Əssaləmu əleykum, Qonaq | Qrupunuz: "Qonaq" | RSS
İslamiyyət
Bömələr
Мини-чат
Baş səhifə » 2008 » İyul » 14 » Həzrət Əlinin (ə) fəzilətləri (1-ci hissə)
Həzrət Əlinin (ə) fəzilətləri (1-ci hissə)
12:50
  Əlbəttə ki, bu böyük şəxsiyyətin fəzilətlərini sayıb-bitirmək mümkün deyil. Sadəcə bu həftə o Həzrətin mübarək mövludu ilə əlaqədar olaraq onun haqqında materiallar dərc edəcəyik inşallah. Allah bizə Həzrət Əlinin (əleyhissalam) ardıcılı olmaq səadətini nəsib etsin!


Peyğəmbər (s) buyurmuşdur: “Hər kim Әlini (ə) söyərsə, məni söymüşdür. Məni söyənsə, Allahı söymüşdür” (Hədisi qeyd edənlər: Müslim ibn Həccac, İmam Fəxri Razi, İmam Sələbi).


Həzrəti Əli (ə) rəvayət edir ki, Peyğəmbər (s) buyurdu: “Əli mənim vəzirim və canişinimdir, ona itaət edin!” (“Tarixi Təbəri” cild 2, səhifə 321; “Əbil Fidanın tarixi” cild 1, səhifə 116; “Əl bidəyətu vən nihayə”, cild 3, səhifə 39, “Həyatul Məram” səhifə 320).


Peyğəmbər (s) buyurmuşdur: “Hikmət on yerə bölünmüşdür, onun doqquz hissəsi Əliyə, bir hissəsi isə bütün müsəlmanlara nəsib olmuşdur” (“Əl-bidayətu vən-nihayə”, cild 7, səhifə 359).


Cabir deyir ki,  Peyğəmbərin (s) yanında idim, Əli (ə) uzaqdan göründükdə o həzrət buyurdu: “Canım qüdrət əlində olan Allaha and olsun! Bu şəxs və onun şiələri qiyamətdə nicat tapacaqlar” (“Əd-durrul-mənsur” cild 6, səhifə 379).


Rəsuli-əkrəm (s) buyurmuşdur: “Əli ibni Əbu Talibi yad etməklə məclislərinizi zinətləndirin” (“Biharul-ənvar” /38/199).


Səhl bin Səd rəvayət edir ki, Peyğəmbər (s) demişdir: “Bayrağı sabah elə bir adama verəcəyəm ki, Allah onun əli ilə müsəlmanlara zəfər bəxş edəcək. Hamı səhərə qədər bayrağın kimə veriləcəyi haqqında düşündü. Səhabələr səhər Peyğəmbərin (s) yanına gəldilər. Onlardan hər biri bayrağın ona verilməsini arzulayırdı. Peyğəmbər (s) Əli bin Əbu Talibin (ə) harada olduğunu soruşduqda, səhabələr onun gözlərindən şikayət etdiyini Peyğəmbərə (s) xəbər verdilər. O, Əlini (ə) çağırtdırdı və onun üçün dua etdikdən sonra onun gözlərinin ağrısı keçdi. Peyğəmbər (s) bayrağı ona verdi”  (“Səhih-Buxari”, 7/87, 3701-ci hədis).


Sad bin Əbu Vaqqas rəvayət edir ki, Həzrəti Peyğəmbər (s)  Tabuk döyüşünə gedərkən Əlini (ə) arxada (Mədinədə) saxlamışdı. Əli (ə) soruşdu: “Ey Allahın Rəsulu, məni qadın və uşaqların arasında saxlayırsan?”. Peyğəmbər (s) cavab verdi: “Sən, Harunun Musa yanında aldığı yeri mənim yanımda almaqdan razı deyilsən? Bu fərqlə ki, məndən sonra peyğəmbər yoxdur". (“əl-Buxari”, Kitabul-məğazi 80/409, Fədail-əshab 9/54; “Müslim” Fədail-əshab, 31 (2404); “ət-Tirmizi”, Mənaqib, 3731)


Həzrəti Peyğəmbər (s) buyurmuşdur: “Əlini sevmək imandandır, düşmənçilik etmək nifaqdandır” (“Səhih Müslim”, cild 1, səhifə 61).


