Əssaləmu əleykum, Qonaq | Qrupunuz: "Qonaq" | RSS
İslamiyyət
Bömələr
Мини-чат
Baş səhifə » 2008 » Oktyabr » 27 » Dua və cadu
Dua və cadu
14:46

Son illərdə camaat arasında ən geniş yayılmış və demək olar ki, dindən xəbəri olmayan və ya əslən zatən kafir olanları özünə cəlb edən əməllərdən biri cadu və sehrdir. Tarixi faktları nəzərdən keçirəndə məlum olur ki, daxili küfrün təcəllisi olan bu əməl hələ qədim zamanlarda insanlar arasında özünə xəridar tapmışdir. Təəssüflər olsun ki, islam aləminə də bu fitnə yol tapıb bir sıra insanları özünə valeh edə bilmişdir. Daxilində küfrü gizlədib üzdə özünü musəlman və hətta molla kimi göstərməyə çalışanlar bir tikə çörək pulu qazanmaq arzusu ilə bu xain əməllərə əl atıb islamı ləkələyirlər. Çox təəsüflər olsun ki, hətta bəzi məscidlərdə də bu iyrənc işi əncam verənlər rəsmi fəaliyyət edirlər. Deməli bir qurup insanlar bilərəkdən islama qarşı mütəşəkkil şəkildə bu zərbəni vurmaqda əlbirdirlər.

 Görəsən sehr və cadunun qüdrəti çatırmi ki, iki nəfər arasında düşmənçilik yaradıb fəlakətli işlər törətsin?

Əvvəlcə bunu təsdiq edən ən möhkəm mənbəə olan Qurani-kərimə müraciət edək: Yəhudilər Süleymanın hakimiyyəti zamanı şeytanların onlara oxuduqları (sehr kitablara) uydular. Süleyman sehrə əlini bulamadığı üçün kafir olmadı, lakin şeytanlar kafir oldular, camaata sehr öyrədirdilər. Babildə Harut və Marut adlı iki mələklərə nazil olan sehri öyrəndilər və kafir oldular. O iki mələk sehri batil etmək üçün əvvəl onun yollarını onlara öyrədirdilər, amma öyrətməzdən öncə xəbərdarlıq edirdilər ki, biz sizin üçün Allah tətəfindən göndərilmiş fitnəyik (imtahanıq), kafir olmayın!" Bununla belə yəhudilər yenə də ər-arvad arasına nifaq salan işləri onlardan öyrənirdilər(Yəni fitnə törətmək üçün onu öyrənirdilər). Onlar sehrilə Allahın izni olmamış heç kəsə zərər verə bilməzlər. Onlar (yəhudilər) ancaq zərəri olub fayda verməyən şeyləri öyrənirdilər. Həqiqətən, onlar (yəhudilər) bilirdilər ki, hər kəs bu cür şeyləri ələ gətirsə onun axirətdə bir payı olmaz. Əgər bilsəydilər ki, necə də pis şeylərin müqabilində nəfslərini satdılar! (Bəqərə. ayə 102)

Harun və Marutun dastanını mutaliə edəndə məlum olur ki, sehrin təsiri vardır və onun təsir nöqtələrindən biri də ər ilə arvadı biri digərindən ayırmaqdır. Deməli Qurani-kərim həqiqətən sehrin fəsad törətməyə qadir olduğunu təsdiqləyir. Amma eyni zamanda bu əməlin şeytan əməli olduğunu və bu əməllə məşğul olanın kafir olduğunu subut edir. Hər kəs bu əmələ murtəkib olsa kafirdir və axirətdə ən ağır əzaba layiqdir. Musəlmanlar gərək bu əməllə məşğul olan hər bir kəsi aralarından dəf edib hətta ona salam belə verməsinlər. 

Filosoflar sehrin həqiqi qüdrət mənbəyini ruh aləmində sehrbazın təsir etmə qüvvəsinə malik olduğunu bildirirlər. Amma digər bir dəstə iddia edir ki, sehrbaz insanın xəyal aləminə nüfuz etdir və qeyri həqiqi olan şeyləri onlara təlqin edir. “Musa dedi: "Əvvəlcə siz tullayın!" Sehrbazlar əllərindəkini ipləri yerə atanda sehrlərinin təsirindən Musaya elə gəldi ki, onlar hərəkətə gəlib sürünürlər” (Ta Ha. ayə 66)

Qurani-kərim hidayət çırağıdır. Allah-təala Quranı zülmətdə insanlar üçün ünsiyyət vasitəsi nazil edib. O bir nurdur ki, qaranlıqları işıqlandırıb insanlara nicat verir. Qoymur ıinsanlar başqa şeylərə möhtac olsunlar. Kafirlərin sehrindən amanda qalıb onların etdikləri cadunu dəf etməkdə ən gözəl vasitə “Ə`əraf” surəsinin 54-cü ayəsindən 56-cı ayəsinə qədər oxumaq çox faydalıdır. Əgər insan hər gün bu ayələri oxusa şeytanların fitnəsindən qurtulacaq. Həmçinin “Kafirun”, “İxlas”, “Fələq” və “Nas” surələrini oxumaq çox faydalıdır.

Əlbəttə müsəlman olduqlarını iddia edib, amma yenə də cadu ilə məşğul olanlar kafir hökmündədirlər.

Hacı Elman İbadov kerrar@mail.ru

  [Məqalələr] | Oxunub: 2117 | Müəllif: Pünhan |
Şərh sayı: 3
21.01.2009
3. aygun [Material]
men 5 ildir ki aile qurmusam.usaqim yoxdur. butun dunyani gezmisik bize deyirler sizde hec ne yoxdur usaq olacaq.amma olmur.bu ysima qeder caduya inanmirdim indi inanmaqa baslayiram,sizce men hakliyam,hakli deyilemse menim usaqim niye olmur.amma molla yeri tanimiram.xahis edirem mene komek edib molla yeri deyesiz.

05.12.2008
2. İravani (Pünhan) [Material]
Maraqlı fikirləriniz var. tongue ALLAH razı olsun.

04.12.2008
1. ZehrayiNur (ZehrayiNur) [Material]
caduya gedende , cadu eleyende kafirdiler.Cunki onlar seytanin quludur.Falciliqda hemcinin.Yaxsi olar ki caduya verilen pula meyve alib yeseler canlari saglam olar. biggrin Bu ZehrayiNurun fikiridir.Basqalarini deye bilmerem tongue


Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
İstifadəçi girişi
Təqvim
«  Oktyabr 2008  »
B.e.Ç.a.ÇC.a.C.Ş.B.
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Axtarış
Dost saytlar
Sayğac

Online: 1
Qonaqlar: 1
İstifadeçiler: 0
Müstəqil İslam saytı © 2024
Təklif və iradlar üçün: islamiyyet@bk.ru

 Materiallardan istifadə edərkən istinad zəruridir!
Sayt 7 Rəcəb (22 iyul) 1428-ci ildən (2007) fəaliyyət göstərir.

Конструктор сайтов - uCoz