![](http://islamiyyet.ucoz.ru/_nw/0/36192.jpg) BAĞIŞLAYAN VƏ MEHRIBAN ALLAHIN ADI ILƏ
Hicab insanı hər bir fitnəyə uymaqdan qoruyur Qadınla kişi arasında sərhəddin olmaması, ifrat dərəcədə azadlıq və müqəddəs şəriət tərəfindən naməhrəmlər arasında qadağan olunmuş əlaqələr cinsi həyəcanları közərdir. Nəticədə hər iki tərəfin istəklərini ruhi susuzluğa və heç vaxt doymaq bilməyən bir istəyə çevirir. Nəticədə mənəvi və ruhi bir qarmaqarışıqlığın yaranmasına səbəb olur. Cinsi şəhvət çox güclü bir istəkdir, nə qədər qarşısı alınsa o qədər də tuğyan edəcəkdir. Yaddan çıxarmaq olmaz ki, əgər bir cəmiyyətin qadınları lazımı hicabdan istifadə etməsələr, adı çəkilən tuğyankar şəhvətin xətərli aqibətlərindən amanda qalamayacaqlar. Nəticədə həmin cəmiyyət həmişə təlatümdə olan dənizə bənzəyəcək. Bu fərziyələri dərk etmək üçün bu gün qərb dünyasına nəzər salmağımız kifayət edər. Artıq qərbdə yarım əsrdən çoxdur ki, ruhi narahatlıqlara düçar olanların sayı gün-bəgün sürətlə artmaqdadır. Əxlaq normalarına riayət etməmək və cinsi əxlaqsızlığın azad buraxılması, zahirdə inkşaf etmiş bir cəmiyyəti uçurumun kənarına gətirib çıxarmışdır. Bütün bunlar cəmiyyətdə teatrlar, kino filmləri, qəzet və jurnallar vasitəsilə “mədəniyyətin təkamülü” şuarlarını ictimaiyyətin beyninə yeritməklə əmələ gəlmişdir. Bəzilərinin ağız dolusu təriflədiyi avropada artıq müxalif cinsə meyil sönməkdədir. İnsan azadlığı şüarı altında eyni cinslərdən olanlara evlənmək hüququ verilir. Ən dəhşətlisi budur ki, həmin avropanın “sivil qanunlarını” yazanlar özləri bu xəstəliyə tutulublar. Artıq onların aralarında kişinin kişiyə və qadının qadına meyli artmaqdadır. Belə insanlar böyük ehtiram sahibləridirlər.
Ailə daxilindəki əlaqələrin möhkəmlənməsi.
Hicab ailə daxilindəki əlaqələrin möhkəmlənməsində mühüm rol oynayır. Hər hansı bir qız və ya qadın heç vaxt razı olmaz ki, başqaları üçün əyləncə vasitəsinə çevrilsin. Bu ilahi rəhmətdən uzaq düşənlər həqiqətdə şeytanın onlar üçün düzəltdiyi çirkabda bulaşıblar. Belə bədbəxtlər bir qurup əyyaşlara müvəqqəti ləzzətlər bəxş etmək üçün öz gözəlliklərindən əl çəkib meydana çıxırlar. Amma gözəlliklərini başqaları üçün ləzzət mənbəyinə çevirənlər yaddan çıxarmamalıdırlar ki, bu çirkin əmməlləri ilə cəmiyyətdəki səmimi ailələrin dağılmasında şeytanın əsl köməkçiləri rolunu oynayırlar. Onların özləri də heç vaxt həyatda səmimi ailəyə sahib ola bilməzlər. Hal hazırda vüsət tapan bütün əyləncə proqramlarında əsas nöqtə yarımlüt qızaldırlar. Bu qadınları meydana çəkənlər onlardan əyləncə vastəsi kimi istifadə edirlər. Əgər onlar publikanı əyləndirə bilməsələr lazımsız bir əşya kimi dərhal uzaqlaşdırılacaqlar. Hicab cəmiyyətdə sağlam mühitin yaranmasında mühüm rol oynayır.
Hicabın əsas faydalarından biri əxlaq pozğunluqlarından pak olan bir cəmiyyətin yaradılmasıdır. Insan ictimai həyat keçirən bir varlıq olduğundan onun cəmiyyətdən təcrid olub kənarlaşması qeyri mümkündür. Hər bir cəmiyyətin qadınları hicab məsələsinə riayət etməklə həmin sağlam cəmiyyətin yaranmasında xidmətlərini göstərmiş olarlar. Beləliklə də əxlaq normalarına uyğun olan bir cəmiyyətin yaranmasına təkan vermiş olarlar. Hacı Elman İbadov kerrar@mail.ru
Saytın materiallarından istifadə edərkən istinad zəruridir.
|