Zeyd ibn Ərqəmin (r.ə.) rəvayət etdiyi hədisdə Həzrət Peyğəmbər (s) buyurur: “Mən kimi vəlisiyəmsə Əli də onun vəlisidir” (“Sünəni Tirmizi”, 3713; “Müsnəd”, 906; Tirmizi: hədis həsən səhihdir).


Həzrəti Rəsulullah (s) buyurmuşdur: “Əli mənim qardaşım və xəlifəmdir” (“Tarixi Təbəri”, cild 2, səhifə 319).


Peyğəmbər (s) buyurmuşdur: “Əli məndən sonra hər bir möminin dostu, sevimlisidir” («Səhih hədislər silsiləsi», 5/263 ).


Əli ibn Əbu Talib (ə) rəvayət edir ki, Peyğəmbər (s) mənə dedi: “Səni yalnız mömin sevər, münafiqlər sənə nifrət edər”. Ədiy bin Sabit belə dedi: “Mən Peyğəmbərin (s) dua etdiyi əsrin insanlarındanam” (“Səhih Müslim”, iman 27; “Sünəni Nəsai”, iman 17; “Sünəni Tirmizi”, mənaqib 3736; Tirmizi: hədis həsən səhihdir).


İbn Abbas rəvayət edir ki, Ömər ibn Xəttab demişdir: "Bizim içərimizdə ən gözəl Quran oxuyan Ubey və ən gözəl qazi (ədalətlə hökm verən) isə Əlidir" (“Səhih-Buxari”, 3/99).


Abdullah bin Ömər rəvayət edir ki, Rəsulullah (s) səhabələri bir-biri ilə qardaşlaşdırmışdı. Əli (ə) gəldi və dedi: “Səhabələri bir-biri ilə qardaşlaşdırdın, amma məni heç kəslə qardaşlaşdırmadın”. Rəsulullah (s) dedi: “Sən mənim həm bu dünyada, həm də axirətdə qardaşımsan" (“Sünəni-Tirmizi”, Mənaqib, 3720).


Cabir bin Abdullah rəvayət edir ki, Taif günü Həzrəti Peyğəmbər (s) Əlini (ə) çağırdı və onunla xüsusi görüşdü. Görüşün uzun çəkdiyinə görə adamlar: "Rəsulullah (s) əmisi oğlu ilə görüşməsini uzatdı" dedilər. Bunu duyan Peyğəmbər (s) buyurdu: “Onunla xüsusi görüşü mən (öz arzumla) etmədim, Allah əmr etdi" (“Sünəni-Tirmizi”- Mənaqib, 3726).


Ənəs rəvayət edir: "Rəsulullah (s) Bəraət (ət-Tövbə) surəsini (Ərafatda həcc ziyarətinə gələnlərə təbliğ etmək üçün) Əbu Bəkrə göndərmişdi. Sonra onu çağıraraq: "Bunun, ailəmdən olmayan bir kimsə ilə təbliğ edilməsi müvafiq deyil" buyurdu. Əlini (ə) çağıraraq surəni ona verdi" (“ət-Tirmizi” –“Təfsir ət-Tövbə”, 3089).


Allah taala Quranda buyurur:"Həqiqətən sən qorxudansan və hər ümmət üçün bir hidayət edən vardır"(Rad:7)
Hədisçilər bu haqda belə deyirlər:Peyğəmbər(s) buyurdu:"Mən qorxudan ,Əli isə hidayət edəndir.Sənin Əlinlə ey Əli, hidayət olanlar nicat tapanlardır”("Caməul-bəyan" Rad surəsi ,17- ci ayənin təfsirində).
Bu hədisin məzmununu 9 nəfər səhabə 24 nəfər əhli-sünnə alimi kitablarında qeyd etmişlər.


