Əssaləmu əleykum, Qonaq | Qrupunuz: "Qonaq" | RSS
İslamiyyət
Bömələr
Мини-чат
Baş səhifə » 2008 » Dekabr » 24 » Qızlarda gözəlliyə tərəf meyl
Qızlarda gözəlliyə tərəf meyl
17:58

Bağışlayan və mehriban Allahın adı ilə

    Zahiri gözəlliyə meyl bəşəriyyətin fitri istəklərindən biridir. İnsanların bütün təbəqələri gözəlliyi qiymətləndirirlər. Hər bir şeyə bağlılığın əsas amilini onun gözəlliyində görürlər. Gözəlliyə qarşı olan bu əlaqənin bütün bəşərin fitrətində olmasına baxmayaraq, cavan qızlar başqalarına nisbətdə daha çox ona can atırlar. Bu əlaqə qızların həddibuluğa yetişdikləri zaman özünü daha qabarıq şəkildə göstərməyə başlayır. Həmin dövrlərdə qızlar çalışırlar ki, gözəlliklərini hamıya göstərsinlər və gördükləri hər şey də gözəl olsun. Bu istək onların seçdikləri bütün paltarlarda və şəxsi əşyalarda müşahidə olunur.

  Əlbəttə nəzərə almaq lazımdir ki, cavan qızların zahiri gözəllikləri sevmək istəkləri İslam dini tərəfindən də qiymətləndirilir. Bizlərə müəllim və örnək olan məsumlar da, kəlamlarında bu məsələnin üstündə təkid ediblər.

1. Gözəl geyinmək:- İmam Sadiq (ə) buyurub:- “Gözəl paltar geyin, çünki Allah gözəldir və gözəllikləri sevir”

2. Özünə yetişmək:- İmam (ə) buyurur:- Allah-təala gözəlliyi və özünə yetişməyi sevir, özünü bunəva və fəqir simasında göstərməyi xoşlamırş. Allah bəndəsinə bir nemət verəndə istəyir ki, onun əlamətini bəndəsində görsün Səhabələrdən biri soruşdu:- Allah necə görmək istəyir? İmam buyurdu:- “Təmiz paltar geyib özünü ətirləndirsin, evini ağartsın və evinin qabağını təmizləsin. Hətta gün batmamışdan öncə çıraq yandırmaq fəqirliyi aradan qaldırıb ruzini artıratr”

3. Özünə zinət vurmaq:- Əmirulmuminin Əli (ə) buyurub:- Kənar adamların sizi gözəl və təmiz halda görmələri üçün öz xarici görünüşünüzə yetişdiyiniz kimi müsəlman qardaşınızın yanına gedəndə də o cür edin.

4. Mömin əxlaqı:- Əmirulmuminin buyurub: “Özünə zinət vurmaq möminin gözəl əxlaqlarından sayılır”

   Deməli hədislərdə də, islam dinində gözəlliyə tərəf meyil etməyə təkid olunub və məsum imamlar da ondan yan keçməyiblər. Amma qeyd etmək lazımdır ki, İslam dini ictimai və əxlaqi məsələlər haqqında çoxlu sifarişlər etməsinə baxmayaraq heç vaxt ifrat və təfriti bəyənməmişdir. İslam dinində öz zahiri görünüşünə etina etməyən və pinti gəzənlər məzəmmət olunublar. Digər bir tərəfdən islam dini həddən artıq dərəcədə özlərinə zinət vurmağa vaxt sərf edənləri də, məzəmmət edibdir. Məxsusən başqalarının diqqətini özünə tərəf cəzb etməyə çalışan qızlar daha çox məzəmmət olunub. Çünki qızların öz zinətlərini naməhrəm kişilərin qabağında aşkar edib göstərmələrinəi islam dini icazə verməyib. Əmirulmuminin Əli (ə) buyurub:- “Özünü başqalarına göstərmək üçün zinətləndirməkdən və günah etməklə Allaha qarşı üsyan etməkdən qorxun”(Biharul-ənvar. 77 / 337)

