Qurani-Kərimin hökmünə, həmçinin
məsumların səhih hədislərinə əsasən namaz qılan kəs üzünü Məkkə şəhərindəki Kəbə
evinə çevirməlidir. Nüfuzlu “İslamicfinder.org” saytının, həmçinin tanınmış
“Google” şirkətinin qibləni təyin edən xüsusi saytı olan “qiblalocator.com”-un
verdiyi məlumata əsasən Bakı şəhərinə nəzərən Məkkə şəhəri cənub-qərbdə yerləşir.
Qiblə isə kompasa görə 207 dərəcədə təyin olunur. Dediklərimizi Mənzur
Əhmədin hazırladığı “Qiblə” proqramı da təsdiq edir. Belə ki, bu proqram vasitəsilə
dünyanın istənilən yeri üçün qiblənin dərəcə ölçüsünü təyin etmək mümkündür, bu
proqram da Bakı şəhəri üçün qeyd etdiyimiz dərəcə ölçüsünü göstərir.Təəssüf ki, Bakıdakı bir
çox məscidlər nədənsə bir qayda olaraq cənuba doğru, yəni 180 dərəcəyə tikilib.
Müctəhidlərin risalələrində “Qiblənin hökmləri” bölməsində bölməsində insanın
“üzü qibləyədir” deyiləcək qədərdə durması kafi göstərilir. Lakin bu heç də səhih
qiblədən yayınmağa bəhanə ola bilməz. Buna bir daha əmin olmaq üçün mərhum Ayətullahul
Fazil Lənkəraninin (Allah ona rəhmət eləsin!) rəsmi saytındaki (www.lankarani.org)“Şərii suallara cavab” bölməsinə müraciət
etdik. Sual verdik ki, əgər bir məsciddə qiblə 20-30 dərəcə fərqli tikilibsə həmin
məsciddə namaz qılmaq olarmı və həmçinin camaata qoşulmaq olarmı. Müctəhidin
fitvası belə göstərildi: “Dediyiniz məsciddə namaz qılmağın eybi yoxdur. Amma
qibləyə tərəf namaz qılmaq lazımdır və əgər bir kəs namaz qılan zaman qiblədən
10 dərəcə fərqli cəhətə olarsa namaz batildir. Habelə əgər camaat namazı qiblədən
10 dərəcədən çox fərqli tərəfə qılınarsa ona qoşula bilməzsiniz”. Əlbəttə ki, seçim
camaatındır. Namazlarının batil olmasını istəməyənlər qibləni düz
tutmalıdırlar. Bunun üçün Qibləsi cənuba olan məscidlərdə bir qədər (27 dərəcə)
sağa dönmək lazımdır (Nəzərə alın ki, tam olaraq sağa dönsəniz 90 dərəcə
olacaq, deməli onun 3 dən biri qədər dönməlisiniz).
Men hec cur qiblenin yerini bile bilmedim.Cenamazda aq ve qirmizi ox var.207 derecede olarsa aq yoxsa qirmizi ox dayanir hemin derecenin uzerinde?Cenamaz yoxsa nece etmeli?
Aleykumus salam qardash. Beli heqiqeten bele bir hokm var ve biz bunu meqalede de gostermishik:
Quote
Müctəhidlərin risalələrində “Qiblənin hökmləri” bölməsində bölməsində insanın “üzü qibləyədir” deyiləcək qədərdə durması kafi göstərilir. Lakin bu heç də səhih qiblədən yayınmağa bəhanə ola bilməz.
[/size]
Biz qeyd etdiyimiz kimi Lenkeraninin (r.a.) fitvasina gore yazmishiq. Lakin Sistaninin, Xamneyinin fitvalari bize melum deyil. Bununla beraber onu da demeliyik ki, muctehidler fitva vermishler ki, qibleden istenilen halda eyri durulan namaz batildir. Hemchinin de biz indi texnika esrinde yashayiriq. Bu qeder melumatin oldugu dovrde revadirmi ki, qibleni eyri tutaq?
Salamu aleykum. Qardaş al-shia.com da qiblenin hökmlerin oxuyanda qibeden uzaq olan şeherler üçün sehv etmiremse gören dese ki qible istiqametinde durub onda düzdür. xahiş edirem aydınlaşdırın. Allah razı olsun!
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]