Ümmu Sələmədən (r.ə.) nəql olunur ki, Peyğəmbər (s) buyurdu: “Ya Əli, sən və sənin səhabələrin, sən və sənin şiələrin (ardıcılların) cənnətdə olacaqlar” (Seyyid Əli Şafei-“Məvəddətül-qurba” və İbni Həcər-“Əs-səvaiqul-mühriqə” kitabında qeyd etmişlər).


Həzrəti Peyğəmbərdən (s) nəql olunur: “Mən və Əli, Adəm peyğəmbər (ə) yaranmazdan 14 min il (yəqin ki, yer ili deyil) öncə Allahın yaratdığı vahid nur idik. Adəm yaranan gün Allah bu nuru onun sülbündə qərar verdi. Bu nur sülblərdən sülbə gələrək Әbdül-müttəlibin sülbündə ikiyə parçalandı. Nübuvvət məndə, imamət isə Әlidə qərar verildi” (Əhməd ibn Hənbəl-“Müsnəd” kitabı).

Həzrəti Peyğəmbərə (s) “Həqiqətən sizin mövla və rəhbəriniz Allah, Allahın rəsulu və iman gətirən, namaz qılıb rüku halında zəkat verənlərdir” ayəsi nazil oldu. Bu ayə nazil olan kimi Peyğəmbər (s) məscidə getdi. Bu zaman bir dilənçinin sevincək məsciddən çıxdığını gördü. Həzrət bunun səbəbini soruşduqda, dilənçi namaz halında olan bir şəxsi göstərib dedi: “O rükuda olduğu zaman əlini mənə tərəf uzadıb barmağındakı bu üzüyü mənə verdi”. Peyğəmbər (s) namaz halında olan şəxsin Әli (ə) olduğunu görəndə təkbir deyərək buyurdu: “Ayə Әlinin barəsində nazil olmuşdur” (Hədisi rəvayət etmişlər: İmam Sələbi, imam Fəxri Razi, Carullah Zəməxşəri, İbni Sə᾿dun Qurtəbi, Fazil Nişapuri, Әbu Bəkr Cəssas, Әbu Bəkr Şirazi, Beyzavi, Siyuti, Şukani, imam Nəsai, İbni Təlhə Şafei, İbni Səbbağ Sibti, ibni Cuzi).


Həzrəti Rəsulullah (s) İmam Əlinin (ə) əlini bacardıqca qaldırdı və buyurdu: “Mən kimin ağasıyamsa, Əli də onun ağasıdır! İlahi, onu sevəni Sən də sev. Onu düşmən olana Sən də düşmən ol!  Onun kömək edənə Sən də kömək et, onu zəlil etmək istəyəni sən də zəlil et! (Rəvayət edənlər: Əbu-Talib Əhməd ibni Məhəmməd ibni Məhəmməd Ər-Razi,  Əbu Talib Übeydullah ibni Əhməd ibni Zeyd Əl-Ənbari Əl-Vasiti, Əbulfəzl Məhəmməd ibni Əbdullah ibni Müttəlib Əş-Şəybani və s.).


Həzrəti Rəsulullah (s) buyurmuşdur: “Əli Quran ilə, Quran da Əli ilədir” (“Müstədrək”, 124/3).


Həzrəti Peyğəmbər (s) buyurmuşdur:”Əli haqq ilə, haqq da Əli ilədir” (“Tarixi Bağdad”, 221/14).

Cabir ibn Abdullah (r.ə.) Həzrəti Peyğəmbərdən (s) belə rəvayət etmişdir: “Cənnətin qapısında belə yazı vardır: “La ilahə illəllah, Muhammədən rəsulallah, Əliyən vəliyullah, əhu Rəsulullah qəblə ən yəhlukəs səmavati vəl ərzi-bi-əlfəy amin” (Allahdan başqa Tanrı yoxdur, Məhəmməd (s) onun elçisidir, Əli (ə) Allahın dostu və Peyğəmbərin (s) qardaşıdır. Göylə yer yaradılmamışdan 2 m in il əvvəl) (“Yənabiul-məvəddə”-səhifə 134, hədis 19, “Məvəddətül-qurba”, “Mənaqib”).

İmam Əli (ə) Peyğəmbərin ona belə dediyini nəql edir:”Sən imam və on bir imamın atasısan” (“Müntəxəbül-əsər”, səhifə 29).

