar cəhətdən zəif olduğu və hədisin mətninin o zamankı şərait ilə müvafiq olmadığı məlum olandan sonra qətiyətlə deyirik ki, Əbdullah ibn Səba tarixdə olmadığı üçün əfsanəvi və xəyali bir şəxsdir. Fərz edək ki, belə bir şəxs olub, amma əldə olan dəlillər onun fikirlərinin lənətləndiyi və rədd olunduğunu göstərir. Bizim də öz növbəmizdə şiə kimi bir məzhəbin təfəkkürlərini təhqiq edən alimlərə saxta və siyasi məqsədlər nəticəsində uydurulmuş əfsanəvi bir amilin dalıyca getdiklərinə görə yazığımız gəlir.

Hacı Elman İbadov                                          kerrar@mail.ru

      Saytın materiallarından istifadə edərkən istinad zəruridir.

forumda müzakirə edin
  [Təhlil] | Oxunub: 679 | Müəllif: Pünhan |
Şərh sayı: 5
25.02.2013 Спам
5. Elmeddin
Abdullah b. Səba: hədislər ilə araşdırma
http://velayet.wordpress.com/2013/01/29/abdullah-b-sebe-hadisler-isiginda-inceleme/

12.05.2010 Спам
4. ehlishiya
Abdullah İbni Sebe İmamet’in zorunlu olduğunu savundu ve Hz. Ali (ra)’nin gerçek ilah olduğunu iddia etti. (Envar-ı Nu’maniye, Cilt 2, Sayfa 234)

15.04.2009 Спам
3. geogrd
bu iki komentin sahiblerine atalar bele deyib: "it huruyar, karvan kecar" tongue

08.02.2009 Спам
2. al-fath
O elə Sizin babanızdı, çünki o da Sizin kimi yahudi olub!

08.02.2009 Спам
1. xomneyi
AYE BABANIZI INKAR ETMEYIN ABDULLA SEBA SHIYELERIN BABASI VE IMAMIDI


Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
İstifadəçi girişi
Təqvim
«  Yanvar 2009  »
B.e.Ç.a.ÇC.a.C.Ş.B.
   1234
567891011
12131415161718
19202122232425
262728293031
Axtarış
Dost saytlar
Sayğac

Online: 1
Qonaqlar: 1
İstifadeçiler: 0
Müstəqil İslam saytı © 2019
Təklif və iradlar üçün: islamiyyet@bk.ru

 Materiallardan istifadə edərkən istinad zəruridir!
Sayt 7 Rəcəb (22 iyul) 1428-ci ildən (2007) fəaliyyət göstərir.

Конструктор сайтов - uCoz