Bağışlayan və mehriban Allahın adı ilə
Tövbə insanın əncam verdiyi bütün çirkin və bəyənilməyən əməllərdən əl çəkib Allaha və onun nurani hökümlərinə tərəf qayıdıb Rəsulullahın sünnətinə və onun əhli beytinin göstərişlərinə əməl etməkdir. Tövbənin nəticəsi insanın əncam vermədiyi vacibatların (namaz, oruc, həc, xüms və zəkat kimi) qəzasını yerinə yetrməyidir. Həqiqi tövbə o zaman baş verir ki, insan keçmiş günahlarından əl çəkib əldən vermiş vacibatları yerinə yetirsin. Tövbə edən şəxs Allah-təalaya olan borclarını qaytarmaqla yanaşı camaatın da haqqlarını qaytarmalıdır. Tövbə bəndənin üsyankarlıqdan əl çəkib itaət yoluna qyıtmasıdır."Ey iman gətirənlər hamınız Allaha tərəf tövbə edin ki, yəqinən bununla da nicat taparsınız” (Nur. ayə31) NECƏ TÖVBƏ EDƏK? Mərhum Əllamə Təbərsi "Bəqərə” surəsini 37-ci ayəsinin təfsirində yazır:-" Tövbənin şərtlərindən biri də budur ki, bəndə keçmiş pis işlərindən peşiman olsun və gələcəkdə onları təkrar etməyəcəyini qərara alsın. Bütün məzhəblər belə tövbənin ilahi əzabın dəf olmasına səbəb olduğunu bəyan ediblər”. Elə ki, bəndə günaha mürtəkib oldu gərək tez bir zamanda etdiyi günaha görə tövbə etsin. Şiə məzhəbinin etiqadına görə müstəhəb əməlləri tərk etdiyinə görə tövbə etmək də müstəhəbdir. Qurani kərimdə peyğəmbərlərin tövbəsi haqqında söylənilən xəbərlər bu yolla izah olunur. Çünki bütün peyğəmbərlər günahdan məsum olublar. Allah-təalanın bəndəsinin günahlarını bağışlayıb tövbəsini qəbul etməsi onlara olan bir rəhmətidir. Allah-təala bəndələrinin tövbələrini qəbul edib günahlarını bağışlamağı haqda vədə verib. Biz bilirik ki, Allah-təala heç vaxt verdiyi vədəsinə xilaf etməz. Amma bəndənin tövbəsini qəbul edib onun günahlarını bağışlamaq Allah-təalaya vacib deyil. Lakin bəzi firqələr tövbənin qəbul olunmasını Allaha vacib bilirlər.
NƏSUH TÖVBƏSI NƏDIR? Ey iman gətirənlər! Allaha nəsuh tövbəsi edin (bir daha günaha heç bir qayıdış etməmək əzmilə tövbə edin). Ümüd vardır Rəbbiniz günahlarınızı bağışlayıb sizi çeşmələri axar olan cənnət bağlarına daxil etsin. Həmin gün (Qiyamətdə) Allah Öz Peyğəmbərini və onunla birlikdə iman gətirənləri xəcil etməz. Onların nuru ətraflarına şölə saçacaq. Deyəcəklər: "Ey Rəbbimiz! Bizim nurumuzu kamil et və bizi bağışla. Həqiqətən, Sən hər şeyə qadirsən!”(Təhrim. ayə 8) İbn Abbas bu ayənin təfsiri haqqında deyib:- "Həsuh tövbəsi qəlbdə peşimançılıq çəkib bir daha günaha qayıtmamaq və dil ilə üzr diləməkdir”. İmam Musayi Kazım buyurub:- Həsuh tövbəsi, bəndənin tövbədən sonra bir daha günaha qayıtmamasıdır. Süd sağılandan sonra ona yenidən malın döşünə qayıtmağa yolu olmadığı kimi tövbə edən şəxs də tövbə etdikdən sonra bir daha günaha tərəf qayıtmağa özü üçün yol görməsin”