    Hədisdən belə məlum olur ki, şərafətli bir ömür yolu keçmək istəyən hər bir qız gərək islam dininin buyurduğu həqiqi əxlaq normalarına riayət etsin və öz zahiri gözəlliyinə riayət etməkdə mötədilliyi əldən verməsin. Gərək çox eytiyatlı olsun ki, ifrat yolu seçməklə özünü Allah-təalanın lənətinə tuş etməsin. Yadda saxlamaq lazımdır ki, islam dinində daxili gözəlliyə də çox əhəmiyyət verilib. O qızlar ki, Allah-təala onlara zahiri gözəlliyi bir nemət kimi verib gərək bu gözəlliyin qədrini bilsinlər. Elə olmasın ki, həmin gözəlliklərindən sui istifadə edib pis tinətli insanlar zümrəsinə daxil olsunlar və nəticədə zahiri gözəlliklərini də əldən versinlər. Nə çox zahirləri gözəl olub ki, rəzil işləri ilə haram ləzzətlərə uyub, ən iyrənc və pis tinətli adamların sıralarına daxil olublar. Dünyanın bir neçə saatlıq ləzzəti hesabına əbədi axirət əzablarına düçar olublar. Amma çox xanımlar vardır ki, zahirləri o qədər də gözəl olmasa da, həyatda əxlaqi fəzilətləri əsas götürərək mənəvi ibadətlərə əməl etməklə və özlərini xoş tinətli insanların sıralarına daxil etməklə dünya şöhrətinə nail olublar. Deyilənlərin gün kimi aydın olmasına baxmayaraq yaxşı olar ki, bir misal da gətirək:- Insan ən yaxın dostunun görüşünə gedəndə yolüstü gül satılan mağazaya girir və istəyir onun üçün layiqli bir gül seçsin. Magazada mövcud olan güllərin arasında seçim aparanda görür ki, onlar üç dəstədirlər.

1. Nə zahiri və nədə batini gözəlliyi (ürəyə yatan ətri) olmayan güllər. İnamla demək olar ki, heç bir ağıllı adam belə gülləri almayacaq.

2. Həm zahiri və həm də batini gözəlliyi (xoş ətirli) olan güllər. heç şübhə yoxdur ki, ağıllı insan onu almağa can atacaq.

3. Zahirdə gözəlliyi olmasına baxmayaraq batində mənfur iyi olan gülləri görən insanlar baxmayaraq ki, ilk baxışda onlara vurulurlar, amma elə ki, onların batinlərindən xəbər tutarlar, tez yaxalarını onlardan qurtarmağa çalışacaqlar. Cavan qızlar da eyni ilə bu güllər kimidir. Əgər İlahi nemət olan zahiri gözəllikləri ilə yanaşı daxili gözəlliklərinə də fikir versələr və batinlərini rəzillikdən təmizləsələr qəti surətdə demək olar ki, hamının nəzərində əziz və diqqətə layiq olacaqlar. Zahirdə gözəl olub daxili gözəlliklərini unudanlar əvvəlcə bir dəstənin diqqətini özlərinə cəlb edə bilərlər, amma sonralar yəqinən batinlərinin iyrənc olmaları aşkar olanda gözdən düşərlər. Nəticədə şərafətli ömür yolundan məhrum olub çox xətərli bir aqibətə düçar olarlar.

Hacı Elman İbadov kerrar@mail.ru

  [Məqalələr] | Oxunub: 923 | Müəllif: Pünhan |
Şərh sayı: 1
28.12.2008
1. Admin (Administrator) [Material]
Allah razi olsun.


Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
İstifadəçi girişi
Təqvim
«  Dekabr 2008  »
B.e.Ç.a.ÇC.a.C.Ş.B.
1234567
891011121314
15161718192021
22232425262728
293031
Axtarış
Dost saytlar
Sayğac

Online: 1
Qonaqlar: 1
İstifadeçiler: 0
Müstəqil İslam saytı © 2024
Təklif və iradlar üçün: islamiyyet@bk.ru

 Materiallardan istifadə edərkən istinad zəruridir!
Sayt 7 Rəcəb (22 iyul) 1428-ci ildən (2007) fəaliyyət göstərir.

Конструктор сайтов - uCoz