Peyğəmbər (s) buyurmuşdur: “Həqiqətən Əli, mənimlə ilk namaz qılan şəxsdir” (“Yənabiul-məvəddə”, 62).

Peyğəmbər (s) buyurmuşdur: “Əli möminlərin ağasıdır” (“Üsuli-Kafi”, 1/294/1).

Əbu Hüreyrə rəvayət edir ki, Həzrəti Peyğəmbər (s) buyurdu: “Ərşin sütununa belə yazılmışdır: La ilahə illəllah vəhdəhu lə şərikə ləh və Muhammədən abduhu və rəsulu, əyyəttuhu bi Əli ibni Əbu Talib” (“Təfsiri-Kəbir”, “Əsakir-Tarix”, “Yənabiul-məvəddə”-56-cı bab, səhifə 238, hədis 52).

Həzrəti Peyğəmbər (s) buyurmuşdur: “Mən hikmətin tərəzisi, Əli də onun gözləridir” (“Əlqaqul-haqq”, cild 6, səhifə 46).


Əhli-sünnət alimi İbni Әbil Hədid Mötəzili «Şərhu-nəhcil-bəlağə» kitabında əvəzsiz bir cümlə yazmışdır: “Nə deyim sənin şəxsiyyətin qarşısında ya Әli? Sənin fəzilətlərini amansız düşmənlər qəlblərində yatan kin-küdurətdən, dostların isə qorxudan gizlətdilər. Bununla belə sənin fəzilətlərini sayıb qurtarmaq mümkün deyil...”.


Peyğəmbərdən (s) nəql olunur: “Qiyamət günü Kövsərin kənarında mənim yanıma gələn ilk şəxs, hamıdan əvvəl iman gətirən Әli olacaq” (İbni Әbdül-birr “İstiab” kitabında, İbni Әbil Hədid “Şərhu-nəhcil-bəlağə” kitabında, Hakim Nişapuri “əl-Müstədrək” kitabında nəql edirlər).


İkinci xəlifə, Ömər ibn Xəttab şəri məsələləri həll etmək üçün Həzrəti Əliyə (ə) müraciət edib deyərdi: “Ya Əli, sən daha savadlısan”. Hətta bir dəfə İmam Əli (ə) ibn Xəttabı pis vəziyyətdən çıxardı və Ömər ibn Xəttab belə dedi: “Əli olmasaydı Ömər həlak olardı” (Əl-cəm-bəynəs-səhihəyn).


Ömər ibn Xəttab dedi: “Əli olmayan zaman qarşılaşacağım çətinlikdən Allaha pənah aparıram” (“Əl-Füsusul-mühimmə”və “Kifayətul-Talib”).

Cabir bin Abdullahdan Əli (ə) haqqında soruşduqda o demişdir: “O, bəşərin (insanların) xeyirlisindən idi” (Əbdu-r-Rəzzaq. «əl-Müsənnəf», 12/82)


Əlinin fəzilətləri ilə bağlı xüsusiyyətlər Peyğəmbərin (s) başqa səhabələrinə verilməmişdir” («Müstədrək», 3/107).


İbni Әbil Hədid “Şərhu-nəhcil-bəlağə” kitabının 1-ci cildinin əvvəllərində yazır: “Həqiqətən o, Peyğəmbərdən (s) sonra bütün bəşəriyyətin əfzəl və üstünü idi”.

Kitabın ilk səhifəsində bu böyük əhli-sünnət alimi maraqlı bir xütbə ilə sözə başlamışdır: “Bağışlayan və mehriban Allahın adı ilə! Həmd olsun o Allaha ki, üstün olmayanı (ilk xəlifələri) üstün olandan (Әli) önə çəkdi”.


Həzrəti Peyğəmbər (səllallahu əleyhi və Alihi və səlləm) İmam Əliyə (əleyhissalam) xitab edərək buyurmuşdur: “Ey Əli, səni Allahdan və məndən başqa heç kim haqqıyla tanımamışdır” (“Biharul-ənvar”, 84).


