«Həqiqətən sizin vəliniz Allahdır və onun rəsuludur və
iman gətirib, namazqılıb ruku halında zəkat verənlərdir» Maidə. ayə 55
Rəsulullah (s) Əli (ə)
haqqında buyurub:
Əliyə məhəbbət möminin səhifəsinin ünvanıdır. Yəni bir
kəsin mömi olmasının sübutu Əliyə olan
məhəbbətidir. Əgər Əliyə qarşı bitəfavut olsa o mömin ola bilməz əsla.
Baxmayaraq ki, bütün gecələrini namaza dura və gündüzləri oruc tuta, bütün
malını Allah yolunda sədəqə verə. (Mənaqib ibni Məğazili 125, səvaiq 125,
Yənabiul-məvəddət 180, 186, 284)
Əlini sevmək imanın, Əliyə qarşı nifrət
nifaqın (münafiqliyin) əlamətidir. Hər kəsdə Əliyə məhəbbət olsa onun Allaha iman
gətirdiyinin nişanəsidir, Əliyə qarşı kinəsi olan münafiqliyini izhar etmiş
olur. (kifayətut-talib. bab 29. səh 277-280. Mənaqib ibni Məğazili 199,
Zəxairul-uqba 74, Mənaqib Xorəzmi.fəsl16, hdis200 )
Əli dünya və axirətdə mənim bayrağımın
sahibidir. Əli Peyğəmbər hər iki dünyada ümmətinin rəhbəridir.
(Zəxairul-uqba, 75, Yənabiul-məvəddə.81)
Əli kimi igid və zülfuqar kimi qılınc yoxdur. Ühud
müharibəsində əshabın fərar etdiyi halda Əlinin göstərdiyi rəşadətin mükafatı
olaraq Allah-təala bu tərifatı ona verdi. (Səhih tirməzi. cild 5-641 hədis
3732, əl-Mustədrək,cild 3-125, Xəsaisun-Nəsai hədis 42, Camiul-usulcild8-659
hədis6506, Məcməuz-zəvaid 9-114-115, Səvaiq 124)
Hər kəsin mən movlasıyam Əli də onun
movlasıdır.(əl-Mustədrək 3-128, Kifayətut-talib bab 9- 82, bab
24-124)
Əli xəlq olunmasaydı Fatiməyə layiq ər olmazdı
.Fatiməyə layiq olan bir insan yalnız Əlidir ki, hər cəhətdən kamil və
pakdır.(Mənaqib Xorəzmi fəsl4 hədis 159 fəsl19hədis 282, ibni Məğazili
43-67-152)
Əli mənimtərəfimdən əvəz olunmaz təbliğatçıdı. Mənim
gətirdiyim dini məndən sonra haq olararaq məxluqata heç bir azğınlığa yol
vermədəın yalnız Əli çatdırıb təbliğ etməyə layiqdir.(Kifayətut-talib bab
62-260, Mənaqib Xorəzmi fəsl 7, hədis
76, Yənabiul-məvəddə180)
Əlidən ayrılmaq Allahdan və məndən ayrılmaqdır. Əlidən
uzaqlaşmaq tağutu özünə movla və rəhbər qəbul edib Allaha ası olmaqla bərabərdir.
(Səhih tirməzi 5-643 hədis 3737, usdul-qabə 4.26 Camiul-usul8.661 hədis 6510)
Əli bəşərin ən xeyirlisidir onu qəbul etməyən
kafirdir. (Yənabiul məvəddə 245-256)
Əli şəfaət qapısıdır, bu qapıdan girən mömindir. (Mənaqib
Xorəzmi fəsl 7 hədis 67)
Əlinin vilayətini qəbul etmək
mənə iman gətirib risalətimi təsdiq edənlərə vəsiyyətimdir.(Mənaqib Xorəzmi fəsl 6 hədis 48, fəsl
19 hədis 324, Səvaiq 126, Yənabiul-məvəddə 86)
Əlinin vilayətini təsdiq edən möhür olmadan
heç kəs siratdan keçə bilməz. (Durrül-mənsur 3.210)
Əlini sevmək savabdır bu sevgi ilə günah etsən
bir zərəri olmaz. Belə güman olunmasın ki, hər kəs hər cür fəsad
etsə də Əliyə olan məhəbbəti onu xilas edər. Xeyir əgər cahil halda yaxud
nəfsinə tabe olub xəta səbəbinə günah etsə tövbə edərsə ona nicat olacaq.