Qurani-kərimdə və mə`sumların hədislərində günah edilən təqdirdə tövbə etməyə çoxsaylı çağırışlar vardır. "Mömin qadınlara de ki, gözlərini harama baxmaqdan saxlasınlar. Namuslarını hifz etsinlər. Zinətlərini (boyun, boğaz, qol, ayaq və saçlarını) naməhrəmə göstərməsinlər. Məgər adətən zahir olan yerlər (üz və əllər) müstəsnadır. Örtükləri ilə yaxalarını da örtsünlər. Ərlərindən, atalarından, qaynatalarından, öğlanlarından, ərin öğlanlarından, qardaşlarından, qardaş oölanlarından, bacı oölanlarından, müsəlman qadınlarından, kənizlərindən, kişiliyi olmayan xidmətçilərdən və qadınların məhrəm yerlərini hələ anlamayan uşaqlardan başqa heç kimə zinət yerlərini açmasınlar. Ayaqlarını elə yerə vurmasınlar ki, ayaqlarındakı zinət əşyaları (xalxalları) bilinsin. Ey iman gətirənlər! Hamınız Allaha tövbə edin ki, nicat tapasınız!”(Nur. ayə 31) Allah-təala bəndələrinə tövbə etməyi əmr edib."O Allah bəndələrinin tövbələrini qəbul edəndir və günahlarını bağışlayandır. O sizin etdiklərinizə agahdır”(Şura. ayə 25)
"Ya Peyğəmbər! Onlara de: "Ey Mənim günah etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Həqiqətən Allah bütün günahları bağışlayar. Həqiqətən, O bağışlayandır, rəhm edəndir! Əzab sizə nazil olmamışdan öncə tövbə edib Rəbbinizə tərəf qayıdın. Sonra sizə heç bir kömək olunmaz!(Zumər. ayə 53-54) Bu iki ayədə günaha murtəkib olub sonra Allah rəhmətindən məyus olanlar məzəmmət olunur. Deməli Allah-təalanın namaz, oruc, həcc və s... kimi vacib etdiyi əməllərdən biri də tövbədir. Hər kəs ki, tövbə etdi Allah da öz növbəsində verdiyi vədəsinə əməl edib ona səvab verəcək. İmam Zeynulabidin (ə)-n etdiyi duaya bir bax insan ruhu onu eşidəndə pərvaz edir: -"İlahi Sən kitabında (Qurani-kərimdə) buyurmusan ki, bəndələrindən etdikləri tövbələri qəbul edib günahlarından keçərsən və tövbə edənləri sevirsən. Indi necə ki, vədə vermisən mənim də tövbəmi qəbul et, genahlarımdan keç necə ki, buna zamin olmusan. İlahi şərt etdiyin kimi məhəbbətini qəlbimə sal!”
Əlbəttə heç də belə anlaşılmamalıdır ki, eybi yox nə qədər günah etsən də sonra tövə etməklə paklanacaqsan. Əvvəla bimək olmaz tövbə etmək sənə nəsib olacaq ya yox? Digər tərəfdən günah edib sonra tövbə edənlə, əslən günah etməyən bəndənin savabı və əcri bərabər olmaz. Düzdür ki, tövbə etsə günahları bağışlanacaq, amma bütün ömrünü Allaha müti olan bir bəndə Pərvərdigarı yanında daha əziz olmalıdır. Bəzən bəndə tövbə etdikdən sonra nəfsinin istəyinə tabe olmaq və ya başqa səbəblərdən yenədə günah edir. Gərək bəndə bu işindən məyius olmasın və yenə də rəhməti bütün kainatı əhatə etmiş qadir Allahın dərgahında tövbə etsin. Hər gecə yatmazdan öncə "Ali Yasin”ziyarətnaməsini oxuyub Allahdan kömək istəsin. Hər yerdə olur olsun namazını vaxtında qılsın. Başqalarının onu məsxərə edəcəyindən qorxmasın. Çünki İlahi əzab şiddətlidir. İmam Zaman ağa üçün dua etsin. Məxsusən bu duanı:-"Əllahumə əccil livəliyyikəl-fərəc” (İlahi imamın zühurunu tezləşdir) Çoxlu insanlar bu zikri təkrar etmək sayəsində gözəl nəticələrə yetişiblər.
Hacı Elman İbadov kerrar@mail.ru
|