İmran ibn Hüseyndən gələn hədisdə (ixtisarla) Həzrəti Peyğəmbər (s) buyurmuşdur: “Əli məndəndir, mən də ondanam. Məndən sonra hər bir möminin vəlisi odur” (“Sünəni-Tirmizi”, 3712; “Müsnəd”, 19081; Tirmizi-hədis həsən qəribdir).


Bürəydə rəvayət edir ki, Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Allah mənə 4 nəfəri sevməyi əmr etdi. Özünün də onları sevdiyini mənə bəyan etdi”. Bundan sonra, “Ey Allahın elçisi, bizə onların adlarını bildir” deyildi. Peyğəmbər (s) buyurdu: “Onlardan biri Əlidir”. O, bunu 3 dəfə təkrarladı. Sonra isə “Digərləri isə Əbuzər, Miqdad və Salman” dedi (“Sünəni Tirmizi”, 3718; “Sünəni ibn Macə”, müqəddimə 27).


Həbəşi bin Cünadədən gələn rəvayətə görə Peyğəmbər (s) buyurur: “Əli məndəndir, mən də Əlidənəm. Mənim adıma verilən sözləri mən və Əli yerinə yetirərik” (“Sünəni Tirmizi”, 3718).


Ənəs rəvayət edir ki, Peyğəmbərin (s) yanında quş əti vardı. Peyğəmbər (s) buyurdu: “Allahım qullarından mənə ən sevimli olanı göndər ki, mənimlə bərabər quş ətindən yesin”. Sonra Əli (ə) gəldi və bərabər yedilər (“Sünəni Tirmizi”, 3721).

Həzrət Əli (ə) rəvayət edir ki, Peyğəmbər (s) buyurdu: “Mən hikmət eviyəm, Əli də bu evin qapısıdır” (“Sünəni Tirmizi”, 3723).


Ənəs ibn Malik rəvayət edir ki, Peyğəmbər (s) bazaertəsi peyğəmbərliyə çatdı, çərşənbə axşamı Əli (ə) ilə birgə namaz qıldı (“Sünəni Tirmizi”, 3728).

İbn Abbas (r.ə.) rəvayət edir ki, “Həzrət Peyğəmbər (s) Əlinin (ə) qapısından başqa məscidə açılan qapıların bağlanmasını əmr etdi” (“Müsnəd”, 2902; “Sünəni Tirmizi”, 3732).


İbn Abbas (r.ə.) deyir ki, “İlk namaz qılan Əlidir (ə)” (“Müsnəd”, 3361; “Sünəni Tirmizi”, 3734).


Zeyd ibn Ərqəmdən (r.ə.) gələn rəvayətdə deyilir ki, “İlk müsəlman olan şəxs Əlidir (ə)” (“Müsnəd”, 18478; “Sünəni Tirmizi”, 3735; Burada rəvayətin ilk hissəsi, yəni Zeyddən nəql olunan hədis göstərilib. Tirmizi həsən səhihdir deyir).


Ümmi Ətiyyə rəvayət edir ki, Peyğəmbər (s) içərisində Əlinin (ə) də olduğu bir ordunu döyüşə göndərmişdi. Onun əllərini qaldırıraq belə dua etdiyini eşitdim: “Əlini mənə göstərməmiş canımı alma!” (“Sünəni Tirmizi”, 3737).

  [Hədislər] | Oxunub: 1822 | Müəllif: Administrator |
Şərh sayı: 1
12.08.2013
1. Senan [Material]
Allah razi olsun


Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
İstifadəçi girişi
Təqvim
«  İyul 2008  »
B.e.Ç.a.ÇC.a.C.Ş.B.
 123456
78910111213
14151617181920
21222324252627
28293031
Axtarış
Dost saytlar
Sayğac

Online: 1
Qonaqlar: 1
İstifadeçiler: 0
Müstəqil İslam saytı © 2024
Təklif və iradlar üçün: islamiyyet@bk.ru

 Materiallardan istifadə edərkən istinad zəruridir!
Sayt 7 Rəcəb (22 iyul) 1428-ci ildən (2007) fəaliyyət göstərir.

Конструктор сайтов - uCoz