Əssaləmu əleykum, Qonaq | Qrupunuz: "Qonaq" | RSS
İslamiyyət
Bömələr
Мини-чат
Baş səhifə » 2008 » Sentyabr » 21 » Ramazan orucu...
Ramazan orucu...
16:34

"Ramazan” «rəmz» kökündən olub, qızmar isti və günəşin daşa və quma saçması mənasındadır. Ramazan ayı aclıq, susuzluq və çətinliklər qarşısında dözüm ayı olduğu üçün bu adı almışdır. Bu ay hicri-qəməri təqvimində ilin 9-cu və yeganə ayıdır ki, adı Quranda çəkilmişdir və Allahın adlarından biridir. Bu baxımdan rəvayətlərdə bəyan olunmuşdur ki, «mah» kəlməsi «ramazan» kəlməsinə artırılsın və heç vaxt ayrıca işlənməsin. Ramazan ayının bütün aylardan üstünlüyü vardır. Çünki, bütün qiymətli səmavi kitablar (Tövrat, İncil, Zəbur, Suhuf və Qur`an) məhz bu ayda nazil olmuşdur. Qədr gecəsi də bu aydadır. Bəlkə bu xüsusiyyətlərə görə uyğun ay orucluq üçün seçilibdir ("Təfsire-nümunə”, cild 1, səhifə 634).

Orucun tarixcəsi...

Tarixdə bir çox dəlillər var ki, oruc yəhudilər, məsihilər və başqa millətlər və tayfalar arasında mövcud olmuşdur. Onlar qəm-qüssə ilə üzləşən zaman tövbə və Allahın razılığını əldə etmək üçün oruc tuturdular. Belə ki, bu yolla Onun qarşısında acizlik və təvazökarlıq göstərib, bu günahlarını etiraf edirdilər. İncildə oxuyuruq ki, Məsih (ə) qırx gecə-gündüz oruc tutmuşdur ("Təfsire-nümunə”, cild 1, səhifə 633).

Orucun dərəcələri...

Məlum olduğu kimi, əxlaq alimləri orucu ümumxalq kütləsinin orucu, xüsusi adamlar və daha xüsusi adamların orucu növlərinə bölmüşlər. Bunun dini əsası varmı?

Əxlaq alimlərinin yuxarıda qeyd olunmuş baxışı bu barədə mövcud olan rəvayətlərdən alınmışdır. İmam Baqir (ə) ümumxalq kütləsinin orucu barədə buyurur: "Oruc tutan şəxs dörd işdən çəkinərsə, onun gördüyü digər işlər orucuna xələl gətirməz: Yemək, içmək, qadınlarla cinsi əlaqədə olmaq və başı suya batırmaq” ("Mən la yəhzurul-fəqih”, cild 2, səhifə 107).

İmam Sadiq (ə) xüsusi möminlərin orucu barədə buyurur: "Oruc olduqda sənin qulaq və gözün haram işlər qarşısında, həmçinin bütün bədən üzvlərin pis işlər qarşısında oruc olmalıdır” ("Biharul-ənvar”, cild 96, səhifə 292).

Həzrət Əli (ə) isə daha xüsusi möminlərin orucu barədə belə buyurmuşdur: "Qəlb orucu və özünü günah fikirlərdən qorumaq, qarın orucu və özünü yeməkdən saxlamaqdan üstündür” ("Qurərul-hikəm”).

 

 


  [Ramazan] | Oxunub: 1059 | Müəllif: Administrator |
Şərh sayı: 3
06.10.2008
3. Aysen (Aska) [Material]
cox sagolun

22.09.2008
2. Admin (Administrator) [Material]
Cumlemizden inshallah.

22.09.2008
1. İravani (Pünhan) [Material]
Allah razi olsun.


Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
İstifadəçi girişi
Təqvim
«  Sentyabr 2008  »
B.e.Ç.a.ÇC.a.C.Ş.B.
1234567
891011121314
15161718192021
22232425262728
2930
Axtarış
Dost saytlar
Sayğac

Online: 1
Qonaqlar: 1
İstifadeçiler: 0
Müstəqil İslam saytı © 2024
Təklif və iradlar üçün: islamiyyet@bk.ru

 Materiallardan istifadə edərkən istinad zəruridir!
Sayt 7 Rəcəb (22 iyul) 1428-ci ildən (2007) fəaliyyət göstərir.

Конструктор сайтов - uCoz