Əssaləmu əleykum, Qonaq | Qrupunuz: "Qonaq" | RSS
İslamiyyət
Bömələr
Мини-чат
Baş səhifə » 2008 » İyul » 5 » Zikr əhli kimdir?
Zikr əhli kimdir?
19:14
    Qurani-Kərimdə buyurulur: "Əgər bilmirsinizsə, zikr əhlindən soruşun!” ("əl-Ənbiya”, 7).

Bu barədə çoxlu rəvayətlər nəql olunmuşdur. Onlarda göstərilir ki, "zikr əhli” dedikdə məqsəd Peyğəmbərin (salləllahu aleyhi və Alihi və salləm) Əhli-beyti (əleyhimüssaləm) nəzərdə tutulur. Belə ki, xəlifə Məmunun təşkil etdiyi məclisdə İmam Rza (ə), "Biz zikr əhliyik” deyə buyurduqda, məclisdə iştirak edən müxalif alimlər ona etiraz edib dedilər: "Zikr əhli” dedikdə yəhudilər və məsihilər, "Zikr” dedikdə isə "Tövrat” və "İncil” nəzərdə tutulur. İmam Rza (ə) cavabında buyurdu: "Bu necə ola bilər?! Necə rəvadır ki, Allah-Təala müsəlmanlara bilmədikləri şeylərdə yəhudi və məsihilərə müraciət etməyi əmr etsin?! Halbuki, əgər müsəlman bir şəxs onlara müraciət etsə, onda deyərlər ki, "Bizim dinimiz haqqdır və İslamdan fəzilətlidir”. Bununla da bizi öz dinlərinə çağıracaqlar”. Məmun İmamdan soruşdu: "Öz müddəanızı sübut edəcək bir Quran ayəsi mövcuddurmu?”. İmam buyurdu: "Bəli, zikr Rəsuli-əkrəm, biz isə onun əhliyik. Quranda buyurulur: "Ey iman gətirənlər, Allah sizə tərəf zikr göndərmişdir. O, Bizim aşkar və bəyanedici ayərəmizi sizə izah edib oxuyan bir rəsuldur”.  Şəhristani möminlərin əmirindən, həmçinin İmam Sadiqdən "Biz zikr əhliyik” deyə nəql edir. Bəzi rəvayətlərdə qeyd olunur ki, Allah-Təala  mühüm mətləbləri Qurani-Kərimdə qısa şəkildə bəyan etmiş və onların geniş şəkildə şərh olunmasında insanları Əhli-beytə doğru yönəltmişdir ki, heç vaxt onlardan ehtiyacsız olduqlarının güman etməsinlər. Həmişə onların elminə möhtac olduqlarını dərk etsinlər. Nəticədə onlara sarılaraq Əhli-beytin (ə) vilayəti olan həqiqi saədətə nail olsunlar.

                                                        Ayətullah Dəstğeyb "Böyük günahlar”, 1-ci cild.

  [Hekayələr] | Oxunub: 1644 | Müəllif: Administrator |
Şərh sayı: 3
12.12.2009
3. EMILYA ABDULLAEVA [Material]
SIZ BOYUK SAVAB QAZANIRSIZ

12.12.2009
2. EMILYA ABDULLAEVA [Material]
ALLAH RAZI OLSUN BU MELUMATLAR BUTUN MUSELMANLAR UCUN VACIBDIR S BOYUK SAVAB QAZANIRSIZ

23.10.2008
1. Aysen (Aska) [Material]
smile smile


Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
İstifadəçi girişi
Təqvim
«  İyul 2008  »
B.e.Ç.a.ÇC.a.C.Ş.B.
 123456
78910111213
14151617181920
21222324252627
28293031
Axtarış
Dost saytlar
Sayğac

Online: 1
Qonaqlar: 1
İstifadeçiler: 0
Müstəqil İslam saytı © 2024
Təklif və iradlar üçün: islamiyyet@bk.ru

 Materiallardan istifadə edərkən istinad zəruridir!
Sayt 7 Rəcəb (22 iyul) 1428-ci ildən (2007) fəaliyyət göstərir.

Конструктор сайтов - uCoz