İslamda ən böyük günahlardan biri də sələmçilik (ribaxorluq)- borcludan
borcdan əlavə miqdar almaq, yəni faiz yeməkdir. İnsan əxlaqını korlayan,
ədalətdən salan sələm həm Quran, həm də mötəbər hədislər vasitəsilə ilə qadağan
olunmuşdur. "Ali-İmran” surəsinin 130-cu ayəsində buyurulur: "Ey iman gətirənlər! Sələmi (borc üzərinə
qoyduğunuz faizi) qat-qat artırıb yeməyin. Allahdan qorxun ki, bəlkə, nicat
tapasınız!”. Həmçinin qeyd olunur ki, sələmə görə vəd edilən əzab digər
kəbirə günahlarınkından daha şiddətlidir.
Sələmçilik mal-dövlətin kiminsə əlində təmərküzləşməsi cəmiyyəti
bir-biri ilə zidd olan iki təbəqəyə: Valılar və yoxsullar dəstəsinə ayırır.
Riba insanları acınacaqlı hala salır. Quranda buyurulur: "Sələm (müamilə, faiz) yeyənlər (qiyamət günü) qəbirlərindən ancaq
Şeytan toxunmuş (cin vurmuş dəli) kimi qalxarlar. Bunların belə olmaları:
"Alış-veriş də sələm kimi bir şeydir!” – dedikləri üzündəndir. Halbuki, Allah
alış-verişi halal, sələm (faiz) almağı isə haram (qadağan) etmişdir. İndi hər kəs
Rəbbi tərəfindən gələn nəsihəti qəbul etməklə (bu işə) son qoyarsa, keçmişdə
aldığı (sələmlər) onundur (ona bağışlanar). Onun işi Allaha aiddir. Amma (yenidən
sələmçiliyə) qayıdanlar cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar! Allah
sələmi (sələmlə qazanılan malın bərəkətini) məhv edər, sədəqələri (sədəqəsi
verilmiş malın bərəkətini) isə artırar. Allah kafiri, günahkarı sevməz!” ("əl-Bəqərə”,
275-276). "əl-Mizan” təfsirində mərhum Təbatəbai qeyd edir ki, "Allah-Təala
bu ayələrdə riba məsələsi əlaqədar bəndələri çox ciddi şəkildə təhdid etmişdir.
Hətta zina, şərab, qətl kimi günahlara edilən təhdidlər də buna çatmaz”.
Bu əməlin nə qədər alçaq bir əməl olduğunu hədislərdə də
görmək mümkündür. Həzrət Peyğəmbər (s)
riba yeyəni, onu yedirdəni, riba alanı, satanı və bu kimi müamiləni yazan
şahidləri lənətləmişdir (Bax: "Vəsailüş-şiə”, cild 4, səh. 430).
Şübhəsiz sələm almaq son dərəcə haqsızlıq, zülm əsasında
olan bir iş, ədalətsiz və insan fitrətinin əksinə olan bir rəftardır. Bu iş
ictimaiyyətin bünövrəsini sarsıdır. Həzrət
Peyəmbər (s) buyurur: "Sələmin günahı 70 mərhələdən ibarətdir. Onun ən kiçik mərhələsi
insanın Allah evində öz anası ilə zina etməsi kimidir” ( "Vəsilüş-şiə”, bab 8,
hədis 12).
İctimai fəsad yaradan sələmin İslamda bu qədər ağır
mühakimə olunması heç də təsadüfi deyildir. Məhz pak və ədalətli bir insan mənəviyyətı
yaratmağı və bəndəni Yaradanın hüzuruna bu cür çıxarmağı məqsəd seçən dinimiz
şübhəsiz bu qədər əxlaqdan uzaq əməli də qadağan etməli idi. Bu qadağaya
müvafiq olaraq da əzab vəd edilmişdir. Həzrət
Peyğəmbər (s) buyurur: "Merac gecəsi bir dəstə adam gördüm. Nə zaman onların
biri qalxmaq istəsəydi, qarnının yekəliyindən qalxa bilmirdi. Cəbraildən (ə)
onların kim olduğunu soruşdum. Dedi ki, sələm yeyənlərdir, onlar qiyamət günü
cin vurmuş dəli kimi qalxacaqlar. Sonra onları Ali-Fironun yolu uzərində
gördüm, səhər-axşam onlara əzab verilirdi. Onlar deyirdilər ki, Pərvərdigara
qiyamət nə vaxt olacaq? (Burada əzab dedikdə qəbir əzabı nəzərdə tutulur)”
("Müstədrəkül-vəsail”, bab 1, səh. 478).
Men shokdayam ! ! ! ! ! Men selemin gunah oldugunu bilirdim, amma bu qeder agir cezasi oldugunu bilmirdim. Men de istayiram ki, bankdan ve umumiyyetce banklardan coxlu pul goturum, amma teessuf ki, faizsiz yeni selemsiz kredit veran bank tanimiram. Deyirem belke kimse nese bu barede bilir. Lap xirda melumat bela olsa bu elektron unvana yazin d-e-m-o@mail.ru