(əl-Mustədrək 3.134, Yənabiul-məvəddə 180)
Əlinin üzünü görməmiş Allah mənim canımı alma. (Mənaqib
ibni Məğazili 211)
Əlinin əli ilə Mənim əlim ədalətdə bərbərdir. (Mənaqib
ibni məğazili 16, Yənabiul-məvəddə235)
Əlinin məhəbəti cəhənnəmin odundan bəraətdir. (İstiab.
3səh. 38, Mənaqib Xorəzmi fəsl 7 hədis 66, Zəxairul-uqba 83)
Əli məndəndir və mən də Əlidəndir. Əli məndən
sonra hər möminin vəlisidir. (Firdosul-əxbar. 3-373 hədis 5130,
Yənabiul-məvəddə 177, 181, 237, 250)
Qiyamət günü nida olunacaq: Əli ən yaxşı qardaşın və İbrahim ən yaxşı
babandır (Nüzhətul-məcalıs. 2 səh
209)
Əlin
insanlar arasında məqamı “Qul huvəllahu əhəd”- in Qurani-kərimdə olan
mövqeyi kimidir. (Mənaqib ibni məğazili 230, 231, Kifayətut-talib
bab.5 səh 74, Məcməuz-zəvaid 9 səh 108)
Əlinin zikri və onun üzünə baxmaq ibadətdir.(
Firdosul-əxbar . 2 səh 142 hədis 2723, Yənabiul-məvəddə 180 )
Əlinin qatili yaranışın əvvəlindən axıra qədər
yer üzünün ən bədbəxtidir. (Şəvahidut-tənzil. 1 səh 294 – 303,
Yənabiul-məvəddə 100)
Əlinin zikri ilə
məclislərinizi zinətləndirin. (Səvaiq 124)
Əlinin vilayətini qəbul edən mənim kimi
yaşayar və mənim kimi dünyadan gedər.
(əl-Mustədrək 3. 132, İstiab 4. 170, Kifayətut-talib ban 44. 187,
Məcməuz-zəvvaid 9. 102)
Əli cənnətdəki Tuba ağacının qoludur, o ağacın
kökü onun evindədir. ( Tarixul-Bağdad 5. 37, Mənaqib ibni
məğazili 129)
Əlinin müsəlmanların boynunda olan haqqı
atanın övladın boynunda olan haqqı kimidir.
(Tarixul-Bağdad 7. 421, Təhzibut-təhzib 9. 419)
Əlin yaxşıların imamıdır, facirlərin qatilidir. Ona kömək edən Allaha kömək etmiş olub,
kömək etməyən Allaha kömək etməyib. (Mənaqib ibni məğazili 38
Kifayətut-talib bab 47. 194)
Bitün peyğəmbərlərin vəsisi olduğu kimi mənim
də vəsim və varisim Əlidir. (Tarixul-Bağdad 7. 452, Məcməuz-zəvvaid
9. 111, Səvaiq 125 )
Əli dünya və axirətdə mənim qardaşımdır. (Səhih
Tirməzi 5. s 637 hədis 3721)
Əli haqq ilə batili ayırandır. (Səvaiq
125, Zəxairul-uqba 63)
Əli cənnət ilə cəhənnəmi böləndir. Yəni
qiyamətin günündə Allah-təalanın əmri ilə Əli mömin ilə kafirləri layiq
olduqları yerə göndərəcək. (Mənaqib Xorəzmi. hədis 2)
Əli Allah və Rəsulunun yanında ən sevimli
bəndədir. (Yənabiul-məvəddə 135, 181)
Əli və mən bir ağacdan xəlq olunduq. (Mənaqib
ibni Məğazili. 220, Zəxairul-uqba 91)
Əli ən böyük Siddiqdir. (
Usdul-qabə. 4. səh 31)
Əli ən birinci müsəlman olduğu üçün qiyamətin
günündə Kovsər hovuzuna birinci yetişər.
(Kifayətut-talib.bab 62, səh 264, Mənaqib ibni Məğazili. 48, Mənaqib Xorəzmi.
fəsl 19. hədis 326)
Hacı Elman İbad oğlu kerrar@mail.ru
|